https://sputnik.az/20230921/tehqir-muhakime-nankorluq-zelenskinin-artiq-guveneceyi-kimse-yoxdur-458790956.html
Təhqir, mühakimə, nankorluq. Zelenskinin artıq güvənəcəyi kimsə yoxdur
Təhqir, mühakimə, nankorluq. Zelenskinin artıq güvənəcəyi kimsə yoxdur
Sputnik Azərbaycan
Analitik hesab edir ki, Ukraynanın Avopa İttifaqı ilə bağlı çətinlikləri hələ qabaqdadır. 21.09.2023, Sputnik Azərbaycan
2023-09-21T08:39+0400
2023-09-21T08:39+0400
2023-09-21T08:39+0400
ukrayna
yazarlar
avropa ittifaqı
vladimir zelenski
https://cdnn1.img.sputnik.az/img/07e6/03/04/439863869_0:0:3073:1728_1920x0_80_0_0_baa73404ab0bc30a972699b2982f56d4.jpg
BAKI, 21 sentyabr - Sputnik, Renat Abdulin. Kiyev və onun Qərb müttəfiqləri arasında ziddiyyətlər artır. Avropa Komissiyasının Ukrayna kənd təsərrüfatı məhsullarının idxalına qoyulan embarqonu ləğv etmək qərarı bəzi Avopa İttifaqı (Aİ) üzvlərinin müqaviməti ilə üzləşib. Ukrayna hakimiyyəti demarşa cavab verəcəyini vəd edib. Lakin bu, Kiyev rejiminin yeganə xarici siyasət problemi deyil - çoxları ilə münasibətlər ciddi şəkildə korlanıb. Bunun niyə baş verdiyini və bunun nəyə gətirib çıxaracağını RİA Novosti məqaləsində oxuyun. Nifaq toxumu 2023-cü ilin may ayında Avropa Komissiyası (AK, Aİ-nin ən yüksək icra orqanı) Ukraynadan Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiyaya dörd kateqoriyalı kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub. Bu, ilk növbədə fermerlərin etirazı ilə bağlı olub. Ucuz Ukrayna taxılı yerli istehsala zərbə vurub. Təhqir, mühakimə, nankorluq. Zelenskinin artıq güvənəcəyi kimsə yoxdur Embarqonun müddəti bir neçə dəfə uzadılıb. İndi onu çıxarıblar. AK iddia edir: “Koordinasiya platforması və müvəqqəti tədbirlər sayəsində Ukrayna ilə həmsərhəd olan beş dövlətdə bazar təhrifləri aradan qalxıb”. Hər kəs bununla razılaşmayıb. Yalnız Bolqarıstanda idxalın bərpasının fermerlərə artıq zərər verməyəcəyinə qərar veriblər. Polşa əvvəl də bildirdiyi kimi, AK-nin qərarına baxmayaraq, embarqonu birtərəfli qaydada qoruyub saxlayıb. Macarıstan və Slovakiya da belə edib. Rumıniya ara mövqe tutub: Baş nazir Marşel Çolaku sentyabrın 18-də qadağanı otuz gün uzatmağa hazır olduğunu söyləyib. Lakin Ukraynadan idxal üçün hələ heç bir sorğu gəlməyib”, - deyə o əlavə edib. “Sivil cavab”? "Biz Berlinə və ya Brüsselə qulaq asmaq fikrində deyilik", - deyə Polşanın Baş naziri Mateuş Moravetski AK-nin sərəncamına cavab verib. Zelenski komissiyanın qərarını alqışlayaraq onun sədri Ursula Fon der Lyayenə “sözünə sadiq olduğuna və azad bazar qaydalarına əməl etdiyinə görə” təşəkkür edib. "Bu, Ukrayna və Aİ arasında əsl birliyin nümunəsidir. Qaydalar işlədikdə və razılaşmalar yerinə yetirildikdə Avropa həmişə qalib gəlir", - deyə o bildirib. Zelenski əlavə edib ki, qonşu