https://sputnik.az/20230926/polsa-iki-neferin-olumune-sebeb-olan-raketin-usq-terefinden-atildigini-etiraf-edib-458994178.html
Polşa iki nəfərin ölümünə səbəb olan raketin USQ tərəfindən atıldığını etiraf edib
Polşa iki nəfərin ölümünə səbəb olan raketin USQ tərəfindən atıldığını etiraf edib
Sputnik Azərbaycan
İstintaq Rusiyanın ötən il noyabrın 15-də baş vermiş insidentdə iştirakını tamamilə istisna edib. 26.09.2023, Sputnik Azərbaycan
2023-09-26T17:24+0400
2023-09-26T17:24+0400
2023-09-26T17:53+0400
polşa
dünya xəbərləri
ukrayna
silahlı qüvvələr
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/11/425225934_0:45:3068:1771_1920x0_80_0_0_a9c65f2354a4ba8da4556ad73027b076.jpg
BAKI, 26 sentyabr — Sputnik. 2022-ci ilin noyabrında Polşa ərazisinə düşən və iki yerli sakinin ölümünə səbəb olan raket Ukrayna Silahlı Qüvvələri tərəfindən atılıb. Bu barədə "Rzeczpospolita" nəşri müstəntiqlərə istinadən yazıb. Jurnalistlərin sözlərinə görə, istintaq Rusiyanın ötən il noyabrın 15-də baş vermiş insidentdə iştirakını tamamilə istisna edib. Bundan əlavə, məqalə ona da aydınlıq gətirəcək ki, Kiyev hadisə ilə bağlı hələlik heç bir materialı Varşavaya ötürməyib. İstintaq müəyyən edib ki, hadisəyə səbəb Rusiya istehsalı olan S-300 hava hücumundan müdafiə sisteminin 5-B-55 raketi olub. Eyni zamanda ekspertlər mərminin Ukrayna ordusuna aid olduğu qənaətinə gəliblər. Müəyyən edilib ki, hadisə zamanı Rusiya Silahlı Qüvvələri Polşa sərhədindən çox uzaqda olub. Milli Prokurorluğun mətbuat katibi Lukaş Lapçinski iş üzrə rəyin hazır olduğunu təsdiqləsə də, onun məxfi olduğunu qeyd edib. Xatırladaq ki, noyabrın 15-də Ukrayna ilə sərhəddə yerləşən Polşanın Pşevoduv kəndi yaxınlığında Ukrayna raketi düşərək partlayıb. İki yerli sakin hadisənin qurbanı olub. Polşa Prezidenti Anjey Duda hadisəni Ukrayna hava hücumundan müdafiə sistemlərinin işi ilə əlaqələndirib. Ukrayna Silahlı Qüvvələri hadisə yerinin yaxınlığında hava hücumundan müdafiə sistemindən istifadə etdiklərini etiraf edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/11/425225934_55:0:2786:2048_1920x0_80_0_0_cdcba2822267205194ce291462fe5e37.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
polşa, ukrayna, silahlı qüvvələr
polşa, ukrayna, silahlı qüvvələr
Polşa iki nəfərin ölümünə səbəb olan raketin USQ tərəfindən atıldığını etiraf edib
17:24 26.09.2023 (Yenilənib: 17:53 26.09.2023) İstintaq Rusiyanın ötən il noyabrın 15-də baş vermiş insidentdə iştirakını tamamilə istisna edib.
BAKI, 26 sentyabr — Sputnik. 2022-ci ilin noyabrında Polşa ərazisinə düşən və iki yerli sakinin ölümünə səbəb olan raket Ukrayna Silahlı Qüvvələri tərəfindən atılıb.
Bu barədə "Rzeczpospolita" nəşri müstəntiqlərə istinadən yazıb.
Jurnalistlərin sözlərinə görə, istintaq Rusiyanın ötən il noyabrın 15-də baş vermiş insidentdə iştirakını tamamilə istisna edib. Bundan əlavə, məqalə ona da aydınlıq gətirəcək ki, Kiyev hadisə ilə bağlı hələlik heç bir materialı Varşavaya ötürməyib.
İstintaq müəyyən edib ki, hadisəyə səbəb Rusiya istehsalı olan S-300 hava hücumundan müdafiə sisteminin 5-B-55 raketi olub. Eyni zamanda ekspertlər mərminin Ukrayna ordusuna aid olduğu qənaətinə gəliblər. Müəyyən edilib ki, hadisə zamanı Rusiya Silahlı Qüvvələri Polşa sərhədindən çox uzaqda olub. Milli Prokurorluğun mətbuat katibi Lukaş Lapçinski iş üzrə rəyin hazır olduğunu təsdiqləsə də, onun məxfi olduğunu qeyd edib.
Xatırladaq ki, noyabrın 15-də Ukrayna ilə sərhəddə yerləşən Polşanın Pşevoduv kəndi yaxınlığında Ukrayna raketi düşərək partlayıb. İki yerli sakin hadisənin qurbanı olub. Polşa Prezidenti Anjey Duda hadisəni Ukrayna hava hücumundan müdafiə sistemlərinin işi ilə əlaqələndirib. Ukrayna Silahlı Qüvvələri hadisə yerinin yaxınlığında hava hücumundan müdafiə sistemindən istifadə etdiklərini etiraf edib.