https://sputnik.az/20230821/qlobal-teklifin-daralmasi-fonunda-neft-qiymetleri-yukselib-457858612.html
Qlobal təklifin daralması fonunda neft qiymətləri yüksəlib
Qlobal təklifin daralması fonunda neft qiymətləri yüksəlib
Sputnik Azərbaycan
Ötən həftə ABŞ dollarının güclənməsi və Çində iqtisadi yavaşlama narahatlığı neftin ardıcıl 7 həftəlik bahalaşmasını dayandırmışdı. 21.08.2023, Sputnik Azərbaycan
2023-08-21T11:54+0400
2023-08-21T11:54+0400
2023-08-21T12:46+0400
neft
neft-qaz
qiymət
rusiya
səudiyyə ərəbistanı
"azerilight" markalı neft
dollar
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457290010_0:166:3049:1881_1920x0_80_0_0_6bf554787d04a4d7fa7562efe3080ab1.jpg
BAKI, 21 avqust — Sputnik. Səudiyyə Ərəbistanı və Rusiyadan neft ixracının azalması ilə qlobal tədarükün daralması fonunda neft qiymətləri yüksəlib. Brent markalı neft 61 sent bahalaşaraq 85,41 dollara, ABŞ-ın Qərbi Texas nefti isə 63 sent artaraq 81,88 dollara satılıb. Qeyd edək ki, ötən həftə ABŞ dollarının güclənməsi və Çində iqtisadi yavaşlama narahatlığı neftin ardıcıl 7 həftəlik bahalaşmasını dayandırmışdı. Neft qiymətləri adətən ABŞ dollarına nisbətdə tərs hərəkət edir, zəif dollar digər valyuta sahibləri üçün neft alışlarını daha ucuz edir və tələbi artırır. Xatırladaq ki, neft qiymətləri Səudiyyə Ərəbistanı və Rusiyanın hasilatı azaltmağı öhdəsinə götürdükdən sonra iyunun sonundan bəri yüksəlib. Keçən həftənin sonunda “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,14 dollar azalaraq 89,25 dollar olub. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457290010_160:0:2889:2047_1920x0_80_0_0_475e1465476f537b061e45030e699ab3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, qiymət, rusiya, səudiyyə ərəbistanı, "azerilight" markalı neft, dollar
neft, qiymət, rusiya, səudiyyə ərəbistanı, "azerilight" markalı neft, dollar
Qlobal təklifin daralması fonunda neft qiymətləri yüksəlib
11:54 21.08.2023 (Yenilənib: 12:46 21.08.2023) Ötən həftə ABŞ dollarının güclənməsi və Çində iqtisadi yavaşlama narahatlığı neftin ardıcıl 7 həftəlik bahalaşmasını dayandırmışdı.
BAKI, 21 avqust — Sputnik. Səudiyyə Ərəbistanı və Rusiyadan neft ixracının azalması ilə qlobal tədarükün daralması fonunda neft qiymətləri yüksəlib.
Brent markalı neft 61 sent bahalaşaraq 85,41 dollara, ABŞ-ın Qərbi Texas nefti isə 63 sent artaraq 81,88 dollara satılıb.
Qeyd edək ki, ötən həftə ABŞ dollarının güclənməsi və Çində iqtisadi yavaşlama narahatlığı neftin ardıcıl 7 həftəlik bahalaşmasını dayandırmışdı. Neft qiymətləri adətən ABŞ dollarına nisbətdə tərs hərəkət edir, zəif dollar digər valyuta sahibləri üçün neft alışlarını daha ucuz edir və tələbi artırır.
Xatırladaq ki, neft qiymətləri Səudiyyə Ərəbistanı və Rusiyanın hasilatı azaltmağı öhdəsinə götürdükdən sonra iyunun sonundan bəri yüksəlib.
Keçən həftənin sonunda “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,14 dollar azalaraq 89,25 dollar olub.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.