SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

XİN: Qazaxıstan Azərbaycanın suverenliyini dəstəkləyir

Qazaxıstan  - Sputnik Azərbaycan, 1920, 12.09.2023
Abunə olmaq
Qarabağ ətrafında baş verən son hadisələrlə əlaqədar Qazaxıstan Respublikası bir daha Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyini təsdiqləyir.
BAKI, 12 sentyabr — Sputnik. Qazaxıstan Respublikası Azərbaycanın suverenliyini dəstəkləyir.
Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Nazirlik qeyd edib ki, Qarabağ ətrafında baş verən son hadisələrlə əlaqədar Qazaxıstan Respublikası bir daha Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyini təsdiqləyir.
Həmçinin bütün məsələlərin BMT Nizamnaməsinə və beynəlxalq hüququn əsas prinsip və normalarına uyğun olaraq siyasi və diplomatik yollarla həllinin tərəfdarıdır.
Xəbər lenti
0