ölkələrin birbaşa dəstəyi də vacibdir. O, xəbərdarlıq edib: “Əgər onlar Aİ hüququnu pozarlarsa, Ukrayna sivil şəkildə cavab verəcək”. Ukraynalı ticarət nümayəndəsi Taras Kaçka “Politico”ya müsahibəsində “sivil cavab”ın nə demək olduğunu açıqlayıb. Kiyev Polşa, Macarıstan və Slovakiyanı məhkəməyə vermək niyyətindədir. "Onların hərəkətlərinin hüquqi olaraq qanunsuz olduğunu sübut etmək vacibdir", - deyə Kaçka vurğulayıb. Münasibətləri Aİ ilə ticarət sazişi çərçivəsində deyil, Ümumdünya Ticarət Təşkilatı (ÜTT) vasitəsilə həll edəcəklər. Məsələn, Slovakiyanın dörd növ taxıl üzrə əvvəlki Aİ qadağasını sadəcə olaraq uzatması, lakin Polşanın siyahıya un və yem əlavə etməsi vəziyyəti daha da ağırlaşdırır. Macarıstan, ticarət nümayəndəsinin sözlərinə görə, daha iyirmi məhsulu qadağan edir. Xüsusilə, bu ətdir. Bu məhdudiyyətlər əsasən simvolik xarakter daşıyır - Ukrayna oraya çox mal və donuz əti ixrac etmir. Lakin Varşavanın demarşı güclü zərbə vurur. Əgər onlar öz fikirlərini dəyişməsələr, “cavab tədbirləri görüləcək” – yəqin ki, “Polşadan meyvə və tərəvəz idxalına qadağa qoyulacaq”. ÜTT-yə müraciət perspektivləri hələ də qeyri-müəyyəndir. Reqlamentə əsasən, icraat bir neçə mərhələdə aparılır: məsləhətləşmələr, ekspert qiymətləndirmələri, dinləmələr və s. Dəqiq müddətlər göstərilməyib. Bundan əlavə, hər hansı bir tərəfin hökmdən apellyasiya şikayəti vermək imkanı var. Yəni bu, çox uzun hekayədir. "Liver kolbasa"dan "zəif intellektə" qədər Kiyev rejimi təkcə avropalı müttəfiqləri ilə qalmaqallar yaşamır. Bu yaxınlarda Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak Hindistan və Çinlə kobud davranmağı bacarıb. Xüsusilə, o, bu ölkələrin “zəif intellektual potensiala” malik olduğunu, guya “öz addımlarının nəticələrini təhlil etmədiklərini” söyləyib. Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Mao Nin Pekinin Ukrayna böhranı ilə bağlı hər zaman məsuliyyətli mövqe tutduğuna diqqət çəkib və Podolyakdan izahat tələb edib. Cavab son dərəcə anlaşılmaz olub. “Mən bir kəlməni səhv dedim: “intellekt”, - deyə Podolyak özünə haqq qazandıraraq “İntellekt” əvəzinə “zəif analitik potensial” deməli idim kəlməsini qeyd edib. Yeri gəlmişkən, bu yolda ondan müxtəlif nüfuzlu beynəlxalq qurumlar da əziyyət çəkiblər. Podolyak BMT-ni “pul qazanan ofisi”, MAQATE və Qırmızı Xaç Cəmiyyətini isə “zibil qiymətləndirmələri ilə şüurumuzu dolduran uydurma təşkilatlar” adlandırıb. Bu özünəməxsus diplomatik üslub əslində Zelenskinin özü tərəfindən müəyyən edilib. Yayda o, Kiyevi “nankorluqda” qınayan Ben Uolleslə (İngiltərnin müdafiə naziri olduğu vaxt) eyni şəkildə müzakirəni (qiyabi) aparıb. ABŞ mənbələri bildiriblər ki, Ukraynadan daimi yardım tələbləri və qeyri-kafi minnətdarlıq Co Baydeni əsəbləşdirib. Keçən il kansler