Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Şoyqu: Zaporojye AES-in atəşə tutulması nüvə fəlakətinə səbəb ola bilər

© Sputnik / Пресс-служба Минобороны РФ / Mediabanka keçid Sergey Şoyqu
 Sergey Şoyqu - Sputnik Azərbaycan, 1920, 15.08.2023
Abunə olmaq
Nazir həmçinin xəbərdarlıq edib ki, Rusiya öz arsenalındakı kaset sursatlarından istifadə etməmək məsələsinə yenidən baxa bilər.
BAKI, 15 avqust — Sputnik. Kiyevin Zaporojye atom elektrik stansiyasını ağır silahlarla atəşə tutması nüvə fəlakətinə səbəb ola bilər. Bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu XI Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı zamanı deyib.

"Zaporojye AES ətrafında həyəcanlı vəziyyət qalmaqdadır. Kiyev onu müntəzəm olaraq ağır silahlardan atəşə tutur. Ukrayna Silahlı Qüvvələrinin hərəkətləri nüvə fəlakətinə səbəb ola bilər", - Şoyqu bildirib.

Nazir həmçinin xəbərdarlıq edib ki, Rusiya öz arsenalındakı kaset sursatlarından istifadə etməmək məsələsinə yenidən baxa bilər.
Şoyqu bildirib ki, Birləşmiş Ştatlar və onun tərəfdaşları Ukraynada kaset bombalarından istifadə edərək müharibə cinayəti törədirlər.

"Buna diqqəti cəlb etmək istərdim ki, bizdə də kasetli sursatlar var. İndiyədək humanitar səbəblərə görə onlardan istifadə etməkdən çəkinmişik. Lakin bu qərara yenidən baxıla bilər", - o deyib.

Nazir bildirib ki, ABŞ rəsmiləri dəfələrlə kasetli sursatlardan istifadənin müharibə cinayəti olduğunu bildiriblər, lakin indi Vaşinqton və onun əlaltıları bunu Ukraynada törədirlər.
"Gözlənildiyi kimi humanitar təşkilatlardan heç bir qınama yoxdur", - Şoyqu bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0