https://sputnik.az/20230925/lham-eliyev-azerbaycan-qarabagda-suverenliyini-tam-berpa-etdi---vdeo-458965073.html
İlham Əliyev: Azərbaycan Qarabağda suverenliyini tam bərpa etdi - VİDEO
İlham Əliyev: Azərbaycan Qarabağda suverenliyini tam bərpa etdi - VİDEO
Sputnik Azərbaycan
Dövlət başçısı bildirib ki, Naxçıvana səfər zamanı imzalanmış sənədlər Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına xidmət göstərəcək. 25.09.2023, Sputnik Azərbaycan
2023-09-25T17:03+0400
2023-09-25T17:03+0400
2023-09-25T17:03+0400
prezident ilham əliyev
siyasət
rəcəb tayyip ərdoğan
qarabağ
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/0d/449568775_0:0:3072:1728_1920x0_80_0_0_ee2a3f28e118a352bff596510efd7ed6.jpg
BAKI, 25 sentyabr — Sputnik. Naxçıvan Azərbaycanın qədim diyarıdır. Əfsuslar olsun ki, 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Qərbi Zəngəzur Azərbaycandan ayrılmışdır və beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında coğrafi bağlantı kəsilmişdir. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında deyib. Dövlətimizin başçısı bildirib: "Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini aparmağa başlayanda Naxçıvana qarşı da onların ərazi iddiaları var idi, burada da şiddətli döyüşlər gedirdi. Və məhz o vaxt Azərbaycanın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə , - o zaman o, Naxçıvanın başçısı idi, - Naxçıvan düşməni yerinə oturtdu və öz ərazisini qoruya bilmişdir". Prezident İlham Əliyev vurğulayıb ki, İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi əlaqələrimizə yeni təkan verəcək. Dövlət başçısı bildirib ki, Naxçıvana səfər zamanı imzalanmış sənədlər Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına xidmət göstərəcək: "İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir və bizim əlaqələrimizə yeni təkan verəcək, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək". Dövət başçısı anti-terror əməliyyatlarından da danışıb və deyib ki, beş gün bundan əvvəl Azərbaycan Qarabağda suverenliyini tam bərpa etdi. Dövlət başçısı bildirib ki, qanunsuz erməni hərbi birləşmələri təslim olub və şərtləri qəbul edib: "Onlara humanitar yardımlar, o cümlədən ərzaq məhsulları, dərmanlar göndərildi". Prezident qeyd edib ki, Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlarıdırlar: "Onların təhlükəsizliyi, güvənliyi, hüquqları Azərbaycan dövləti tərəfindən təmin ediləcək.İkinci Qarabağ müharibəsi, beş gün əvvəl tam suverenliyimizin bərpa olunması tarixi hadisələrdir. Biz haqlı olaraq bu hadisələrlə qürur duyuruq".
https://sputnik.az/20230925/erdogan-lham-eliyevin-deveti-ile-naxcivana-sefer-edecek-458926912.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/0d/449568775_171:0:2902:2048_1920x0_80_0_0_847ced4cbfe8ecb4c64d7d7cac24c28a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, rəcəb tayyip ərdoğan, qarabağ
prezident ilham əliyev, rəcəb tayyip ərdoğan, qarabağ
İlham Əliyev: Azərbaycan Qarabağda suverenliyini tam bərpa etdi - VİDEO
Dövlət başçısı bildirib ki, Naxçıvana səfər zamanı imzalanmış sənədlər Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına xidmət göstərəcək.
BAKI, 25 sentyabr — Sputnik. Naxçıvan Azərbaycanın qədim diyarıdır. Əfsuslar olsun ki, 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Qərbi Zəngəzur Azərbaycandan ayrılmışdır və beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında coğrafi bağlantı kəsilmişdir.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında deyib.
Dövlətimizin başçısı bildirib: "Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini aparmağa başlayanda Naxçıvana qarşı da onların ərazi iddiaları var idi, burada da şiddətli döyüşlər gedirdi. Və məhz o vaxt Azərbaycanın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə , - o zaman o, Naxçıvanın başçısı idi, - Naxçıvan düşməni yerinə oturtdu və öz ərazisini qoruya bilmişdir".
Prezident İlham Əliyev vurğulayıb ki, İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi əlaqələrimizə yeni təkan verəcək.
Dövlət başçısı bildirib ki, Naxçıvana səfər zamanı imzalanmış sənədlər Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına xidmət göstərəcək: "İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir və bizim əlaqələrimizə yeni təkan verəcək, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək".
Dövət başçısı anti-terror əməliyyatlarından da danışıb və deyib ki, beş gün bundan əvvəl Azərbaycan Qarabağda suverenliyini tam bərpa etdi.
Dövlət başçısı bildirib ki, qanunsuz erməni hərbi birləşmələri təslim olub və şərtləri qəbul edib: "Onlara humanitar yardımlar, o cümlədən ərzaq məhsulları, dərmanlar göndərildi".
Prezident qeyd edib ki, Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlarıdırlar: "Onların təhlükəsizliyi, güvənliyi, hüquqları Azərbaycan dövləti tərəfindən təmin ediləcək.İkinci Qarabağ müharibəsi, beş gün əvvəl tam suverenliyimizin bərpa olunması tarixi hadisələrdir. Biz haqlı olaraq bu hadisələrlə qürur duyuruq".