Aİİ ölkələrinin bazarlarının kontrafakt və saxta məhsullardan qorunması müzakirə olunacaq
© Sputnik / Vladislav Vodnev / Mediabanka keçidПрезидент РФ В. Путин принимает участие в заседании Высшего Евразийского экономического совета
© Sputnik / Vladislav Vodnev
/ Abunə olmaq
Sankt-Peterburqda keçiriləcək forumun əsas məqsədi qanunvericiliyin praktiki tətbiqi ilə bağlı ideya, rəy, təcrübə mübadiləsi, uğurlu layihələrin nümayişi və Aİİ ölkələrində sivil mal və xidmətlər bazarının formalaşdırılması üçün birgə həllərin işlənib hazırlanmasıdır.
BAKI, 6 sentyabr — Sputnik. Sankt-Peterburqda oktyabrın əvvəlində "Antikontrafakt-2023" XI Beynəlxalq Forumu keçiriləcək.
Avrasiya İqtisadi Komissiyasının (AİK) mətbuat xidmətindən verilən məlumata görə, forumun mövzusu Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin bazarlarının kontrafakt və saxta məhsullardan qorunmasını, müasir rəqəmsal mexanizmlərin, markalanma və izləmə sistemlərinin tətbiqini, standartlaşdırma və sertifikatlaşdırma sahəsində hüquqi tənzimləmə sahəsində qabaqcıl təcrübələrin mübadiləsini, eləcə də əqli mülkiyyət hüquqlarının qorunmasını əhatə edəcək.
Forumun işgüzar proqramı çərçivəsində Avrasiya İqtisadi Komissiyasının, Aİİ ölkələrinin dövlət qurumlarının, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının və digər beynəlxalq təşkilatların, peşəkar assosiasiyaların və biznesin nümayəndələri plenar iclasda, diskussiya sessiyalarında və sərgi tədbirlərində iştirak edəcəklər.
Təşkilatçıların sözlərinə görə, forumun əsas məqsədi qanunvericiliyin praktik tətbiqi ilə bağlı ideya, rəy, təcrübə mübadiləsi, uğurlu layihələrin nümayişi və Aİİ ölkələrində sivil mal və xidmətlər bazarının formalaşdırılması üçün birgə həllərin işlənib hazırlanmasıdır.
AİK-in iqtisadiyyat və maliyyə siyasəti naziri Bakıtjan Saqintayevin sözlərinə görə, "Antikontrafakt" Forumu Avrasiya inteqrasiya gündəliyinin ayrılmaz hissəsidir və saxta malların yayılmasına qarşı mübarizə problemlərinə ictimaiyyətin, biznesin və dövlət orqanlarının diqqətini cəlb etməyə imkan verir.
"Saxta məhsulların istehsalı və yayılması sahəsindəki müasir tendensiyaları ümumi Avrasiya bazarında kontrafakt və saxta məhsullara qarşı mübarizə üçün yeni effektiv vasitələrin axtarışı və müzakirə edilməsinin vacibliyini diktə edir", - deyə nazir vurğulayıb.
Qeyd edək ki, forumun mövzularından biri də digər məsələlərlə yanaşı, Aİİ ölkələri ərazisində rəqəmsal markalanmanın inkişafı, müxtəlif əmtəə qruplarında belə bir sistemin tətbiqi üzrə təcrübə mübadiləsi, onun effektivliyi və gələcək inkişafı üçün imkanları olacaq.
"Yeni təchizat zəncirləri, şirkətlərin və brendlərin istehlak bazarında rotasiyası saxta məhsullarla mübarizə məsələlərini xüsusilə aktuallaşdırır, müasir rəqəmsal texnologiyaların tətbiqini, bütün Aİİ ərazisində rəqəmsal markalanma və izləmə sisteminin sürətlə inkişafını tələb edir. Forum ənənəvi olaraq bu sahədə əsas müzakirə platformasına çevriləcək ", - deyə Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturovun qeyd edib.