https://sputnik.az/20230817/qirgizistan-a-cin-ve-avropa-ttifaqi-bazarlarina-acilan-penceredir---japarov-457776688.html
Qırğızıstan Aİİ, Çin və Avropa İttifaqı bazarlarına açılan pəncərədir - Japarov
Qırğızıstan Aİİ, Çin və Avropa İttifaqı bazarlarına açılan pəncərədir - Japarov
Sputnik Azərbaycan
Qırğızıstan 8000-ə yaxın malın güzəştli tariflərlə bazara çıxmasına imkan verən "İnkişaf etməkdə olan Ölkələrin Ticarət Sxemi"nə (DCTS) daxildir. 17.08.2023, Sputnik Azərbaycan
2023-08-17T15:49+0400
2023-08-17T15:49+0400
2023-08-17T15:49+0400
qırğızıstan
iqtisadiyyat
avrasiya iqtisadi ittifaqı
dünya
iqtisadiyyat
https://cdnn1.img.sputnik.az/img/41655/26/416552627_0:130:3183:1920_1920x0_80_0_0_078bbf08c5c914d73e3918fdbbbfbaab.jpg
BAKI, 17 avqust — Sputnik. Qırğızıstan Aİİ, Çin və Avropa İttifaqı bazarlarına daxil olmaq üçün cəlbedici giriş nöqtəsi olmaq potensialına malikdir. Bizmedia.kz-ın məlumatına görə, bunu Qırğızıstanın baş naziri Akılbek Japarov Çinin Sincan-Uyğur Muxtar Vilayətində keçirilən "Çin-Avrasiya: Mallar və Ticarət 2023" EXPO sərgisində çıxışı zamanı deyib. Japarov vurğulayıb ki, Qırğızıstan böyük investisiya potensialına malikdir. O, Qırğızıstan ixracatçılarına sıfır tariflərlə Aİ ölkələrinə 6200-dən çox mal tədarük etməyə imkan verən Avropa İttifaqı ilə GSP+ statusunun əhəmiyyətini xatırladıb. Hazırda Qırğızıstan bu statusdan yararlana biləcək dünyanın 9 ölkəsi siyahısına daxil edilib. Bundan əlavə, Qırğızıstan 8000-ə yaxın malın güzəştli tariflərlə bazara çıxmasına imkan verən "İnkişaf etməkdə olan Ölkələrin Ticarət Sxemi"nə (DCTS) daxildir. Japarov həmçinin qeyd edib ki, hazırda dünya iqtisadi mərkəzi tədricən cənub-şərqə, Asiyaya doğru dəyişir. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41655/26/416552627_226:0:2957:2048_1920x0_80_0_0_2b75845997686e0779b0d8dfd01eadee.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qırğızıstan, avrasiya iqtisadi ittifaqı, dünya, iqtisadiyyat
qırğızıstan, avrasiya iqtisadi ittifaqı, dünya, iqtisadiyyat
Qırğızıstan Aİİ, Çin və Avropa İttifaqı bazarlarına açılan pəncərədir - Japarov
Qırğızıstan 8000-ə yaxın malın güzəştli tariflərlə bazara çıxmasına imkan verən "İnkişaf etməkdə olan Ölkələrin Ticarət Sxemi"nə (DCTS) daxildir.
BAKI, 17 avqust — Sputnik. Qırğızıstan Aİİ, Çin və Avropa İttifaqı bazarlarına daxil olmaq üçün cəlbedici giriş nöqtəsi olmaq potensialına malikdir. Bizmedia.kz-ın məlumatına görə, bunu Qırğızıstanın baş naziri Akılbek Japarov Çinin Sincan-Uyğur Muxtar Vilayətində keçirilən "Çin-Avrasiya: Mallar və Ticarət 2023" EXPO sərgisində çıxışı zamanı deyib.
Japarov vurğulayıb ki, Qırğızıstan böyük investisiya potensialına malikdir. O, Qırğızıstan ixracatçılarına sıfır tariflərlə Aİ ölkələrinə 6200-dən çox mal tədarük etməyə imkan verən Avropa İttifaqı ilə GSP+ statusunun əhəmiyyətini xatırladıb.
Hazırda Qırğızıstan bu statusdan yararlana biləcək dünyanın 9 ölkəsi siyahısına daxil edilib. Bundan əlavə, Qırğızıstan 8000-ə yaxın malın güzəştli tariflərlə bazara çıxmasına imkan verən "İnkişaf etməkdə olan Ölkələrin Ticarət Sxemi"nə (DCTS) daxildir.
Japarov həmçinin qeyd edib ki, hazırda dünya iqtisadi mərkəzi tədricən cənub-şərqə, Asiyaya doğru dəyişir.
"Son 20 ildə Mərkəzi Asiya ölkələrinin ÜDM-i 7,5 dəfə artıb, orta artım tempi isə 6,2% təşkil edib. Bu, inkişaf etməkdə olan ölkələrlə müqayisədə yüksəkdir və bütövlükdə dünya iqtisadiyyatı ilə müqayisədə artım iki dəfədən çoxdur. Əminəm ki, ticarət yolları və malların tədarükü regionumuza doğru dəyidikcə Mərkəzi Asiyanın qlobal bazara töhfəsi artmaqda davam edəcək. Bu kontekstdə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi layihəsinin həyata keçirilməsi təkcə bu üç ölkə üçün deyil, bütün region ölkələri üçün böyük əhəmiyyət kəsb edir", - deyə baş nazir vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.