https://sputnik.az/20230914/qerb-ukraynanin-payiz-eks-hucum-emeliyyatinin-uguruna-subhe-edir-458593691.html
Qərb Ukraynanın payız əks-hücum əməliyyatının uğuruna şübhə edir
Qərb Ukraynanın payız əks-hücum əməliyyatının uğuruna şübhə edir
Qərb mediası yazır ki, Ukrayna Silahlı Qüvvələri ərazilərin heç birində öz məqsədlərinə nail olmayıb. 14.09.2023, Sputnik Azərbaycan
2023-09-14T08:03+0400
2023-09-14T08:03+0400
2023-09-14T08:03+0400
qərb
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ukrayna
xüsusi hərbi əməliyyat
rusiya
rusiya prezidenti vladimir putin
vladimir putin
sergey şoyqu
rusiyanın müdafiə naziri sergey şoyqu
/html/head/meta[@name='og:title']/@content
/html/head/meta[@name='og:description']/@content
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1d/458130267_0:113:3241:1936_1920x0_80_0_0_a5cf1f7229f94b6c4c07b6f349727619.jpg
BAKI, 14 sentyabr — Sputnik. Qərb Ukraynanın payız əks-hücumunda uğur qazanacağına şübhə edir. "Economist" qəzeti bu barədə Qərb rəsmilərinə istinadən yazıb. "Economist"in məsləhətləşdiyi onlarla Qərb rəsmisi qışdan əvvəl böyük bir irəliləyişin baş verəcəyinə şübhə ilə yanaşır" – nəşrdə deyilir. Qeyd olunub ki, Qərb rəsmilərindən biri növbəti əks-hücum perspektivlərini müzakirə edərkən nəşrə "bu, çox uzun döyüş ola bilər" deyib. Onun sözlərinə görə, Qərb Ukraynanı dəstəkləmək üçün "müddəti uzatmalı olacaq". O da vurğulanıb ki, Ukrayna qoşunları "Rusiya artilleriyası, dronları və helikopterləri ilə örtülmüş sıx minalanmış sahələrdə tez bir zamanda ilişərək qalıblar". Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin təcrübəsiz komandirləri "bir sıra səhvlərə yol veriblər, məsələn, öz minalarına düşüblər və ya yanlış zamanda hücum etdilər". Ukraynanın əks-hücum əməliyyatı iyunun 4-də başlayıb. Üç ay sonra isə Rusiya prezidenti Vladimir Putin bəyan edib: "əks-hücum" sadəcə dayanmayıb, "bu, uğursuzluqdur". Onun sözlərinə görə, "nəyin bahasına olursa-olsun nəticə əldə etmək" cəhdlərində Ukrayna 71,5 min hərbi qulluqçusunu itirib – sanki "bunlar onların xalqı deyil". Müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri ərazilərin heç birində öz məqsədlərinə nail olmayıb. Onlardan ən qızğını Ukraynanın strateji ehtiyatdan Qərb təlimi ilə döyüş briqadalarını gətirdiyi kiçik Rabotino kəndi yaxınlığındakı Zaporojyedir. Məhv edilmiş Ukrayna Silahlı Qüvvələrinin 18 min texnikası arasında Almaniyanın "Leopard" tankları, Fransanın "AMX" tankları, Britaniyanın ən azı bir "Challenger 2" və Amerikanın "Bradley" piyada döyüş maşını var. Cəmi 543 tank məhv edilib - onlar Ukrayna Silahlı Qüvvələrinin əsas zərbə qüvvəsi olmalı idi, lakin Rusiya prezidentinin qeyd etdiyi kimi, onlar indi "gözəl yanırlar". Bunun fonunda ABŞ hücumun "daha çox aylar" davam edəcəyini bəyan edib və Ukrayna Silahlı Qüvvələrini kaset sursatları ilə təmin etməyə başlayıb. Putin isə öz növbəsində qeyd edib ki, "kasetlərin" tədarükü Ukrayna Silahlı Qüvvələri üçün döyüş meydanında heç nəyi dəyişməyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1d/458130267_255:0:2986:2048_1920x0_80_0_0_5b9a09948ca8a9909996a5767fb0795a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
qərb, ukrayna, xüsusi hərbi əməliyyat, rusiya, rusiya prezidenti vladimir putin, vladimir putin, sergey şoyqu, rusiyanın müdafiə naziri sergey şoyqu
qərb, ukrayna, xüsusi hərbi əməliyyat, rusiya, rusiya prezidenti vladimir putin, vladimir putin, sergey şoyqu, rusiyanın müdafiə naziri sergey şoyqu
Qərb Ukraynanın payız əks-hücum əməliyyatının uğuruna şübhə edir
Qərb mediası yazır ki, Ukrayna Silahlı Qüvvələri ərazilərin heç birində öz məqsədlərinə nail olmayıb.
