SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Amerikalı generallar birgə təlimlərlə bağlı Ermənistana gedib

© Photo : MoD of ArmeniaErmənistan
Ermənistan - Sputnik Azərbaycan, 1920, 15.09.2023
Abunə olmaq
Ermənistan Rusiyanın etiraz notasına baxmayaraq, təlimləri davam etməkdə israrlıdır.
BAKI, 15 sentyabr — Sputnik. İki amerikalı general "Eagle Partner 2023" birgə təlimləri üçün Ermənistana gedib. Sputnik Azərbaycan "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın İrəvandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.
Onlar 10-cu dağ diviziyasının komandiri, general-mayor Qreqori Anderson və ordunun Avropa və Afrikadakı qərargah rəisinin müavini, briqada generalı Patrik Elisdir.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Moskvadakı səfiri Vaqarşak Arutyunyan cümə günü, sentyabrın 8-də Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və Yervanın qeyri-dost hərəkətləri fonunda ona sərt ifadə verilib.
"Biz bu yaxınlarda Ermənistanın rəsmi dairələrində və siyasi elitasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində və Rusiya ilə ikitərəfli əsasda müttəfiqlik əlaqələrinin, habelə Moskva, İrəvan və Bakı arasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması yollarına dair 2020-2022-ci illər üçün üçtərəfli sazişlər toplusunun məqsədəuyğunluğuna, eləcə də mümkünlüyünə dair müəyyən şübhələrin yarandığını qeydə almışıq. Bunun fonunda Ermənistan rəhbərliyi son günlər bir sıra qeyri-dost addımlar atıb, o cümlədən BCM-nin Roma Nizamnaməsinin ratifikasiyası prosesinə start verib, baş nazirin həyat yoldaşı Anna Akopyanın Kiyevə səfər edib, Kiyev nasist rejiminə humanitar yardım, ABŞ-ın iştirakı ilə Ermənistan ərazisində hərbi təlimlər keçirib", - deyə Rusiya Xarici İşlər Nazirliyindən qeyd olunub.
Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Ermənistanın ABŞ-la hərbi təlimlər keçirmək planlarına münasibət bildirib.
"Ermənistan-ABŞ hərbi təlimləri narahatlıq doğurur" deyə Peskov söyləyib.
Məlumat üçün onu da bildirək ki, Ermənistan və ABŞ-ın "EAGLE PARTNER-2023" birgə hərbi təlimləri sentyabrın 11-dən 20-dək Ermənistan ərazisində keçiriləcək. Sputnik Ermənistan bu barədə ölkənin Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.
"Sentyabrın 11-dən 20-dək Ermənistanda, xüsusilə də Müdafiə Nazirliyinin N saylı sülhməramlı briqadasının "Zar" təlim mərkəzində və beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində "EAGLE PARTNER-2023" adlı birgə təlimlər keçiriləcək", - məlumatda deyilir.
Hərbi idarənin məlumatında qeyd olunur ki, təlimlərin məqsədi sülhməramlı əməliyyatların tərkib hissəsi kimi beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsinin artırılması, idarəetmə və taktiki rabitə sahəsində təcrübə mübadiləsi, o cümlədən NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramının "Əməliyyat İmkanları Konsepsiyası"nın planlı qiymətləndirilməsinə erməni hərbçilərinin hazırlığının artırılmasıdır.
Xəbər lenti
0