https://sputnik.az/20230914/neft-qiymetleri-yukselir---azerbaycan-nefti-yuz-dollara-yaxinlasir-458603951.html
Neft qiymətləri yüksəlir - Azərbaycan nefti yüz dollara yaxınlaşır
Neft qiymətləri yüksəlir - Azərbaycan nefti yüz dollara yaxınlaşır
Sputnik Azərbaycan
Beynəlxalq Enerji Agentliyi bildirib ki, Səudiyyə Ərəbistanın və Rusiyanın tədarük ixtisarlarını 2023-cü ilin sonuna qədər uzatması dördüncü rüb ərzində... 14.09.2023, Sputnik Azərbaycan
2023-09-14T10:55+0400
2023-09-14T10:55+0400
2023-09-14T10:55+0400
neft-qaz
neft
qiymət
azeri light markalı neft
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240094_0:172:3030:1876_1920x0_80_0_0_fa3a4f36e15fdb6f6d2ec061a32976b1.jpg
BAKI, 14 sentyabr — Sputnik. Dünya bazarlarında neft qiymətləri hasilatın azalacağı narahatlığı ilə bahalaşır."Brent" nefti 36 sent bahalaşaraq 92,24 dollar, ABŞ-nin Qərbi Texas nefti (WTI) 35 sent bahalaşaraq 88,87 dollar olub. "Azeri Light" markalı Azərbaycan nefti 0,09 dollar artaraq 98,73 dollar təşkil edib. Beynəlxalq Enerji Agentliyi bildirib ki, Səudiyyə Ərəbistanın və Rusiyanın tədarük ixtisarlarını 2023-cü ilin sonuna qədər uzatması dördüncü rüb ərzində əhəmiyyətli bir azalma deməkdir. Hasilatın azalacağı narahatlığı neft bazarına təsir göstərir və qiymətləri qaldırır. Səudiyyə Ərəbistanı iyul ayından etibarən həyata keçirilən gündəlik neft hasilatının könüllü olaraq 1 milyon barel azaldılmasını ilin sonuna qədər davam etdirəcəyini açıqlayıb. Həmçinin Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilin sonuna qədər neft ixracını könüllü olaraq gündəlik 300 min barel azaldılacağını bildirib. Bu addımlardan sonra "Brent" nefti keçən həftə 10 ayda ilk dəfə olaraq 90 dollara çatıb. Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240094_150:0:2881:2048_1920x0_80_0_0_76dd9afbb44d953ec9742fc7a9380180.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, qiymət, azeri light markalı neft
neft, qiymət, azeri light markalı neft
Neft qiymətləri yüksəlir - Azərbaycan nefti yüz dollara yaxınlaşır
Beynəlxalq Enerji Agentliyi bildirib ki, Səudiyyə Ərəbistanın və Rusiyanın tədarük ixtisarlarını 2023-cü ilin sonuna qədər uzatması dördüncü rüb ərzində əhəmiyyətli bir azalma deməkdir.
BAKI, 14 sentyabr — Sputnik. Dünya bazarlarında neft qiymətləri hasilatın azalacağı narahatlığı ilə bahalaşır.
"Brent" nefti 36 sent bahalaşaraq 92,24 dollar, ABŞ-nin Qərbi Texas nefti (WTI) 35 sent bahalaşaraq 88,87 dollar olub.
"Azeri Light" markalı Azərbaycan nefti 0,09 dollar artaraq 98,73 dollar təşkil edib.
Beynəlxalq Enerji Agentliyi bildirib ki, Səudiyyə Ərəbistanın və Rusiyanın tədarük ixtisarlarını 2023-cü ilin sonuna qədər uzatması dördüncü rüb ərzində əhəmiyyətli bir azalma deməkdir. Hasilatın azalacağı narahatlığı neft bazarına təsir göstərir və qiymətləri qaldırır.
Səudiyyə Ərəbistanı iyul ayından etibarən həyata keçirilən gündəlik neft hasilatının könüllü olaraq 1 milyon barel azaldılmasını ilin sonuna qədər davam etdirəcəyini açıqlayıb. Həmçinin Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilin sonuna qədər neft ixracını könüllü olaraq gündəlik 300 min barel azaldılacağını bildirib. Bu addımlardan sonra "Brent" nefti keçən həftə 10 ayda ilk dəfə olaraq 90 dollara çatıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.