SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rusiyalı politoloq: Paşinyan Rusiyanın səbrini sınamağa başlayır

© Sputnik / Михаил МетцельErmənistanın Baş naziri Nikol Paşinyan
Ermənistanın Baş naziri Nikol Paşinyan  - Sputnik Azərbaycan, 1920, 06.09.2023
Abunə olmaq
Onun sözlərinə görə, Ermənistanın ABŞ-la birgə təlimlər keçirmək planları nümayişkaranə bir addımdır və İrəvanın Qərbə istiqamətlənməyə çalışdığını göstərir.
BAKI, 6 sentyabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın səbrini sınamağa başlayır.
Bunu Rusiya Prezidenti yanında Beynəlxalq Münasibətlər Şurasının üzvü, politoloq Boqdan Bezpalko "RİA Novosti"yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ermənistanın ABŞ-la birgə təlimlər keçirmək planları nümayişkaranə bir addımdır və İrəvanın Qərbə istiqamətlənməyə çalışdığını göstərir.
Bezpalko qeyd edib ki, Paşinyan ölkəsi ilə Rusiya arasında müttəfiqlik münasibətləri fonunda qəbuledilməz olan bir sıra nümayişkaranə addımlar atır və bununla da Rusiyanın səbrini sınamağa başlayır. Atılan addımlar da öz növbəsində Ermənistan rəhbərliyinin Rusiya ilə münasibətləri pozmaq istədiyinin əyani sübutudur.
Rusiyalı politoloqun fikrincə, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etməsi riski var.
Ermənistan ordusu ABŞ-la birgə hərbi təlimlər keçirəcək
Qeyd edək ki, Ermənistan və ABŞ-ın "EAGLE PARTNER-2023" birgə hərbi təlimləri sentyabrın 11-dən 20-dək Ermənistan ərazisində keçiriləcək. Sputnik Ermənistan bu barədə ölkənin Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.
"Sentyabrın 11-dən 20-dək Ermənistanda, xüsusilə də Müdafiə Nazirliyinin N saylı sülhməramlı briqadasının "Zar" təlim mərkəzində və beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində "EAGLE PARTNER-2023" adlı birgə təlimlər keçiriləcək", - məlumatda deyilir.
Hərbi idarənin məlumatında qeyd olunur ki, təlimlərin məqsədi sülhməramlı əməliyyatların tərkib hissəsi kimi beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsinin artırılması, idarəetmə və taktiki rabitə sahəsində təcrübə mübadiləsi, o cümlədən NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramının "Əməliyyat İmkanları Konsepsiyası"nın planlı qiymətləndirilməsinə erməni hərbçilərinin hazırlığının artırılmasıdır.
Xəbər lenti
0