https://sputnik.az/20230830/a-nece-genislenecek-ve-ozbekistan-ona-ne-vaxt-qosulacaq---ekspert-aciqladi-458164286.html
Aİİ necə genişlənəcək və Özbəkistan ona nə vaxt qoşulacaq - ekspert açıqladı
Aİİ necə genişlənəcək və Özbəkistan ona nə vaxt qoşulacaq - ekspert açıqladı
Sputnik Azərbaycan
Erqaşev vurğulayıb ki, Rusiyanın nüvə sənayesi, aviasiya sənayesi, hərbi-sənaye kompleksi də Aİİ-yə daxil olmağı planlaşdıran bir çox ölkələr üçün böyük maraq... 30.08.2023, Sputnik Azərbaycan
2023-08-30T14:25+0400
2023-08-30T14:25+0400
2023-08-30T15:41+0400
iqtisadiyyat
avrasiya iqtisadi ittifaqı
özbəkistan
https://cdnn1.img.sputnik.az/img/07e5/04/15/426755403_0:0:3129:1761_1920x0_80_0_0_32ebb9877c431dd51a33127ce26ee606.jpg
BAKI, 30 avqust — Sputnik. Avrasiya İqtisadi ittifaqı (Aİİ) postsovet məkanından kənara çıxmağa çalışır və bir sıra xarici ölkələr təşkilatla əməkdaşlıqda maraqlıdır. Onların arasında Vyetnam və İran da var. Bu fikri Tədqiqat Təşəbbüsləri Mərkəzinin direktoru Mano Bəxtiyor Erqaşev "Sputnik Özbəkistan"a səsləndirib.Ekspertin fikrincə, Aİİ həm resurslar, həm də müxtəlif sənaye sahələrində texnologiyaların inkişafı nöqteyi-nəzərdən ciddi potensiala malikdir. Erqaşev vurğulayıb ki, Rusiyanın nüvə sənayesi, aviasiya sənayesi, hərbi-sənaye kompleksi də Aİİ-yə daxil olmağı planlaşdıran bir çox ölkələr üçün böyük maraq doğurur. Ekspert əmindir ki, Aİİ iqtisadi tərəfdaş kimi, 200 milyondan çox insanı özündə birləşdirən assosiasiya olaraq gələcək artım üçün çox ciddi potensiala malikdir. O, müxtəlif formatlarda inkişaf edəcək və genişlənəcək.Erqaşev həmçinin qeyd edib ki, hazırda Aİİ-də müşahidəçi ölkə olan Özbəkistan tədricən təşkilata inteqrasiyanı davam etdirir.Onun sözlərinə görə, hazırda gömrük, tarif və digər məsələləri tənzimləyən qanunvericilik və normativ bazanın sinxronlaşdırılmasına yönəlmiş bir sıra layihələr həyata keçirilir. Ekspertin sözlərinə görə, Özbəkistanın Aİİ-yə tamhüquqlu üzv olması üçün bütün zəruri prosedurlar 2-3 il çəkəcək. Erqaşev onu da əlavə edib ki, Özbəkistanın təşkilata tamhüquqlu üzvlüyü Aİİ-nin, həmçinin də adıçəkilən ölkənin iqtisadiyyatına ciddi üstünlüklər gətirəcək, çünki Birlik ölkələrinin bazarları Özbəkistan üçün önəmlidir. Bundan əvvəl Rusiyanın baş naziri Mixail Mişustin demişdi ki, Aİİ yeni tərəfdaşlar üçün açıqdır. "Avrasiya İqtisadi İttifaqı indi formalaşmaqda olan çoxqütblü dünyanın qütblərindən biri rolunu oynayır. Və o, yeni tərəfdaşlar üçün açıq qalır. Biz yaxşı bilirik ki, müasir şəraitdə digər ölkələr və regional ölkələrlə əməkdaşlığın artırılmasına xüsusi ehtiyac var", - deyə Mişustin bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/15/426755403_176:0:2905:2047_1920x0_80_0_0_a33474d89700afc104756c3ac6e8ce87.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
avrasiya iqtisadi ittifaqı, özbəkistan
avrasiya iqtisadi ittifaqı, özbəkistan
Aİİ necə genişlənəcək və Özbəkistan ona nə vaxt qoşulacaq - ekspert açıqladı
14:25 30.08.2023 (Yenilənib: 15:41 30.08.2023) Erqaşev vurğulayıb ki, Rusiyanın nüvə sənayesi, aviasiya sənayesi, hərbi-sənaye kompleksi də Aİİ-yə daxil olmağı planlaşdıran bir çox ölkələr üçün böyük maraq doğurur.
