https://sputnik.az/20230914/abs-ordusunun-ermenistanda-kecirdiyi-telimler-cenubi-qafqaz-ucun-tehlukedir-458615873.html
ABŞ ordusunun Ermənistanda keçirdiyi təlimlər Cənubi Qafqaz üçün təhlükədir
ABŞ ordusunun Ermənistanda keçirdiyi təlimlər Cənubi Qafqaz üçün təhlükədir
Analitik bildirir ki, Cənubi Qafqazda silahlı münaqişə Rusiya ilə proksi-müharibəni genişləndirmək və "hegemonluğu" bərpa etmək üçün bir vasitə kimi ABŞ üçün... 14.09.2023, Sputnik Azərbaycan
2023-09-14T14:27+0400
2023-09-14T14:27+0400
2023-09-14T14:27+0400
abş
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ukrayna
nato
ktmt
/html/head/meta[@name='og:title']/@content
/html/head/meta[@name='og:description']/@content
https://cdnn1.img.sputnik.az/img/42272/84/422728436_0:63:1200:738_1920x0_80_0_0_b9acff3eb98de1b421e715f906247d43.jpg
BAKI, 14 sentyabr — Sputnik. ABŞ və NATO-nun planetin istənilən yerində hərbi fəallığı faktiki olaraq yerli əhali üçün sabitliyin pozulmasına, münaqişələrə və fəlakətlərə zəmanət verir. Cənubi Qafqaz da bu, istisna deyil. Ermənistan ərazisində "Eagle Partner 2023" adlı erməni-amerikalı birgə hərbi təlimləri regional təhlükəsizliyə şübhəsiz təhdiddir. ABŞ Ordusu və Ermənistan Ordusunun "Eagle Partner" adlı birgə manevrləri sentyabrın 11-20-də İrəvandan 15 kilometr məsafədə, 2022-ci ildə ABŞ-ın dəstəyi ilə modernləşdirilmiş "Zar" təlim mərkəzində keçirilir. Həmçinin bu təlimlər Ararat vadisində, Armavir şəhəri yaxınlığında da keçirilir. Məlumatda 175 erməni hərbçisinin, ABŞ Ordusunun 101-ci hava-desant diviziyasının və Kanzas ştatının Milli Qvardiyasının 85 döyüşçüsünün iştirak etməsi elan edilib. Və bu sadəcə "aysberqin görünən hissəsidir". Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, manevrlər "beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin uyğunluq səviyyəsinin yüksəldilməsinə", "idarəetmə və taktiki kommunikasiya sahəsində qabaqcıl təcrübə mübadiləsinə" xidmət edəcək, həmçinin NATO proqramları (standartları) üzrə erməni bölmələrinin hazırlığını yoxlayacaq. "Zar" Ermənistan Müdafiə Nazirliyinin 12-ci sülhməramlı briqadasının əsas bazasıdır. Sülhməramlı səylərin tətbiqinin coğrafi nöqtələri əvvəllər Ermənistan hərbçilərinin 2004-cü ildən 2021-ci ilə qədər NATO-nun himayəsi altında tapşırıqları yerinə yetirdiyi Kosovo, Əfqanıstan və İraqı əhatə edib. Ermənistanın 2022-2023-cü illərdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) təlimlərində iştirakdan imtina etməsindən sonra "Eagle Partner 2023" formatında qarşılıqlı fəaliyyət xüsusilə qəribə görünür. Ermənistan və ABŞ-ın manevrləri əslində Rusiya və KTMT-yə qarşı demarşdır. Əlbəttə ki, "ABŞ-la təlimlər keçirmək qərarı Ermənistanın suveren qərarıdır". Bununla belə, "Eagle Partner" Ermənistanın rəsmi olaraq 1991-ci ilin sərhədləri daxilində Azərbaycanın bir hissəsi kimi tanıdığı və qəti şəkildə "razılaşmadığı" Qarabağdakı vəziyyəti sabitləşdirməkdənsə, "silkələmək" ehtimalı yüksəkdir. Demək olar ki, hər gün Ermənistan və Azərbaycan bir-birilərinin sərhədyanı ərazilərini atəşə tutmaqda ittiham edir. Moskva, İrəvan və Bakı arasında üçtərəfli razılaşmalara (2020-ci ildə) uyğun olaraq, Rusiya hərbi