https://sputnik.az/20230830/xhe-ukrayna-silahli-quvvelerinin-eks-hucumu-2024-cu-ile-texire-salinib-458136473.html
XHƏ: Ukrayna Silahlı Qüvvələrinin "əks-hücum"u 2024-cü ilə təxirə salınıb
XHƏ: Ukrayna Silahlı Qüvvələrinin "əks-hücum"u 2024-cü ilə təxirə salınıb
Sputnik Azərbaycan
Avropalı siyasətçilər Qərbin Kiyevə hərbi təchizatının faydasızlığı və anti-Rusiya sanksiyalarının mənasızlığı fonunda Ukraynanın hərbi əməliyyat teatrında... 30.08.2023, Sputnik Azərbaycan
2023-08-30T09:31+0400
2023-08-30T09:31+0400
2023-08-30T09:31+0400
ukrayna
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
silahlı qüvvələr
xüsusi hərbi əməliyyat
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1d/458130178_0:160:3072:1888_1920x0_80_0_0_b61c8b616869a6f52cdd8c0e14ff2e06.jpg
Ukrayna ordusunun bəyan etdiyi plan və məqsədləri getdikcə reallıqdan və döyüş meydanındakı uğurdan uzaqlaşır. Kiyev rejimi hələ də çox tez bir zamanda "Krımın qaytarılması" arzusundadır, lakin Qərbə yalnız 2024-cü ilin yazında Rusiya müdafiəsinin yarılmasında "sıçrayış" vəd edir. ABŞ və NATO-nun arsenalları, Qərbin hərbi-sənaye kompleksinin potensialı obyektiv olaraq Ukrayna münaqişəsini uzun illər boyu davam edən "əfqan" məsafəsini "qət etməyə" imkan vermir. Deyəsən, düyün, göründüyündən daha tez bir zamanda açılacaq. Rusiyanın Kupyansk yaxınlığındakı hücumu cəbhənin cənub sektorunda düşmənin süqutunu sürətləndirib. Rusiya qoşunlarının Xarkov vilayətində irəliləməsindən qorxan Ukrayna Silahlı Qüvvələrinin komandanlığı "Pentaqonun tövsiyələrini" pozaraq, qalan ehtiyatları əsas Zaporojye istiqamətindən Kupyansk vilayətinə ötürür. ABŞ strateqləri Bandera ordusunun "itaətsizliyi"ndən - ehtiyatların səpələnməsindən, "Baxmutu qaytarmaq" üçün uğursuz cəhdlərdən qəzəbləniblər. Pentaqon bütün qüvvə və vasitələrin Zaporojye istiqamətində cəmləşdirilməsində israrlıdır. Ukrayna Silahlı Qüvvələrinin cənubundakı əks-hücumun görünən uğursuzluğu amerikalıları daha çox narahat edir, nəinki USQ-nin şimal cəbhəsinin mümkün dağılması. Qərb Rusiya müdafiəsinin "ən çətin xəttinin" keçildiyi və "Payız əks-hücum"unun inkişafı üçün Ukrayna Silahlı Qüvvələrinin kifayət qədər resursları haqqında ən vəhşi dezinformasiyanı kütləvi surətdə təkrarlamaqla Ukrayna hərbi əməliyyatlar teatrındakı uğurun azlığını kompensasiya etməyə çalışır. Öz növbəsində, Kiyev rejimi Qərb ustalarını uğurlu "sıçrayış"a inandırmaq üçün yeni PR kampaniyasına başlayıb – yalnız bu "sıçrayış" 2024-cü ilin yazında nəzərdə tutulub. Təbii ki, NATO-nun silah tədarükü və Amerikanın səxavətli maliyyələşdirilməsinin davamı şərti ilə. Bu, gülməli görünür, amma yenə də Kiyevə gəlir gətirir. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yeni "əks-hücum"u həyata keçirmək üçün 2023-cü ildə 200-300 min ehtiyatda olan əsgəri səfərbər etmək, hazırlamaq və təchiz etmək niyyətindədir. İndiyədək Ukrayna hərbi komissarlıqları hər ay ən çox 7000 vətəndaşı hərbi xidmətə çağırıb, yəni onlar yalnız Ukrayna Silahlı Qüvvələrinin itkilərini ödəyiblər. Səfərbərliyin 10 qat sürətləndirilməsi son dərəcə mümkünsüzdür. Ehtiyatın keyfiyyətinə yaşı 70-dən yuxarı olan ukraynalı tankçıların Almaniyada yenidən hazırlıq kurslarında peyda olması ilə qiymət vermək olar. Ukrayna Silahlı Qüvvələri böyük itkilər verir. Zaporijjia istiqamətində, yalnız Rabotino kəndinə hücum üçün Ukrayna komandanlığı üç ay ərzində 15 briqadadan 60 min əsgər göndərib. Lakin 30 minə yaxın itki verən Ukrayna Silahlı Qüvvələri heç bir nəticə əldə etmədi. Rabotino tamamilə dağıdılaraq məhv edilsə də, Ukrayna qoşunlarının nəzarəti altında deyil. Başa düşmək vacibdir ki, Pyatixatki, Jerebyanki, Rabotino kəndləri ön kənarın təhlükəsizliyini təmin edən zonadır, burada düşmənin canlı qüvvəsini və zirehli texnikasını məhv etmək üçün sıx mina sahələri olan qabaqcıl istehkam rayonları mövcuddur. Rusiya qoşunlarının eşelonlaşdırılmış müdafiəsinin birinci xətti (daha ciddi istehkam sistemi) cənubda yerləşir, Ukrayna Silahlı Qüvvələrinin bölmələri ona çatmayıblar. Rusiya Silahlı Qüvvələrinin kütləvi zərbələri altında bunu etmək praktiki olaraq mümkün deyil. Qərbin səxavətinin sərhədləri varÖtən sutka ərzində Zaporojya istiqamətində, Rabotino və Verbovoye ərazilərində Rusiya Silahlı Qüvvələrinin bölmələri Ukrayna Silahlı Qüvvələrinin 82-ci desant hücumu və 46-cı hava-desant briqadalarının yeddi hücumunu uğurla dəf ediblər. Xarkov vilayətində rus qoşunları Kupyansk yaxınlığındakı Ukrayna bölmələrini Oskol çayına tərəf "itələyərək" sıxışdırmaqda davam edirlər. Donbasın Amerika kaset mərmiləri ilə atəşə tutulmasına cavab olaraq, RF Silahlı Qüvvələri Ukrayna mövqelərində kaset və termal sursatlardan fəal istifadə etməyə başlayıb. Cəbhə xəttində hadisələrin inkişafı və payızın yaxınlaşması Ukrayna Silahlı Qüvvələri və NATO üçün yaxşı heç nə vəd etmir. Yaxın gələcəkdə "Ukraynanın ləng irəliləməsi" Qərb mediasında yalnız nitq forması olaraq qalacaq. Vaşinqtonun qərəzli hərəkətləri "donor" silah təchizatını və Kiyev rejiminin aqoniyasını müvəqqəti olaraq uzada bilər. Amerikalılar və onların müttəfiqləri (limitroflar) XHƏ zonasında qüvvələr balansını dəyişdirə bilmirlər. Bir il yarım ərzində hərbi əməliyyatlar zamanı Ukrayna Silahlı Qüvvələri ümumi dəyəri, təxminən 10 milyard dollar olan 155 mm çaplı 2 milyondan çox NATO mərmisi xərcləyib. Amerikalı generallar hesab edir ki, Ukrayna qoşunları öz sursatlarını fərq qoymadan israf edir. Nə olursa olsun, Qərbin arsenalları praktiki olaraq tükənib, hərbi-sənaye kompleksi dayanır və Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarını ödəyə bilmir. Artilleriya qurğularının (raketlər, təyyarələr) əlavə tədarükü Ukrayna ordusunun atəş gücünü nəzərəçarpacaq dərəcədə artırmayacaq. Avropalı siyasətçilər Qərbin Kiyevə hərbi təchizatının faydasızlığı və anti-Rusiya sanksiyalarının mənasızlığı fonunda Ukraynanın hərbi əməliyyat teatrında NATO-nun strategiyasının uğursuzluğunu görürlər. Yeni reallıq - çoxqütblü dünya, beləcə, dərk edilir. Amerikada prezident seçkiləri debatları zamanı ən populyar respublikaçı namizədlər Vivek Ramasvami və Ron Desantis Ukraynaya "ABŞ üçün prioritet olmayan" hərbi yardımın əleyhinə çıxış ediblər. Payızın astanasında ehtiyatsızcasına "Rusiyanın təslim olmasını və təzminat ödəməsini" tələb edən marionet Kiyev rejimi NATO-nun "donor" tədarükü və hərbi planlarının qeyri-müəyyənliyini dərk etməyə başlayıb. Digər tərəfdən, Rusiya müdafiə sənayesi istehsal həcmini durmadan artırır, silah və sursatların çeşidini genişləndirir. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bu gün xatırladıb ki, Rusiya özünü Silahlı Qüvvələrin cari ehtiyaclarından artıq bütün növ silah və sursatla təmin edir və bununla da, yalnız Qərbdən gələn paylarla yaşayan parazit Bandera Ukraynasından tam şəkildə fərqlənir. Rusiyanın beynəlxalq səviyyədə təcrid edilməsi mif olaraq qalır. Rusiya iqtisadiyyatı XHƏ fonunda böyüyür - dünyada beşinci və Avropada birinci yer! BVF və Dünya Bankının 2022-ci ilin nəticələrinə əsasən gəldikləri qənaət bunlardır. Gərginlik məntiqi ABŞ və NATO-nu elə bir çıxılmaz vəziyyətə gətirib çıxarıb ki, onların Ukrayna hərbi əməliyyatlar teatrında yalnız bir çıxış yolu var - Əfqanıstanda olduğu kimi biabırçı tərzdə təslim olmaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1d/458130178_171:0:2902:2048_1920x0_80_0_0_df3201e2537e265d21e96b1118d93df4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
ukrayna, silahlı qüvvələr, xüsusi hərbi əməliyyat
ukrayna, silahlı qüvvələr, xüsusi hərbi əməliyyat
XHƏ: Ukrayna Silahlı Qüvvələrinin "əks-hücum"u 2024-cü ilə təxirə salınıb
Avropalı siyasətçilər Qərbin Kiyevə hərbi təchizatının faydasızlığı və anti-Rusiya sanksiyalarının mənasızlığı fonunda Ukraynanın hərbi əməliyyat teatrında NATO-nun strategiyasının uğursuzluğunu görürlər.
Ukrayna ordusunun bəyan etdiyi plan və məqsədləri getdikcə reallıqdan və döyüş meydanındakı uğurdan uzaqlaşır. Kiyev rejimi hələ də çox tez bir zamanda "Krımın qaytarılması" arzusundadır, lakin Qərbə yalnız 2024-cü ilin yazında Rusiya müdafiəsinin yarılmasında "sıçrayış" vəd edir.
ABŞ və NATO-nun arsenalları, Qərbin hərbi-sənaye kompleksinin potensialı obyektiv olaraq Ukrayna münaqişəsini uzun illər boyu davam edən "əfqan" məsafəsini "qət etməyə" imkan vermir. Deyəsən, düyün, göründüyündən daha tez bir zamanda açılacaq.