BAKI, 30 avqust — Sputnik. Avrasiya İqtisadi ittifaqı (Aİİ) postsovet məkanından kənara çıxmağa çalışır və bir sıra xarici ölkələr təşkilatla əməkdaşlıqda maraqlıdır. Onların arasında Vyetnam və İran da var. Bu fikri Tədqiqat Təşəbbüsləri Mərkəzinin direktoru Mano Bəxtiyor Erqaşev "Sputnik Özbəkistan"a səsləndirib.
Ekspertin fikrincə, Aİİ həm resurslar, həm də müxtəlif sənaye sahələrində texnologiyaların inkişafı nöqteyi-nəzərdən ciddi potensiala malikdir.
"Biz bilirik ki, bir sıra ölkələr Aİİ ölkələri ilə azad ticarət zonasının yaradılması ilə bağlı sazişlər bağlamaq istəyir. Məsələn, bunlar Vyetnam və İrandır. İttifaq onlar üçün böyük maraq kəsb edir, çünki təşkilatın kifayət qədər ciddi potensialı var. Buraya neft, qaz, taxıl, sənaye sahələrində ən müasir texnologiyalara qədər resurslarla təminat baxımından potensial daxildir", - ekspert bildirib.
Erqaşev vurğulayıb ki, Rusiyanın nüvə sənayesi, aviasiya sənayesi, hərbi-sənaye kompleksi də Aİİ-yə daxil olmağı planlaşdıran bir çox ölkələr üçün böyük maraq doğurur.
Ekspert əmindir ki, Aİİ iqtisadi tərəfdaş kimi, 200 milyondan çox insanı özündə birləşdirən assosiasiya olaraq gələcək artım üçün çox ciddi potensiala malikdir. O, müxtəlif formatlarda inkişaf edəcək və genişlənəcək.
Erqaşev həmçinin qeyd edib ki, hazırda Aİİ-də müşahidəçi ölkə olan Özbəkistan tədricən təşkilata inteqrasiyanı davam etdirir.
Onun sözlərinə görə, hazırda gömrük, tarif və digər məsələləri tənzimləyən qanunvericilik və normativ bazanın sinxronlaşdırılmasına yönəlmiş bir sıra layihələr həyata keçirilir.
Ekspertin sözlərinə görə, Özbəkistanın Aİİ-yə tamhüquqlu üzv olması üçün bütün zəruri prosedurlar 2-3 il çəkəcək.
"Hesab edirəm ki, bütün sahələrdə qanunvericilik və normativ bazanın sinxronlaşdırılması yolu ilə Özbəkistanın Aİİ-yə mərhələli və rahat daxil olması prosesi yaxın 2-3 ildə yekunlaşacaq", - ekspert bildirib.
Erqaşev onu da əlavə edib ki, Özbəkistanın təşkilata tamhüquqlu üzvlüyü Aİİ-nin, həmçinin də adıçəkilən ölkənin iqtisadiyyatına ciddi üstünlüklər gətirəcək, çünki Birlik ölkələrinin bazarları Özbəkistan üçün önəmlidir.
Bundan əvvəl Rusiyanın baş naziri Mixail Mişustin demişdi ki, Aİİ yeni tərəfdaşlar üçün açıqdır.
"Avrasiya İqtisadi İttifaqı indi formalaşmaqda olan çoxqütblü dünyanın qütblərindən biri rolunu oynayır. Və o, yeni tərəfdaşlar üçün açıq qalır. Biz yaxşı bilirik ki, müasir şəraitdə digər ölkələr və regional ölkələrlə əməkdaşlığın artırılmasına xüsusi ehtiyac var", - deyə Mişustin bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.