kontingenti Qarabağ ərazisində sülhməramlı vəzifələri yerinə yetirir. Münaqişə zonasında atəşkəs rejiminə əməl olunmasına nəzarət 30 müşahidə postunda və bir neçə patrul marşrutunda aparılır. Ermənistanın təhlükəsizliyi və ərazi bütövlüyü bu gün və 2044-cü ilə qədər Rusiya Müdafiə Nazirliyinin 102-ci hərbi bazasının mütəxəssisləri və Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) sərhədçiləri tərəfindən etibarlı şəkildə təmin edilir. İrəvanın Pentaqonla hansısa alternativ "sülhməramlı" ittifaq yaratmaq cəhdləri əks-məhsuldardır – NATO hər yerə ancaq bəlalar və müharibələr gətirir. Üstəlik, Cənubi Qafqazda silahlı münaqişə Rusiya ilə proksi-müharibəni genişləndirmək və "hegemonluğu" bərpa etmək üçün bir vasitə kimi ABŞ-a zəruri və faydalıdır. Mif yaradanlar və yoxsulluq gətirənlər Ermənistanla Azərbaycan arasında yeni müharibənin qarşısını ancaq Cənubi Qafqazda sabitliyin pozulmasında və sərhədlərin yenidən qurulmasında maraqlı olmayan Rusiya və İran ala bilər. Rusiya Prezidenti Vladimir Putin sentyabrın 12-də xatırladıb ki, Rusiya illərdir Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün öz variantlarını təklif edib. Bu döyüşü dayandırmağa çox müvəffəq olub. İrəvan "uzaqlaşır", lakin Rusiya və Ermənistan müttəfiq olaraq qalır. Ermənistanın Baş naziri Nikol Paşinyanın fikirlərinə zidd olaraq, Rusiya heç yerə getmir və Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, "vəziyyətin sabitləşməsində və münaqişənin aradan qaldırılmasında ardıcıl olaraq çox mühüm rol oynamağa davam edir". ABŞ və NATO-nun bu regionda "sülhməramlı fəaliyyəti" son dərəcə təhlükəlidir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu yaxınlarda vurğulayıb:Ermənistanın nasist Kiyev rejiminə humanitar yardım verməsindən və İrəvanın bir sıra digər qeyri-dost addımlarından sonra Ermənistanın Moskvadakı səfiri Vaqarşak Arutyunyan sentyabrın 8-də Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona kəskin etirazlar bildirilib. Bu yaxınlarda Ermənistanın Baş nazirinin həyat yoldaşı Anna Akopyan Kiyevə rəsmi səfər edib. İrəvan KTMT-dəki daimi nümayəndəsi Viktor Biyaqovu geri çağırıb. Baş nazir Nikol Paşinyan İtaliyanın "La Repubblica" qəzetinə verdiyi müsahibədə deyib:"Təhlükəsizlik məsələlərində Rusiyadan asılılığımız strateji səhv olub".Bu cür hərəkətlər Rusiyanın strateji müttəfiq statusu ilə uyğun gəlmir. Roma statutunun ratifikasiyasına belə toxunmadan. Digər tərəfdən, İrəvanla Qərbin uzunmüddətli yaxınlaşması və 1994-cü ildən etibarən Ermənistanın silahlı qüvvələrinin (KTMT üzvü) NATO ilə fəal qarşılıqlı fəaliyyəti öz bəhrəsini verməyib. Vaşinqton İrəvana pulsuz və ya öz kreditləri (Moskva kimi) ilə silah vermək niyyətində deyil. Alyans Ermənistan hesabına genişlənmə imkanını nəzərdən keçirmir. Ermənistan və NATO arasında son 30 ildə əməkdaşlıq nələrin əldə olunmasına gətirib çıxarıb? Hərbi-siyasi mifologiya, alyansın sakit genişlənməsi, ABŞ-ın "qaynar nöqtələrdə" maraqlarına xidmət. 1994-cü ildə Ermənistan NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulub. 2005-ci ildə Ermənistan və alyans Fərdi Tərəfdaşlığın ilk Fəaliyyət Planını imzalayıblar və Ermənistan nümayəndə heyəti NATO Parlament Assambleyasının sessiyalarında iştirak etməyə başlayıb. 