QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Sabah Laçının Zabux kəndinə ilk köç başlayır

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidLaçına mənzərə, arxiv şəkli
Laçına mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.08.2023
Abunə olmaq
Bakıdan Zabuxa yolasalma Lökbatanda məcburi köçkünlər üçün salınmış "Qobupark-3"də məktəbin qarşısında olacaq.
BAKI, 24 avqust — Sputnik. Laçın rayonunun Zabux kəndinə köç başlayır. Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, avqustun 25-də ilk mərhələdə 20 ailə (88 nəfər) kəndə köçürüləcək.
Bakıdan Zabuxa yolasalma Lökbatanda məcburi köçkünlər üçün salınmış "Qobupark-3"də məktəbin qarşısında olacaq.
Qeyd edək ki, Laçın rayonunun Zabux kəndi 2022-ci ilin avqustun 26-da erməni işğalından azad olunub və Azərbaycan Ordusunun nəzarətinə keçib.
Xatırladaq ki, Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində söyləmişdi ki, Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır:

"Bu təbiidir. Onların orada qalması, əslində, hərbi cinayətdir. "Çünki o, Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Bəlkə də orada yaşayanlar Suriyadan, Livandan gəlmiş ermənilər bunu bilmirlər, amma Ermənistan rəhbərliyi bunu yaxşı bilir. Ona görə oradan bəzi xəbərlər gəlir, biri deyir ki, mən çıxmayacağam, o biri deyir ki, mən çıxmayacağam. Özləri bilər. Onlar hərbi cinayətkardırlar. Yenə də bizi, bizim səbrimizi sınağa çəkməsinlər. Öz xoşu ilə oradan çıxıb getsinlər. Haraya gedirlər bizi maraqlandırmır".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0