https://sputnik.az/20230920/kreml-putinle-pasinyan-arasinda-telefon-danisiginin-vaxtinin-razilasdirilmasini-gozleyir-458788824.html
Kreml Putinlə Paşinyan arasında telefon danışığının vaxtının razılaşdırılmasını gözləyir
Kreml Putinlə Paşinyan arasında telefon danışığının vaxtının razılaşdırılmasını gözləyir
Sputnik Azərbaycan
Dmitri Peskov əlavə edib ki, ehtiyac olarsa, Rusiya dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevlə danışacaq, lakin bu, hələ planlaşdırılmır. 20.09.2023, Sputnik Azərbaycan
2023-09-20T15:06+0400
2023-09-20T15:06+0400
2023-09-20T15:06+0400
rusiya prezidenti vladimir putin
rusiya
nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1f/448074298_0:0:3070:1728_1920x0_80_0_0_7527057f80dfafcf1aa958481fdf6204.jpg
BAKI, 20 sentyabr — Sputnik. "Kreml Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığının vaxtının razılaşdırılmasını gözləyir". Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O əlavə edib ki, ehtiyac olarsa, Rusiya dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevlə danışacaq, lakin bu, hələ planlaşdırılmır. D.Peskov Qarabağdakı sülhməramlılardan danışarkən deyib ki, onlar sxolastika ilə məşğul olmurlar, real işlər görürlər və mülki əhalinin təxliyəsinə kömək edirlər. Kreml nümayəndəsi vurğulayıb ki, Ermənistan Rusiya üçün müttəfiq və tərəfdaşdır, həm Bakı ilə, həm də Qarabağdakı ermənilərlə təmaslar davam edir. Separatçılar təslim oldular Əlavə edək ki, Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib ki, lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub. Bildirilib ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub: Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlamasında bildirilib ki, Prezident administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə sentyabrın 21-də Yevlaxda görüş keçiriləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1f/448074298_238:0:2969:2048_1920x0_80_0_0_e2202af141da667954df743b88edd65f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya prezidenti vladimir putin, nikol paşinyan
rusiya prezidenti vladimir putin, nikol paşinyan
Kreml Putinlə Paşinyan arasında telefon danışığının vaxtının razılaşdırılmasını gözləyir
Dmitri Peskov əlavə edib ki, ehtiyac olarsa, Rusiya dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevlə danışacaq, lakin bu, hələ planlaşdırılmır.
BAKI, 20 sentyabr — Sputnik. "Kreml Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığının vaxtının razılaşdırılmasını gözləyir". Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O əlavə edib ki, ehtiyac olarsa, Rusiya dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevlə danışacaq, lakin bu, hələ planlaşdırılmır.
D.Peskov Qarabağdakı sülhməramlılardan danışarkən deyib ki, onlar sxolastika ilə məşğul olmurlar, real işlər görürlər və mülki əhalinin təxliyəsinə kömək edirlər.
Kreml nümayəndəsi vurğulayıb ki, Ermənistan Rusiya üçün müttəfiq və tərəfdaşdır, həm Bakı ilə, həm də Qarabağdakı ermənilərlə təmaslar davam edir.
Separatçılar təslim oldular
Əlavə edək ki, Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib ki, lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub. Bildirilib ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub:
1.
Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
2.
Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
3.
Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlamasında bildirilib ki, Prezident administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə sentyabrın 21-də Yevlaxda görüş keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.