https://sputnik.az/20230822/raqin-neft-ixracini-berpa-edeceyi-gozlentileri-qara-qizili-ucuzlasdirib-457895196.html
İraqın neft ixracını bərpa edəcəyi gözləntiləri "qara qızıl"ı ucuzlaşdırıb
İraqın neft ixracını bərpa edəcəyi gözləntiləri "qara qızıl"ı ucuzlaşdırıb
Sputnik Azərbaycan
Zəifləyən Çin iqtisadiyyatı isə qlobal tələb proqnozunu aşağı salmağa davam edir. 22.08.2023, Sputnik Azərbaycan
2023-08-22T11:38+0400
2023-08-22T11:38+0400
2023-08-22T11:45+0400
neft
neft-qaz
azeri light markalı neft
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457288581_0:154:3008:1846_1920x0_80_0_0_dbcd26f61aba23fb79ff0c6a1f4e0b66.jpg
BAKI, 22 avqust — Sputnik. İraqın neft ixracını bərpa edəcəyi gözləntiləri dünya bazarlarında neft qiymətlərini aşağı salıb. İraqın neft ixracının bərpası hasilatın azaldılmasının qarşısını ala bilər. Zəifləyən Çin iqtisadiyyatı isə qlobal tələb proqnozunu aşağı salmağa davam edir. "Brent" markalı neft 8 sent ucuzlaşaraq 84,38 dollara, ABŞ-ın Qərbi Texas nefti isə 7 sent azalaraq 80,65 dollara satılıb. "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti isə 0,41 dollar artaraq 89,66 dollar olub. Son həftələrdə ABŞ-nin iqtisadi məlumatları FED-in faizləri uzun müddət daha yüksək saxlaması gözləntilərini gücləndirib, neft tələbi üzrə proqnozu azaldıb. Xatırladaq ki, neft qiymətləri Səudiyyə Ərəbistanı və Rusiyanın hasilatı azaltmağı öhdəsinə götürdükdən sonra iyunun sonundan bəri yüksəlib. Ötən həftə ABŞ dollarının güclənməsi və Çində iqtisadi yavaşlama narahatlığı neftin ardıcıl 7 həftəlik bahalaşmasını dayandırmışdı. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457288581_171:0:2838:2000_1920x0_80_0_0_053cdc807bd2e225f935bb697501a933.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, azeri light markalı neft
neft, azeri light markalı neft
İraqın neft ixracını bərpa edəcəyi gözləntiləri "qara qızıl"ı ucuzlaşdırıb
11:38 22.08.2023 (Yenilənib: 11:45 22.08.2023) Zəifləyən Çin iqtisadiyyatı isə qlobal tələb proqnozunu aşağı salmağa davam edir.
BAKI, 22 avqust — Sputnik. İraqın neft ixracını bərpa edəcəyi gözləntiləri dünya bazarlarında neft qiymətlərini aşağı salıb. İraqın neft ixracının bərpası hasilatın azaldılmasının qarşısını ala bilər. Zəifləyən Çin iqtisadiyyatı isə qlobal tələb proqnozunu aşağı salmağa davam edir.
"Brent" markalı neft 8 sent ucuzlaşaraq 84,38 dollara, ABŞ-ın Qərbi Texas nefti isə 7 sent azalaraq 80,65 dollara satılıb.
"Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti isə 0,41 dollar artaraq 89,66 dollar olub.
Son həftələrdə ABŞ-nin iqtisadi məlumatları FED-in faizləri uzun müddət daha yüksək saxlaması gözləntilərini gücləndirib, neft tələbi üzrə proqnozu azaldıb.
Xatırladaq ki, neft qiymətləri Səudiyyə Ərəbistanı və Rusiyanın hasilatı azaltmağı öhdəsinə götürdükdən sonra iyunun sonundan bəri yüksəlib. Ötən həftə ABŞ dollarının güclənməsi və Çində iqtisadi yavaşlama narahatlığı neftin ardıcıl 7 həftəlik bahalaşmasını dayandırmışdı.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.