Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kreml üçtərəfli görüş məsələsinə aydınlıq gətirdi

© Sputnik / Михаил Климентьев / Mediabanka keçidVladimir Putin, İlham Əliyev və Nikol Paşinyan
Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 25.09.2023
Abunə olmaq
Peskov Ermənistan və Azərbaycan liderlərinin oktyabrın 5-də Qranadada keçirilməsi nəzərdə tutulan görüşünü şərh edib.
BAKI, 25 sentyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında mümkün üçtərəfli görüşün konkret konturları hələ ki, yoxdur.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Hələlik üçtərəfli görüşlə bağlı dəqiq kontur yoxdur", - Kreml sözçüsü bildirib.
Peskov Ermənistan və Azərbaycan liderlərinin oktyabrın 5-də Qranadada keçirilməsi nəzərdə tutulan görüşünü şərh edərkən bildirib ki, üçüncü tərəflərin Qafqazda potensial vasitəçilik imkanları olmadan öz mövcudluğunu bərqərar etmək cəhdlərinin qarşısını almaq əsasdır.
O, eyni zamanda vurğulayıb ki, kimsə gərginliyin səviyyəsinin azaldılmasına, erməni əhalisinin və Qarabağın yeni reallığa inteqrasiyasına kömək edə bilsə, bu, yalnız alqışlana bilər.
"Ancaq bunun üçün bütün tərəflərin razılığı lazımdır", - Peskov bildirib.
Rusiya Müdafiə Nazirliyi sentyabrın 22-də bildirib ki, Qarabağın silahlı birləşmələri döyüş əməliyyatlarının dayandırılması ilə bağlı əldə edilmiş razılaşmalara uyğun olaraq Rusiya sülhməramlılarının nəzarəti altında olan silah və hərbi texnikanı Azərbaycana təhvil verməyə başlayıb.
Xocalıda növbəti danışıqlar keçirilir - Sputnik Azərbaycan, 1920, 25.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası
Xocalıda erməni icmasının nümayəndələri ilə görüşün nəticələri açıqlandı
Xəbər lenti
0