https://sputnik.az/20230901/dm-daha-bir-ixtisas-uzre-bos-qalan-yerlere-qeydiyyat-elan-etdi-458228205.html
DİM daha bir ixtisas üzrə boş qalan yerlərə qeydiyyat elan etdi
DİM daha bir ixtisas üzrə boş qalan yerlərə qeydiyyat elan etdi
Sputnik Azərbaycan
Müsahibədə III ixtisas qrupunu seçmiş və müsabiqə şərtlərinə əsasən ümumi balı 150, o cümlədən qəbul imtahanının II mərhələsi üzrə balı minimum 50 olan... 01.09.2023, Sputnik Azərbaycan
2023-09-01T17:20+0400
2023-09-01T17:20+0400
2023-09-01T17:20+0400
dim
təhsil
müsahibə
dövlət imtahan mərkəzi
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424510812_0:160:3073:1888_1920x0_80_0_0_2445597d25af05089d7f36e08b0ce974.jpg
BAKI, 1 sentyabr — Sputnik. İslamşünaslıq ixtisası üzrə boş qalan yerlərə qəbul olmaq istəyən abituriyentlər müsahibədə iştirak etmək üçün 1 – 4 sentyabr tarixlərində saat 9:30-dan 17:30-a dək Azərbaycan İlahiyyat İnstitutuna (Məhəmməd Naxçıvani küçəsi, 29) ərizə ilə müraciət edərək qeydiyyatdan keçməlidirlər. Bu abrədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib. İslamşünaslıq ixtisası üzrə DPK Bakıda fəaliyyət göstərəcək. DPK-nın tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər və DİM-in əməkdaşları daxil edilirlər. Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışları və dünyəvilik anlayışı, psixoloji parametrlərinin İslamşünaslıq ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri yoxlanılır. Qeyd edək ki, müsahibədə III ixtisas qrupunu seçmiş və müsabiqə şərtlərinə əsasən ümumi balı 150, o cümlədən qəbul imtahanının II mərhələsi üzrə balı minimum 50 olan abituriyentlər iştirak edə bilərlər. Yalnız müsahibədən məqbul qiymət almış abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq ixtisasını qeyd edə biləcəklər. III ixtisas qrupunun İslamşünaslıq ixtisası üzrə müsabiqə abituriyentin qəbul imtahanında (iki mərhələnin nəticəsində) topladığı ümumi bal əsasında aparılır. 2023-cü ilin avqust ayında keçirilmiş müsahiblərdə iştirak edib qeyri-məqbul alan abituriyentlər təkrar müsahibəyə buraxılmır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424510812_170:0:2901:2048_1920x0_80_0_0_e6fd2ff33b7b9d9c97096c7b4d2bb2a7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dim, müsahibə, dövlət imtahan mərkəzi
dim, müsahibə, dövlət imtahan mərkəzi
DİM daha bir ixtisas üzrə boş qalan yerlərə qeydiyyat elan etdi
Müsahibədə III ixtisas qrupunu seçmiş və müsabiqə şərtlərinə əsasən ümumi balı 150, o cümlədən qəbul imtahanının II mərhələsi üzrə balı minimum 50 olan abituriyentlər iştirak edə bilərlər.
BAKI, 1 sentyabr — Sputnik. İslamşünaslıq ixtisası üzrə boş qalan yerlərə qəbul olmaq istəyən abituriyentlər müsahibədə iştirak etmək üçün 1 – 4 sentyabr tarixlərində saat 9:30-dan 17:30-a dək Azərbaycan İlahiyyat İnstitutuna (Məhəmməd Naxçıvani küçəsi, 29) ərizə ilə müraciət edərək qeydiyyatdan keçməlidirlər.
Bu abrədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
İslamşünaslıq ixtisası üzrə DPK Bakıda fəaliyyət göstərəcək. DPK-nın tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər və DİM-in əməkdaşları daxil edilirlər.
Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışları və dünyəvilik anlayışı, psixoloji parametrlərinin İslamşünaslıq ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri yoxlanılır.
Qeyd edək ki, müsahibədə III ixtisas qrupunu seçmiş və müsabiqə şərtlərinə əsasən ümumi balı 150, o cümlədən qəbul imtahanının II mərhələsi üzrə balı minimum 50 olan abituriyentlər iştirak edə bilərlər. Yalnız müsahibədən məqbul qiymət almış abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq ixtisasını qeyd edə biləcəklər.
III ixtisas qrupunun İslamşünaslıq ixtisası üzrə müsabiqə abituriyentin qəbul imtahanında (iki mərhələnin nəticəsində) topladığı ümumi bal əsasında aparılır.
2023-cü ilin avqust ayında keçirilmiş müsahiblərdə iştirak edib qeyri-məqbul alan abituriyentlər təkrar müsahibəyə buraxılmır.