Rusiyanın Kupyansk yaxınlığındakı hücumu cəbhənin cənub sektorunda düşmənin süqutunu sürətləndirib. Rusiya qoşunlarının Xarkov vilayətində irəliləməsindən qorxan Ukrayna Silahlı Qüvvələrinin komandanlığı "Pentaqonun tövsiyələrini" pozaraq, qalan ehtiyatları əsas Zaporojye istiqamətindən Kupyansk vilayətinə ötürür. ABŞ strateqləri Bandera ordusunun "itaətsizliyi"ndən - ehtiyatların səpələnməsindən, "Baxmutu qaytarmaq" üçün uğursuz cəhdlərdən qəzəbləniblər. Pentaqon bütün qüvvə və vasitələrin Zaporojye istiqamətində cəmləşdirilməsində israrlıdır.
Ukrayna Silahlı Qüvvələrinin cənubundakı əks-hücumun görünən uğursuzluğu amerikalıları daha çox narahat edir, nəinki USQ-nin şimal cəbhəsinin mümkün dağılması.
Qərb Rusiya müdafiəsinin "ən çətin xəttinin" keçildiyi və "Payız əks-hücum"unun inkişafı üçün Ukrayna Silahlı Qüvvələrinin kifayət qədər resursları haqqında ən vəhşi dezinformasiyanı kütləvi surətdə təkrarlamaqla Ukrayna hərbi əməliyyatlar teatrındakı uğurun azlığını kompensasiya etməyə çalışır.
Öz növbəsində, Kiyev rejimi Qərb ustalarını uğurlu "sıçrayış"a inandırmaq üçün yeni PR kampaniyasına başlayıb – yalnız bu "sıçrayış" 2024-cü ilin yazında nəzərdə tutulub. Təbii ki, NATO-nun silah tədarükü və Amerikanın səxavətli maliyyələşdirilməsinin davamı şərti ilə. Bu, gülməli görünür, amma yenə də Kiyevə gəlir gətirir.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yeni "əks-hücum"u həyata keçirmək üçün 2023-cü ildə 200-300 min ehtiyatda olan əsgəri səfərbər etmək, hazırlamaq və təchiz etmək niyyətindədir. İndiyədək Ukrayna hərbi komissarlıqları hər ay ən çox 7000 vətəndaşı hərbi xidmətə çağırıb, yəni onlar yalnız Ukrayna Silahlı Qüvvələrinin itkilərini ödəyiblər. Səfərbərliyin 10 qat sürətləndirilməsi son dərəcə mümkünsüzdür. Ehtiyatın keyfiyyətinə yaşı 70-dən yuxarı olan ukraynalı tankçıların Almaniyada yenidən hazırlıq kurslarında peyda olması ilə qiymət vermək olar.
Ukrayna Silahlı Qüvvələri böyük itkilər verir. Zaporijjia istiqamətində, yalnız Rabotino kəndinə hücum üçün Ukrayna komandanlığı üç ay ərzində 15 briqadadan 60 min əsgər göndərib. Lakin 30 minə yaxın itki verən Ukrayna Silahlı Qüvvələri heç bir nəticə əldə etmədi. Rabotino tamamilə dağıdılaraq məhv edilsə də, Ukrayna qoşunlarının nəzarəti altında deyil. Başa düşmək vacibdir ki, Pyatixatki, Jerebyanki, Rabotino kəndləri ön kənarın təhlükəsizliyini təmin edən zonadır, burada düşmənin canlı qüvvəsini və zirehli texnikasını məhv etmək üçün sıx mina sahələri olan qabaqcıl istehkam rayonları mövcuddur. Rusiya qoşunlarının eşelonlaşdırılmış müdafiəsinin birinci xətti (daha ciddi istehkam sistemi) cənubda yerləşir, Ukrayna Silahlı Qüvvələrinin bölmələri ona çatmayıblar. Rusiya Silahlı Qüvvələrinin kütləvi zərbələri altında bunu etmək praktiki olaraq mümkün deyil.