2008-ci ildən Ermənistan NATO Hərbi Hazırlığın Yaxşılaşdırılması Proqramında (DEEP) iştirak edir, bu proqram Ermənistanın hərbi təhsil müəssisələrində islahatlara kömək edir. Ermənistan 2009-cu ildən 2021-ci ilə qədər alyansın Kosovo, Əfqanıstan və İraqdakı hərbi əməliyyatlarında iştirak edir. Onları sülhməramlı adlandırmaq çətindir. NATO ilə birgə manevrlər ötən bazar ertəsi başlamayıb. 2010-cu ildə Ermənistanın Arzni şəhərində ilk alyans təlimləri keçirilib. 2018-ci ildə erməni birləşmələri Gürcüstanda NATO-nun "Noble Partner" manevrlərində iştirak edib. 2021-ci ildə Ermənistanın ABŞ Ordusunun "Defender Europe 2021" adlı təlimlərində iştirakı planlaşdırılıb, lakin bu, təlimin baş tutması alınmayıb. Növbəti 2022-ci ildə erməni hərbçiləri Almaniya ərazisində ABŞ Quru Qoşunları ilə əməkdaşlığı gücləndiriblər. 2023-cü ildə isə Pentaqon ABŞ-ın himayəsi altında Ermənistanın iştirak etməli olduğu üç təlim – "KFOR", "Saber Junction" və "Defender 2023" haqqında məlumat verib. Bəlkə də bu, NATO-nun Rusiya ilə başlatdığı proksi-müharibəsi kontekstində KTMT üzvü üçün həddindən artıq çoxdur. ABŞ Cənubi Qafqazda Rusiyaya qarşı "ikinci cəbhə" yaratmağa çalışır və bu məqsədlə İrəvan yaxınlığında Ermənistan rəhbərliyinin özündən razılığını artıran birgə hərbi oyunlar təşkil etməyə hazırdır. Daha sonra bəs? Ukrayna bir vaxtlar "qərbə tərəf dönüşlə" başı daşa dəyib və bu, təhlükə deyil, qanunauyğunluqların, tendensiyaların və faktların təsdiqidir. Sırf fərziyyəyə əsaslanaraq, Azərbaycanın Qarabağdakı xüsusi hərbi əməliyyatı (XHƏ) Ermənistanın KTMT-dən sürətlə çıxmasından və sərhədlərdə "qarovulun dəyişdirilməsi" üçün NATO-ya daxil olmasından daha real görünür.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2023
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42272/84/422728436_67:0:1134:800_1920x0_80_0_0_df672eee6eb78001526f3753f0c7b3eb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
abş, ukrayna, nato, ktmt
ABŞ ordusunun Ermənistanda keçirdiyi təlimlər Cənubi Qafqaz üçün təhlükədir
Analitik bildirir ki, Cənubi Qafqazda silahlı münaqişə Rusiya ilə proksi-müharibəni genişləndirmək və "hegemonluğu" bərpa etmək üçün bir vasitə kimi ABŞ üçün zəruri və faydalıdır.
BAKI, 14 sentyabr — Sputnik. ABŞ və NATO-nun planetin istənilən yerində hərbi fəallığı faktiki olaraq yerli əhali üçün sabitliyin pozulmasına, münaqişələrə və fəlakətlərə zəmanət verir. Cənubi Qafqaz da bu, istisna deyil. Ermənistan ərazisində "Eagle Partner 2023" adlı erməni-amerikalı birgə hərbi təlimləri regional təhlükəsizliyə şübhəsiz təhdiddir.
ABŞ Ordusu və Ermənistan Ordusunun "Eagle Partner" adlı birgə manevrləri sentyabrın 11-20-də İrəvandan 15 kilometr məsafədə, 2022-ci ildə ABŞ-ın dəstəyi ilə modernləşdirilmiş "Zar" təlim mərkəzində keçirilir. Həmçinin bu təlimlər Ararat vadisində, Armavir şəhəri yaxınlığında da keçirilir. Məlumatda 175 erməni hərbçisinin, ABŞ Ordusunun 101-ci hava-desant diviziyasının və Kanzas ştatının Milli Qvardiyasının 85 döyüşçüsünün iştirak etməsi elan edilib. Və bu sadəcə "aysberqin görünən hissəsidir".
Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, manevrlər "beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin uyğunluq səviyyəsinin yüksəldilməsinə", "idarəetmə və taktiki kommunikasiya sahəsində qabaqcıl təcrübə mübadiləsinə" xidmət edəcək, həmçinin NATO proqramları (standartları) üzrə erməni bölmələrinin hazırlığını yoxlayacaq. "Zar" Ermənistan Müdafiə Nazirliyinin 12-ci sülhməramlı briqadasının əsas bazasıdır. Sülhməramlı səylərin tətbiqinin coğrafi nöqtələri əvvəllər Ermənistan hərbçilərinin 2004-cü ildən 2021-ci ilə qədər NATO-nun himayəsi altında tapşırıqları yerinə yetirdiyi Kosovo, Əfqanıstan və İraqı əhatə edib.
Ermənistanın 2022-2023-cü illərdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) təlimlərində iştirakdan imtina etməsindən sonra "Eagle Partner 2023" formatında qarşılıqlı fəaliyyət xüsusilə qəribə görünür. Ermənistan və ABŞ-ın manevrləri əslində Rusiya və KTMT-yə qarşı demarşdır. Əlbəttə ki, "ABŞ-la təlimlər keçirmək qərarı Ermənistanın suveren qərarıdır". Bununla belə, "Eagle Partner" Ermənistanın rəsmi olaraq 1991-ci ilin sərhədləri daxilində Azərbaycanın bir hissəsi kimi tanıdığı və qəti şəkildə "razılaşmadığı" Qarabağdakı vəziyyəti sabitləşdirməkdənsə, "silkələmək" ehtimalı yüksəkdir.
Demək olar ki, hər gün Ermənistan və Azərbaycan bir-birilərinin sərhədyanı ərazilərini atəşə tutmaqda ittiham edir. Moskva, İrəvan və Bakı arasında üçtərəfli razılaşmalara (2020-ci ildə) uyğun olaraq, Rusiya hərbi kontingenti Qarabağ ərazisində sülhməramlı vəzifələri yerinə yetirir. Münaqişə zonasında atəşkəs rejiminə əməl olunmasına nəzarət 30 müşahidə postunda və bir neçə patrul marşrutunda aparılır.
Ermənistanın təhlükəsizliyi və ərazi bütövlüyü bu gün və 2044-cü ilə qədər Rusiya Müdafiə Nazirliyinin 102-ci hərbi bazasının mütəxəssisləri və Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) sərhədçiləri tərəfindən etibarlı şəkildə təmin edilir.
İrəvanın Pentaqonla hansısa alternativ "sülhməramlı" ittifaq yaratmaq cəhdləri əks-məhsuldardır – NATO hər yerə ancaq bəlalar və müharibələr gətirir. Üstəlik, Cənubi Qafqazda silahlı münaqişə Rusiya ilə proksi-müharibəni genişləndirmək və "hegemonluğu" bərpa etmək üçün bir vasitə kimi ABŞ-a zəruri və faydalıdır.
Mif yaradanlar və yoxsulluq gətirənlər
Ermənistanla Azərbaycan arasında yeni müharibənin qarşısını ancaq Cənubi Qafqazda sabitliyin pozulmasında və sərhədlərin yenidən qurulmasında maraqlı olmayan Rusiya və İran ala bilər. Rusiya Prezidenti Vladimir Putin sentyabrın 12-də xatırladıb ki, Rusiya illərdir Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün öz variantlarını təklif edib. Bu döyüşü dayandırmağa çox müvəffəq olub. İrəvan "uzaqlaşır", lakin Rusiya və Ermənistan müttəfiq olaraq qalır.
Ermənistanın Baş naziri Nikol Paşinyanın fikirlərinə zidd olaraq, Rusiya heç yerə getmir və Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, "vəziyyətin sabitləşməsində və münaqişənin aradan qaldırılmasında ardıcıl olaraq çox mühüm rol oynamağa davam edir".
ABŞ və NATO-nun bu regionda "sülhməramlı fəaliyyəti" son dərəcə təhlükəlidir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu yaxınlarda vurğulayıb:
"Biz aqressiv NATO ölkəsinin Cənubu Qafqaza nüfuz etməyə çalışmasında yaxşı heç nə görmürük. Bunun Ermənistanın özü də daxil olmaqla, heç kimə yaxşı olduğunu düşünmürəm".