BAKI, 14 sentyabr — Sputnik. Qərb Ukraynanın payız əks-hücumunda uğur qazanacağına şübhə edir.
"Economist" qəzeti bu barədə Qərb rəsmilərinə istinadən yazıb.
"Economist"in məsləhətləşdiyi onlarla Qərb rəsmisi qışdan əvvəl böyük bir irəliləyişin baş verəcəyinə şübhə ilə yanaşır" – nəşrdə deyilir.
Qeyd olunub ki, Qərb rəsmilərindən biri növbəti əks-hücum perspektivlərini müzakirə edərkən nəşrə "bu, çox uzun döyüş ola bilər" deyib. Onun sözlərinə görə, Qərb Ukraynanı dəstəkləmək üçün "müddəti uzatmalı olacaq".
O da vurğulanıb ki, Ukrayna qoşunları "Rusiya artilleriyası, dronları və helikopterləri ilə örtülmüş sıx minalanmış sahələrdə tez bir zamanda ilişərək qalıblar". Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin təcrübəsiz komandirləri "bir sıra səhvlərə yol veriblər, məsələn, öz minalarına düşüblər və ya yanlış zamanda hücum etdilər".
Ukraynanın əks-hücum əməliyyatı iyunun 4-də başlayıb. Üç ay sonra isə Rusiya prezidenti Vladimir Putin bəyan edib: "əks-hücum" sadəcə dayanmayıb, "bu, uğursuzluqdur". Onun sözlərinə görə, "nəyin bahasına olursa-olsun nəticə əldə etmək" cəhdlərində Ukrayna 71,5 min hərbi qulluqçusunu itirib – sanki "bunlar onların xalqı deyil".
Müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri ərazilərin heç birində öz məqsədlərinə nail olmayıb. Onlardan ən qızğını Ukraynanın strateji ehtiyatdan Qərb təlimi ilə döyüş briqadalarını gətirdiyi kiçik Rabotino kəndi yaxınlığındakı Zaporojyedir.
Məhv edilmiş Ukrayna Silahlı Qüvvələrinin 18 min texnikası arasında Almaniyanın "Leopard" tankları, Fransanın "AMX" tankları, Britaniyanın ən azı bir "Challenger 2" və Amerikanın "Bradley" piyada döyüş maşını var. Cəmi 543 tank məhv edilib - onlar Ukrayna Silahlı Qüvvələrinin əsas zərbə qüvvəsi olmalı idi, lakin Rusiya prezidentinin qeyd etdiyi kimi, onlar indi "gözəl yanırlar".
Bunun fonunda ABŞ hücumun "daha çox aylar" davam edəcəyini bəyan edib və Ukrayna Silahlı Qüvvələrini kaset sursatları ilə təmin etməyə başlayıb. Putin isə öz növbəsində qeyd edib ki, "kasetlərin" tədarükü Ukrayna Silahlı Qüvvələri üçün döyüş meydanında heç nəyi dəyişməyib.