Qərbin səxavətinin sərhədləri var
Ötən sutka ərzində Zaporojya istiqamətində, Rabotino və Verbovoye ərazilərində Rusiya Silahlı Qüvvələrinin bölmələri Ukrayna Silahlı Qüvvələrinin 82-ci desant hücumu və 46-cı hava-desant briqadalarının yeddi hücumunu uğurla dəf ediblər. Xarkov vilayətində rus qoşunları Kupyansk yaxınlığındakı Ukrayna bölmələrini Oskol çayına tərəf "itələyərək" sıxışdırmaqda davam edirlər. Donbasın Amerika kaset mərmiləri ilə atəşə tutulmasına cavab olaraq, RF Silahlı Qüvvələri Ukrayna mövqelərində kaset və termal sursatlardan fəal istifadə etməyə başlayıb.
Cəbhə xəttində hadisələrin inkişafı və payızın yaxınlaşması Ukrayna Silahlı Qüvvələri və NATO üçün yaxşı heç nə vəd etmir. Yaxın gələcəkdə "Ukraynanın ləng irəliləməsi" Qərb mediasında yalnız nitq forması olaraq qalacaq.
Vaşinqtonun qərəzli hərəkətləri "donor" silah təchizatını və Kiyev rejiminin aqoniyasını müvəqqəti olaraq uzada bilər. Amerikalılar və onların müttəfiqləri (limitroflar) XHƏ zonasında qüvvələr balansını dəyişdirə bilmirlər. Bir il yarım ərzində hərbi əməliyyatlar zamanı Ukrayna Silahlı Qüvvələri ümumi dəyəri, təxminən 10 milyard dollar olan 155 mm çaplı 2 milyondan çox NATO mərmisi xərcləyib. Amerikalı generallar hesab edir ki, Ukrayna qoşunları öz sursatlarını fərq qoymadan israf edir. Nə olursa olsun, Qərbin arsenalları praktiki olaraq tükənib, hərbi-sənaye kompleksi dayanır və Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarını ödəyə bilmir. Artilleriya qurğularının (raketlər, təyyarələr) əlavə tədarükü Ukrayna ordusunun atəş gücünü nəzərəçarpacaq dərəcədə artırmayacaq.
Avropalı siyasətçilər Qərbin Kiyevə hərbi təchizatının faydasızlığı və anti-Rusiya sanksiyalarının mənasızlığı fonunda Ukraynanın hərbi əməliyyat teatrında NATO-nun strategiyasının uğursuzluğunu görürlər. Yeni reallıq - çoxqütblü dünya, beləcə, dərk edilir. Amerikada prezident seçkiləri debatları zamanı ən populyar respublikaçı namizədlər Vivek Ramasvami və Ron Desantis Ukraynaya "ABŞ üçün prioritet olmayan" hərbi yardımın əleyhinə çıxış ediblər. Payızın astanasında ehtiyatsızcasına "Rusiyanın təslim olmasını və təzminat ödəməsini" tələb edən marionet Kiyev rejimi NATO-nun "donor" tədarükü və hərbi planlarının qeyri-müəyyənliyini dərk etməyə başlayıb.
Digər tərəfdən, Rusiya müdafiə sənayesi istehsal həcmini durmadan artırır, silah və sursatların çeşidini genişləndirir. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bu gün xatırladıb ki, Rusiya özünü Silahlı Qüvvələrin cari ehtiyaclarından artıq bütün növ silah və sursatla təmin edir və bununla da, yalnız Qərbdən gələn paylarla yaşayan parazit Bandera Ukraynasından tam şəkildə fərqlənir.
Rusiyanın beynəlxalq səviyyədə təcrid edilməsi mif olaraq qalır. Rusiya iqtisadiyyatı XHƏ fonunda böyüyür - dünyada beşinci və Avropada birinci yer! BVF və Dünya Bankının 2022-ci ilin nəticələrinə əsasən gəldikləri qənaət bunlardır.
Gərginlik məntiqi ABŞ və NATO-nu elə bir çıxılmaz vəziyyətə gətirib çıxarıb ki, onların Ukrayna hərbi əməliyyatlar teatrında yalnız bir çıxış yolu var - Əfqanıstanda olduğu kimi biabırçı tərzdə təslim olmaq.