Olaf Şoltsu “incimiş liver kolbasa” adlandıran Ukraynanın Almaniyadakı sabiq səfiri Andrey Melniki necə xatırlamayaq. Öz problemlərimiz özümüzə bəsdir Ukrayna problemləri xarici oyunçular üçün getdikcə daha zəhərli olur. Məsələn, Varşava və Budapeşt uzun müddətdir ki, Brüssellə anlaşmırlar. Kiyev bu vəziyyətdə qarşılıqlı təzyiq vasitəsi kimi çıxış edir. Buna başqa amillər də əlavə olunur. Macarların Zakarpatiyada etnik azlıqların hüquqlarının pozulması ilə əlaqədar Kiyevə qarşı iddiaları, polyakların isə ukraynalı qaçqınlara sualları toplanıb. Eyni zamanda, Polşanın hakim partiyası yerli fermerlər də daxil olmaqla problemləri tez həll etməyə çalışır, çünki bir aydan sonra parlament seçkiləri var. Seçki amili okeanın o tayında da vacibdir. Ukrayna mövzusu əsas ABŞ partiyalarının birləşdiyi yeganə mövzu olub, lakin indi respublikaçılardan Baydeni daha çox qınayırlar və Kiyevə yardımı kəsməyi tələb edirlər. Əgər prezident-demokrat Ağ Evdə ikinci dəfə də qalmaq istəyirsə, rəqiblərinə qulaq asmalı olacaq. Podolyak tərəfindən təhqir olunan Çin və Hindistan, ən azı BRİKS çərçivəsində Rusiya ilə öhdəliklərlə əlaqələndirilir və buna görə də apriori Ukraynaya gözlənilən dəstəyi verə bilmir. Pekinin Kiyevə vasitəçilik səyləri açıq-aydın yetərli deyil. Həmçinin Qərbin köməyi də azdır. Ancaq Vaşinqtondan və Avropa paytaxtlarından gələn siqnallara görə, Zelenskinin istədiyi hər şeyi aldığı 2022-ci ilin adi sxeminə etibar etmək artıq lazım olmur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/04/439863869_151:0:2882:2048_1920x0_80_0_0_ed8c53f43752acb7d929d72fb0f156a5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ukrayna, avropa ittifaqı, vladimir zelenski
ukrayna, avropa ittifaqı, vladimir zelenski
Təhqir, mühakimə, nankorluq. Zelenskinin artıq güvənəcəyi kimsə yoxdur
Analitik hesab edir ki, Ukraynanın Avopa İttifaqı ilə bağlı çətinlikləri hələ qabaqdadır.
BAKI, 21 sentyabr - Sputnik, Renat Abdulin. Kiyev və onun Qərb müttəfiqləri arasında ziddiyyətlər artır. Avropa Komissiyasının Ukrayna kənd təsərrüfatı məhsullarının idxalına qoyulan embarqonu ləğv etmək qərarı bəzi Avopa İttifaqı (Aİ) üzvlərinin müqaviməti ilə üzləşib. Ukrayna hakimiyyəti demarşa cavab verəcəyini vəd edib. Lakin bu, Kiyev rejiminin yeganə xarici siyasət problemi deyil - çoxları ilə münasibətlər ciddi şəkildə korlanıb. Bunun niyə baş verdiyini və bunun nəyə gətirib çıxaracağını RİA Novosti məqaləsində oxuyun.
2023-cü ilin may ayında Avropa Komissiyası (AK, Aİ-nin ən yüksək icra orqanı) Ukraynadan Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiyaya dörd kateqoriyalı kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub. Bu, ilk növbədə fermerlərin etirazı ilə bağlı olub. Ucuz Ukrayna taxılı yerli istehsala zərbə vurub.
