https://sputnik.az/20230926/erdogandan-azerbaycan-ermenistan-munasibetleri-barede-aciqlama-458993683.html
Ərdoğandan Azərbaycan-Ermənistan münasibətləri barədə açıqlama
Ərdoğandan Azərbaycan-Ermənistan münasibətləri barədə açıqlama
Sputnik Azərbaycan
Türkiyə prezidenti bildirib ki, indi Azərbaycanın suverenliyi altında həm Xocalı, həm də Qarabağ üçün daimi sülh və əmin-amanlıq zamanıdır. 26.09.2023, Sputnik Azərbaycan
2023-09-26T15:54+0400
2023-09-26T15:54+0400
2023-09-26T15:59+0400
ərdoğan
siyasət
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
azərbaycan
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e7/09/19/458972230_0:31:1012:600_1920x0_80_0_0_8880d789ba6b773f6776d16be74c351e.jpg
BAKI, 26 sentyabr — Sputnik. Ermənistandan prosesi uzatmaq yerinə artıq güclü iradə nümayiş etdirməsini gözləyirik. Bu gözləntimi 11 sentyabrda telefon danışığı zamanı Ermənistan Baş naziri Nikol Paşinyanın da diqqətinə çatdırdım. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvandan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. "Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və qonşuluq hüququna riayət edildiyi təqdirdə həll edilməyəcək heç bir problem görmürük. Azərbaycan-Ermənistan prosesində irəliləyişi təmin etmək regional normallaşmaya böyük töhfə qazandıracaq. Cənubi Qafqazda sabitlik, barış və rifahın təsis edilməsi üçün Azərbaycanla birlikdə çalışmağı davam etdirəcəyik", - Ərdoğan qeyd edib. İndi Xocalıda kim var? Xocalının əsl sahibləri Ərdoğan bildirib ki, Ermənistan hazırda Xocalı qətliamının bədəlini ödəyir və ödəyəcək: "Çünki Xocalıdan və başqa şəhərlərdən 1 milyon azərbaycanlı qovulub. İndi illər sonra Azərbaycan bu qətliamın qisasını fərqli şəkildə aldı. Torpaqlarını geri aldı". O qeyd edib ki, ABŞ, Rusiya və Fransa Minsk üçlüyü olaraq məsələni həll edə bilməyib. "Azərbaycan məsələni özü həll etdi. İndi Xocalıda kim var? Xocalının əsl sahibləri... Bütün şəhidlərə Allahdan rəhmət diləyirik. Azərbaycan Ordusu Xocalıya xaos, qan və ölüm deyil, sülh və əmin-amanlıq gətirmək üçün girdi. İllər əvvəl erməni quldur dəstələri kimi ora girməmişdi. İnsanları qırmağa getmirdi. O, haqq etdiyi sülh və əmin-amanlığı təmin etmək üçün Xocalıya daxil oldu. Arxasında qələbələrin müjdəsi ilə öz torpağına girdi. İndi Azərbaycanın suverenliyi altında həm Xocalı, həm də Qarabağ üçün daimi sülh və əmin-amanlıq zamanıdır. Ermənistanın vəzifəsi bu sülhü bərqərar etmək və qorumaq üçün sülhün tərəfində olmaqdır", - o deyib. Ermənistan Zəngəzur dəhlizinin açılmasına əngəl olsa, dəhliz İrandan keçə bilər Ərdoğan bildirib ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına əngəl olsa, dəhliz İrandan keçə bilər.O qeyd edib ki, İran hazırda bu məsələyə müsbət yanaşır: "Digər tərəfdən, bizim bu (Naxçıvana) səfərimiz bir daha Türkiyə-Azərbaycan qardaşlığının, "iki dövlət, bir millət" ruhunun bütün dünyaya bəyanıdır. Necə ki, BMT-nin tribunasında bunu bəyan etmişik, necə ki, Azərbaycanın doğma yurdu Şuşada bəyan etmişik, bunu hər yerdə həm sözümüzlə, həm də əməlimizlə nümayiş etdirmişik".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/19/458972230_86:0:926:630_1920x0_80_0_0_4de67675379988fad163ba36dff2c2ae.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, azərbaycan, ermənistan
ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, azərbaycan, ermənistan
Ərdoğandan Azərbaycan-Ermənistan münasibətləri barədə açıqlama
15:54 26.09.2023 (Yenilənib: 15:59 26.09.2023) Türkiyə prezidenti bildirib ki, indi Azərbaycanın suverenliyi altında həm Xocalı, həm də Qarabağ üçün daimi sülh və əmin-amanlıq zamanıdır.
