https://sputnik.az/20230920/cin-ve-rusiya-liderleri-six-elaqe-saxlayirlar---cin-xarici-sler-nazirliyi-458783391.html
Çin və Rusiya liderləri sıx əlaqə saxlayırlar - Çin Xarici İşlər Nazirliyi
Çin və Rusiya liderləri sıx əlaqə saxlayırlar - Çin Xarici İşlər Nazirliyi
Sputnik Azərbaycan
Xarici siyasət idarəsinin rəsmisi bildirib ki, 110-dan çox ölkənin nümayəndələri “Bir kəmər, bir yol” forumunda iştirakını təsdiqləyiblər. 20.09.2023, Sputnik Azərbaycan
2023-09-20T14:59+0400
2023-09-20T14:59+0400
2023-09-20T15:45+0400
çin
rusiya
rusiya
avropa
mərkəzi asiya
https://cdnn1.img.sputnik.az/img/42307/64/423076440_0:160:3073:1888_1920x0_80_0_0_b9f528e71c0870b51808680184e8fc19.jpg
BAKI, 20 sentyabr - Sputnik. Çin sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin sıx əlaqələr saxlayırlar, lakin onların görüşü barədə hələlik konkret məlumat yoxdur. Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin çərşənbə günü brifinqdə bildirib. Diplomat oktyabrda keçirilməsi planlaşdırılan “Bir kəmər, bir yol” forumunun konkret tarixlərini də açıqlamayıb və qeyd edib ki, “müvafiq məlumat vaxtında dərc olunacaq”. B yaxınlarda Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Moskvada Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Van İ ilə görüşdə bildirib ki, Rusiyada bu ilin oktyabrında Pekində keçiriləcək “Bir kəmər, bir yol” beynəlxalq forumu çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin arasında ətraflı ikitərəfli danışıqlara ümid edirlər. Bundan əlavə, Mao Nin bildirib ki, 110-dan çox ölkənin nümayəndələri “Bir kəmər, bir yol” forumunda iştirakını təsdiqləyiblər. Daha öncə Rusiya Xarici İşlər Nazirliyinin Asiya üzrə Birinci Departamentinin direktoru Georgi Zinovyev RİA Novosti-yə müsahibəsində bildirib ki, Rusiya “Bir kəmər, bir yol” forumunda iştirak etməyə hazırlaşır. Xatırladaq ki, Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bu yaxınlarda bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Çinə səfər etmək üçün dəvət alıb və bunu oktyabrda forumun keçiriləcəyi zaman etmək niyyətindədir. Daha sonra Uşakov Putinin Çinə mümkün səfəri ilə bağlı sualı cavablandırarkən, bu səfərin bir çox hallardan asılı olacağını söyləyib. "Bir kəmər, bir yol" Çinin Mərkəzi Asiya, Avropa və Afrikanın 60-dan çox ölkəsini birləşdirən mövcud ticarət və nəqliyyat dəhlizlərinin təkmilləşdirilməsi və yaradılması üzrə beynəlxalq təşəbbüsüdür ki, bu da onlarla Çin arasında ticarət əlaqələrinin inkişafına töhfə vermək məqsədi daşıyır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
mərkəzi asiya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42307/64/423076440_170:0:2901:2048_1920x0_80_0_0_09a34931060ec1b6213f4fd9e0bfc644.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
çin, rusiya, avropa, mərkəzi asiya
çin, rusiya, avropa, mərkəzi asiya
Çin və Rusiya liderləri sıx əlaqə saxlayırlar - Çin Xarici İşlər Nazirliyi
14:59 20.09.2023 (Yenilənib: 15:45 20.09.2023) Xarici siyasət idarəsinin rəsmisi bildirib ki, 110-dan çox ölkənin nümayəndələri “Bir kəmər, bir yol” forumunda iştirakını təsdiqləyiblər.
BAKI, 20 sentyabr - Sputnik. Çin sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin sıx əlaqələr saxlayırlar, lakin onların görüşü barədə hələlik konkret məlumat yoxdur. Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin çərşənbə günü brifinqdə bildirib.
"Rusiya və Çin liderləri sıx strateji kommunikasiyanı dəstəkləyirlər. Konkret sualınıza gəlincə, mənim sizə görüşlə bağlı təqdim edə biləcəyim məlumatım yoxdur", - deyə Mao Nin Rusiya prezidentinin Çinə nə vaxt səfər edəcəyi ilə bağlı sualı cavablandırıb.
Diplomat oktyabrda keçirilməsi planlaşdırılan “Bir kəmər, bir yol” forumunun konkret tarixlərini də açıqlamayıb və qeyd edib ki, “müvafiq məlumat vaxtında dərc olunacaq”.
B yaxınlarda Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Moskvada Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Van İ ilə görüşdə bildirib ki, Rusiyada bu ilin oktyabrında Pekində keçiriləcək “Bir kəmər, bir yol” beynəlxalq forumu çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin arasında ətraflı ikitərəfli danışıqlara ümid edirlər.
Bundan əlavə, Mao Nin bildirib ki, 110-dan çox ölkənin nümayəndələri “Bir kəmər, bir yol” forumunda iştirakını təsdiqləyiblər.
Daha öncə Rusiya Xarici İşlər Nazirliyinin Asiya üzrə Birinci Departamentinin direktoru Georgi Zinovyev RİA Novosti-yə müsahibəsində bildirib ki, Rusiya “Bir kəmər, bir yol” forumunda iştirak etməyə hazırlaşır.
Xatırladaq ki, Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bu yaxınlarda bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Çinə səfər etmək üçün dəvət alıb və bunu oktyabrda forumun keçiriləcəyi zaman etmək niyyətindədir. Daha sonra Uşakov Putinin Çinə mümkün səfəri ilə bağlı sualı cavablandırarkən, bu səfərin bir çox hallardan asılı olacağını söyləyib.
"Bir kəmər, bir yol" Çinin Mərkəzi Asiya, Avropa və Afrikanın 60-dan çox ölkəsini birləşdirən mövcud ticarət və nəqliyyat dəhlizlərinin təkmilləşdirilməsi və yaradılması üzrə beynəlxalq təşəbbüsüdür ki, bu da onlarla Çin arasında ticarət əlaqələrinin inkişafına töhfə vermək məqsədi daşıyır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.