Təhqir, mühakimə, nankorluq. Zelenskinin artıq güvənəcəyi kimsə yoxdur
Embarqonun müddəti bir neçə dəfə uzadılıb. İndi onu çıxarıblar. AK iddia edir: “Koordinasiya platforması və müvəqqəti tədbirlər sayəsində Ukrayna ilə həmsərhəd olan beş dövlətdə bazar təhrifləri aradan qalxıb”. Hər kəs bununla razılaşmayıb.
Yalnız Bolqarıstanda idxalın bərpasının fermerlərə artıq zərər verməyəcəyinə qərar veriblər. Polşa əvvəl də bildirdiyi kimi, AK-nin qərarına baxmayaraq, embarqonu birtərəfli qaydada qoruyub saxlayıb. Macarıstan və Slovakiya da belə edib. Rumıniya ara mövqe tutub: Baş nazir Marşel Çolaku sentyabrın 18-də qadağanı otuz gün uzatmağa hazır olduğunu söyləyib. Lakin Ukraynadan idxal üçün hələ heç bir sorğu gəlməyib”, - deyə o əlavə edib.
"Biz Berlinə və ya Brüsselə qulaq asmaq fikrində deyilik", - deyə Polşanın Baş naziri Mateuş Moravetski AK-nin sərəncamına cavab verib.
Zelenski komissiyanın qərarını alqışlayaraq onun sədri Ursula Fon der Lyayenə “sözünə sadiq olduğuna və azad bazar qaydalarına əməl etdiyinə görə” təşəkkür edib.
"Bu, Ukrayna və Aİ arasında əsl birliyin nümunəsidir. Qaydalar işlədikdə və razılaşmalar yerinə yetirildikdə Avropa həmişə qalib gəlir", - deyə o bildirib.
Zelenski əlavə edib ki, qonşu ölkələrin birbaşa dəstəyi də vacibdir. O, xəbərdarlıq edib: “Əgər onlar Aİ hüququnu pozarlarsa, Ukrayna sivil şəkildə cavab verəcək”.
Ukraynalı ticarət nümayəndəsi Taras Kaçka “Politico”ya müsahibəsində “sivil cavab”ın nə demək olduğunu açıqlayıb. Kiyev Polşa, Macarıstan və Slovakiyanı məhkəməyə vermək niyyətindədir.
"Onların hərəkətlərinin hüquqi olaraq qanunsuz olduğunu sübut etmək vacibdir", - deyə Kaçka vurğulayıb.
Münasibətləri Aİ ilə ticarət sazişi çərçivəsində deyil, Ümumdünya Ticarət Təşkilatı (ÜTT) vasitəsilə həll edəcəklər. Məsələn, Slovakiyanın dörd növ taxıl üzrə əvvəlki Aİ qadağasını sadəcə olaraq uzatması, lakin Polşanın siyahıya un və yem əlavə etməsi vəziyyəti daha da ağırlaşdırır. Macarıstan, ticarət nümayəndəsinin sözlərinə görə, daha iyirmi məhsulu qadağan edir. Xüsusilə, bu ətdir. Bu məhdudiyyətlər əsasən simvolik xarakter daşıyır - Ukrayna oraya çox mal və donuz əti ixrac etmir. Lakin Varşavanın demarşı güclü zərbə vurur. Əgər onlar öz fikirlərini dəyişməsələr, “cavab tədbirləri görüləcək” – yəqin ki, “Polşadan meyvə və tərəvəz idxalına qadağa qoyulacaq”.
ÜTT-yə müraciət perspektivləri hələ də qeyri-müəyyəndir. Reqlamentə əsasən, icraat bir neçə mərhələdə aparılır: məsləhətləşmələr, ekspert qiymətləndirmələri, dinləmələr və s. Dəqiq müddətlər göstərilməyib. Bundan əlavə, hər hansı bir tərəfin hökmdən apellyasiya şikayəti vermək imkanı var. Yəni bu, çox uzun hekayədir.