BAKI, 26 sentyabr — Sputnik. Ermənistandan prosesi uzatmaq yerinə artıq güclü iradə nümayiş etdirməsini gözləyirik. Bu gözləntimi 11 sentyabrda telefon danışığı zamanı Ermənistan Baş naziri Nikol Paşinyanın da diqqətinə çatdırdım. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvandan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. "Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və qonşuluq hüququna riayət edildiyi təqdirdə həll edilməyəcək heç bir problem görmürük. Azərbaycan-Ermənistan prosesində irəliləyişi təmin etmək regional normallaşmaya böyük töhfə qazandıracaq. Cənubi Qafqazda sabitlik, barış və rifahın təsis edilməsi üçün Azərbaycanla birlikdə çalışmağı davam etdirəcəyik", - Ərdoğan qeyd edib.
İndi Xocalıda kim var? Xocalının əsl sahibləri
Ərdoğan bildirib ki, Ermənistan hazırda Xocalı qətliamının bədəlini ödəyir və ödəyəcək: "Çünki Xocalıdan və başqa şəhərlərdən 1 milyon azərbaycanlı qovulub. İndi illər sonra Azərbaycan bu qətliamın qisasını fərqli şəkildə aldı. Torpaqlarını geri aldı".
O qeyd edib ki, ABŞ, Rusiya və Fransa Minsk üçlüyü olaraq məsələni həll edə bilməyib.
"Azərbaycan məsələni özü həll etdi. İndi Xocalıda kim var? Xocalının əsl sahibləri... Bütün şəhidlərə Allahdan rəhmət diləyirik. Azərbaycan Ordusu Xocalıya xaos, qan və ölüm deyil, sülh və əmin-amanlıq gətirmək üçün girdi. İllər əvvəl erməni quldur dəstələri kimi ora girməmişdi. İnsanları qırmağa getmirdi. O, haqq etdiyi sülh və əmin-amanlığı təmin etmək üçün Xocalıya daxil oldu. Arxasında qələbələrin müjdəsi ilə öz torpağına girdi. İndi Azərbaycanın suverenliyi altında həm Xocalı, həm də Qarabağ üçün daimi sülh və əmin-amanlıq zamanıdır. Ermənistanın vəzifəsi bu sülhü bərqərar etmək və qorumaq üçün sülhün tərəfində olmaqdır", - o deyib.
Ermənistan Zəngəzur dəhlizinin açılmasına əngəl olsa, dəhliz İrandan keçə bilər
Ərdoğan bildirib ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına əngəl olsa, dəhliz İrandan keçə bilər.O qeyd edib ki, İran hazırda bu məsələyə müsbət yanaşır:
"Digər tərəfdən, bizim bu (Naxçıvana) səfərimiz bir daha Türkiyə-Azərbaycan qardaşlığının, "iki dövlət, bir millət" ruhunun bütün dünyaya bəyanıdır. Necə ki, BMT-nin tribunasında bunu bəyan etmişik, necə ki, Azərbaycanın doğma yurdu Şuşada bəyan etmişik, bunu hər yerdə həm sözümüzlə, həm də əməlimizlə nümayiş etdirmişik".