Ermənistanın nasist Kiyev rejiminə humanitar yardım verməsindən və İrəvanın bir sıra digər qeyri-dost addımlarından sonra Ermənistanın Moskvadakı səfiri Vaqarşak Arutyunyan sentyabrın 8-də Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona kəskin etirazlar bildirilib. Bu yaxınlarda Ermənistanın Baş nazirinin həyat yoldaşı Anna Akopyan Kiyevə rəsmi səfər edib. İrəvan KTMT-dəki daimi nümayəndəsi Viktor Biyaqovu geri çağırıb. Baş nazir Nikol Paşinyan İtaliyanın "La Repubblica" qəzetinə verdiyi müsahibədə deyib:
"Təhlükəsizlik məsələlərində Rusiyadan asılılığımız strateji səhv olub".
Bu cür hərəkətlər Rusiyanın strateji müttəfiq statusu ilə uyğun gəlmir. Roma statutunun ratifikasiyasına belə toxunmadan.
Digər tərəfdən, İrəvanla Qərbin uzunmüddətli yaxınlaşması və 1994-cü ildən etibarən Ermənistanın silahlı qüvvələrinin (KTMT üzvü) NATO ilə fəal qarşılıqlı fəaliyyəti öz bəhrəsini verməyib. Vaşinqton İrəvana pulsuz və ya öz kreditləri (Moskva kimi) ilə silah vermək niyyətində deyil. Alyans Ermənistan hesabına genişlənmə imkanını nəzərdən keçirmir. Ermənistan və NATO arasında son 30 ildə əməkdaşlıq nələrin əldə olunmasına gətirib çıxarıb? Hərbi-siyasi mifologiya, alyansın sakit genişlənməsi, ABŞ-ın "qaynar nöqtələrdə" maraqlarına xidmət.
1994-cü ildə Ermənistan NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulub.
2005-ci ildə Ermənistan və alyans Fərdi Tərəfdaşlığın ilk Fəaliyyət Planını imzalayıblar və Ermənistan nümayəndə heyəti NATO Parlament Assambleyasının sessiyalarında iştirak etməyə başlayıb.
2008-ci ildən Ermənistan NATO Hərbi Hazırlığın Yaxşılaşdırılması Proqramında (DEEP) iştirak edir, bu proqram Ermənistanın hərbi təhsil müəssisələrində islahatlara kömək edir.
Ermənistan 2009-cu ildən 2021-ci ilə qədər alyansın Kosovo, Əfqanıstan və İraqdakı hərbi əməliyyatlarında iştirak edir. Onları sülhməramlı adlandırmaq çətindir.
NATO ilə birgə manevrlər ötən bazar ertəsi başlamayıb. 2010-cu ildə Ermənistanın Arzni şəhərində ilk alyans təlimləri keçirilib. 2018-ci ildə erməni birləşmələri Gürcüstanda NATO-nun "Noble Partner" manevrlərində iştirak edib. 2021-ci ildə Ermənistanın ABŞ Ordusunun "Defender Europe 2021" adlı təlimlərində iştirakı planlaşdırılıb, lakin bu, təlimin baş tutması alınmayıb. Növbəti 2022-ci ildə erməni hərbçiləri Almaniya ərazisində ABŞ Quru Qoşunları ilə əməkdaşlığı gücləndiriblər. 2023-cü ildə isə Pentaqon ABŞ-ın himayəsi altında Ermənistanın iştirak etməli olduğu üç təlim – "KFOR", "Saber Junction" və "Defender 2023" haqqında məlumat verib. Bəlkə də bu, NATO-nun Rusiya ilə başlatdığı proksi-müharibəsi kontekstində KTMT üzvü üçün həddindən artıq çoxdur.
ABŞ Cənubi Qafqazda Rusiyaya qarşı "ikinci cəbhə" yaratmağa çalışır və bu məqsədlə İrəvan yaxınlığında Ermənistan rəhbərliyinin özündən razılığını artıran birgə hərbi oyunlar təşkil etməyə hazırdır. Daha sonra bəs? Ukrayna bir vaxtlar "qərbə tərəf dönüşlə" başı daşa dəyib və bu, təhlükə deyil, qanunauyğunluqların, tendensiyaların və faktların təsdiqidir.
Sırf fərziyyəyə əsaslanaraq, Azərbaycanın Qarabağdakı xüsusi hərbi əməliyyatı (XHƏ) Ermənistanın KTMT-dən sürətlə çıxmasından və sərhədlərdə "qarovulun dəyişdirilməsi" üçün NATO-ya daxil olmasından daha real görünür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.