"Liver kolbasa"dan "zəif intellektə" qədər
Kiyev rejimi təkcə avropalı müttəfiqləri ilə qalmaqallar yaşamır. Bu yaxınlarda Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak Hindistan və Çinlə kobud davranmağı bacarıb. Xüsusilə, o, bu ölkələrin “zəif intellektual potensiala” malik olduğunu, guya “öz addımlarının nəticələrini təhlil etmədiklərini” söyləyib. Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Mao Nin Pekinin Ukrayna böhranı ilə bağlı hər zaman məsuliyyətli mövqe tutduğuna diqqət çəkib və Podolyakdan izahat tələb edib.
Cavab son dərəcə anlaşılmaz olub. “Mən bir kəlməni səhv dedim: “intellekt”, - deyə Podolyak özünə haqq qazandıraraq “İntellekt” əvəzinə “zəif analitik potensial” deməli idim kəlməsini qeyd edib.
Yeri gəlmişkən, bu yolda ondan müxtəlif nüfuzlu beynəlxalq qurumlar da əziyyət çəkiblər. Podolyak BMT-ni “pul qazanan ofisi”, MAQATE və Qırmızı Xaç Cəmiyyətini isə “zibil qiymətləndirmələri ilə şüurumuzu dolduran uydurma təşkilatlar” adlandırıb.
Bu özünəməxsus diplomatik üslub əslində Zelenskinin özü tərəfindən müəyyən edilib. Yayda o, Kiyevi “nankorluqda” qınayan Ben Uolleslə (İngiltərnin müdafiə naziri olduğu vaxt) eyni şəkildə müzakirəni (qiyabi) aparıb. ABŞ mənbələri bildiriblər ki, Ukraynadan daimi yardım tələbləri və qeyri-kafi minnətdarlıq Co Baydeni əsəbləşdirib. Keçən il kansler Olaf Şoltsu “incimiş liver kolbasa” adlandıran Ukraynanın Almaniyadakı sabiq səfiri Andrey Melniki necə xatırlamayaq.
Öz problemlərimiz özümüzə bəsdir
Ukrayna problemləri xarici oyunçular üçün getdikcə daha zəhərli olur. Məsələn, Varşava və Budapeşt uzun müddətdir ki, Brüssellə anlaşmırlar. Kiyev bu vəziyyətdə qarşılıqlı təzyiq vasitəsi kimi çıxış edir.
Buna başqa amillər də əlavə olunur. Macarların Zakarpatiyada etnik azlıqların hüquqlarının pozulması ilə əlaqədar Kiyevə qarşı iddiaları, polyakların isə ukraynalı qaçqınlara sualları toplanıb. Eyni zamanda, Polşanın hakim partiyası yerli fermerlər də daxil olmaqla problemləri tez həll etməyə çalışır, çünki bir aydan sonra parlament seçkiləri var.
Seçki amili okeanın o tayında da vacibdir. Ukrayna mövzusu əsas ABŞ partiyalarının birləşdiyi yeganə mövzu olub, lakin indi respublikaçılardan Baydeni daha çox qınayırlar və Kiyevə yardımı kəsməyi tələb edirlər. Əgər prezident-demokrat Ağ Evdə ikinci dəfə də qalmaq istəyirsə, rəqiblərinə qulaq asmalı olacaq.
Podolyak tərəfindən təhqir olunan Çin və Hindistan, ən azı BRİKS çərçivəsində Rusiya ilə öhdəliklərlə əlaqələndirilir və buna görə də apriori Ukraynaya gözlənilən dəstəyi verə bilmir. Pekinin Kiyevə vasitəçilik səyləri açıq-aydın yetərli deyil. Həmçinin Qərbin köməyi də azdır. Ancaq Vaşinqtondan və Avropa paytaxtlarından gələn siqnallara görə, Zelenskinin istədiyi hər şeyi aldığı 2022-ci ilin adi sxeminə etibar etmək artıq lazım olmur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.