Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Hikmət Hacıyev:"Azərbaycan, Türkiyə və İsrail qarşılıqlı fəaliyyət göstərə bilər"

© Sputnik / Murad OrujovHikmət Hacıyev
Hikmət Hacıyev - Sputnik Azərbaycan, 1920, 07.09.2023
Abunə olmaq
Hacıyev İsrailin beynəlxalq "I24NEWS" telekanalına müsahibəsində bildirib ki, Azərbaycanın üçtərəfli formatda əməkdaşlığımızı gücləndirmək təklifi var, belə ki, Azərbaycan, Türkiyə və İsrail qarşılıqlı fəaliyyət göstərə bilər
BAKI, 7 sentyabr — Sputnik. Azərbaycan və İsraili möhkəm dostluq əlaqələri, strateji tərəfdaşlıq birləşdirir. Hazırda iki ölkə arasında əməkdaşlıq dinamik inkişaf edir.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin beynəlxalq "I24NEWS" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycanın İsraildə səfirliyinin açılması əməkdaşlığı yeni səviyyəyə qaldırıb: "Əməkdaşlığın inkişafı üçün ikitərəfli əlaqələr, yüksək səviyyəli səfərlər çox vacibdir. İsrailin hazırkı Baş naziri və Prezidenti, eləcə də ölkənin bir sıra nazirləri Azərbaycanda səfərdə olub. Bununla yanaşı, Azərbaycan Nazirlər Kabinetinin nümayəndələri, yüksək vəzifəli şəxslər mütəmadi olaraq İsrailə səfər edirlər. İki ölkə hökumətləri arasında münasibətlərin belə dinamikası və yüksək səviyyəli rəsmi səfərlər Azərbaycan ilə İsrail arasında əməkdaşlığın mühüm tərkib hissəsidir".
Müsahibə zamanı Azərbaycan Prezidentinin köməkçisi İsrail Dövlətinin Müstəqillik Günündə Prezident İsxak Hersoqun Azərbaycana səfərini xatırladıb: "Biz bunu yüksək qiymətləndiririk"
Hikmət Hacıyev İsrailin beynəlxalq "i24NEWS" telekanalına müsahibəsində onu da bildirib ki, Azərbaycan İsrail və Türkiyə ilə yeni üçtərəfli əməkdaşlıq formatını təklif edir: "Dostlarımızın bir-biri ilə dost olması Azərbaycan diplomatiyası üçün çox vacibdir. Buna görə də Azərbaycan Türkiyə ilə İsrail arasında dostluq və qarşılıqlı anlaşmanın davam etdirilməsindən məmnundur. Azərbaycan eləcə də iki tərəfdaşı arasında dialoqun və daha yaxşı anlaşmanın inkişaf etdirilməsi prosesinə öz töhfəsini verir".
H.Hacıyevin sözlərinə görə, Azərbaycan bundan sonra da bu məsələdə öz rolunu oynamağa davam edəcək: "Azərbaycanın üçtərəfli formatda əməkdaşlığımızı gücləndirmək təklifi var, belə ki, Azərbaycan, Türkiyə və İsrail qarşılıqlı fəaliyyət göstərə bilər".
Xəbər lenti
0