https://sputnik.az/20230825/turkiye-qaz-qovsagi-layihesi-ile-bagli-rusiya-terefi-ile-muzakireleri-davam-etdirir---kv-458014918.html
Türkiyə qaz qovşağı layihəsi ilə bağlı Rusiya tərəfi ilə müzakirələri davam etdirir - KİV
Türkiyə qaz qovşağı layihəsi ilə bağlı Rusiya tərəfi ilə müzakirələri davam etdirir - KİV
Sputnik Azərbaycan
Prezidentlər Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında planlaşdırılan danışıqlar zamanı Türkiyə ilə Rusiya arasında enerji layihələri, xüsusən də "qaz... 25.08.2023, Sputnik Azərbaycan
2023-08-25T13:04+0400
2023-08-25T13:04+0400
2023-08-25T13:04+0400
türkiyə
rusiya
ankara
qaz
https://cdnn1.img.sputnik.az/img/07e5/04/15/426753643_0:189:2966:1857_1920x0_80_0_0_9f7f35608244bba2b4f817a49423bcd5.jpg
BAKI, 25 avqust — Sputnik. Türkiyə "qaz qovşağı" layihəsi ilə bağlı Rusiya tərəfi ilə müzakirələri davam etdirir. Bu barədə RİA Novosti-yə Ankaradakı diplomatik mənbə məlumat verib. Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Biriçevski bildirmişdi ki, Türkiyədə "qaz qovşağı" layihəsinin parametrləri hələ də müzakirə olunur. CNN Türk-ün daha əvvəl mənbələrə istinadən verdiyi məlumata görə, prezidentlər Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında planlaşdırılan danışıqlar zamanı Türkiyə ilə Rusiya arasında enerji layihələri, xüsusən də "qaz qovşağı" layihəsi müzakirə oluna bilər. Türkiyədə qaz qovşağı layihəsi ilk dəfə ötən ilin oktyabrında müzakirə olunub. Türkiyə qaz qovşağı ilə bağlı təklifə müsbət reaksiya verib və iki ölkə liderləri müvafiq idarələrə müvafiq işlərə başlamaq barədə göstəriş veriblər. Qərb mediası daha çox Rusiya qazının idxalı üçün infrastruktur yaradılmasının heç bir mənası olmadığını yazıb və Avropa Komissiyası xatırladıb ki, Aİ Rusiyadan qaz asılılığını tez bir zamanda azaltmağa çalışır. Türkiyənin cənub-şərqində baş verən dağıdıcı zəlzələlərdən sonra layihə üzrə aktiv danışıqlar dayandırılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/15/426753643_119:0:2848:2047_1920x0_80_0_0_022b7710d3ad53c2a6608dddc820182a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
türkiyə, ankara, qaz
Türkiyə qaz qovşağı layihəsi ilə bağlı Rusiya tərəfi ilə müzakirələri davam etdirir - KİV
Prezidentlər Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında planlaşdırılan danışıqlar zamanı Türkiyə ilə Rusiya arasında enerji layihələri, xüsusən də "qaz qovşağı" layihəsi müzakirə oluna bilər.
BAKI, 25 avqust — Sputnik. Türkiyə "qaz qovşağı" layihəsi ilə bağlı Rusiya tərəfi ilə müzakirələri davam etdirir. Bu barədə RİA Novosti-yə Ankaradakı diplomatik mənbə məlumat verib.
"Hazırda müzakirələr gedir. Bizim üçün bu layihə böyük maraq kəsb edir", - agentliyin həmsöhbəti layihənin icrasında "sükut"un yaranması ilə bağlı sualı cavablandırarkən deyib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Biriçevski bildirmişdi ki, Türkiyədə "qaz qovşağı" layihəsinin parametrləri hələ də müzakirə olunur.
CNN Türk-ün daha əvvəl mənbələrə istinadən verdiyi məlumata görə, prezidentlər Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında planlaşdırılan danışıqlar zamanı Türkiyə ilə Rusiya arasında enerji layihələri, xüsusən də "qaz qovşağı" layihəsi müzakirə oluna bilər.
Türkiyədə qaz qovşağı layihəsi ilk dəfə ötən ilin oktyabrında müzakirə olunub.
Türkiyə qaz qovşağı ilə bağlı təklifə müsbət reaksiya verib və iki ölkə liderləri müvafiq idarələrə müvafiq işlərə başlamaq barədə göstəriş veriblər.
Qərb mediası daha çox Rusiya qazının idxalı üçün infrastruktur yaradılmasının heç bir mənası olmadığını yazıb və Avropa Komissiyası xatırladıb ki, Aİ Rusiyadan qaz asılılığını tez bir zamanda azaltmağa çalışır. Türkiyənin cənub-şərqində baş verən dağıdıcı zəlzələlərdən sonra layihə üzrə aktiv danışıqlar dayandırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.