https://sputnik.az/20230812/qerbin-rusiyaya-gore-merkezi-asiyaya-tezyiqleri-regiondaki-layiheleri-tehdid-edir-457634814.html
Qərbin Rusiyaya görə Mərkəzi Asiyaya təzyiqləri regiondakı layihələri təhdid edir
Qərbin Rusiyaya görə Mərkəzi Asiyaya təzyiqləri regiondakı layihələri təhdid edir
Sputnik Azərbaycan
Son vaxtlar ABŞ və Aİ Mərkəzi Asiya regionunda müstəqil dost ölkələrə təzyiqləri sürətlə artıraraq, onları anti-Rusiya sanksiyalarına qoşulmağa və ölkəmizlə... 12.08.2023, Sputnik Azərbaycan
2023-08-12T08:34+0400
2023-08-12T08:34+0400
2023-08-12T08:34+0400
qərb
rusiya
vladimir putin
mərkəzi asiya
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1a/439629299_0:0:3072:1728_1920x0_80_0_0_48e9ec31872d54f5bdce492a0f8f60f4.jpg
BAKI, 12 avqust — Sputnik. Avropa İttifaqı və ABŞ-ın anti-Rusiya sanksiyaları məsələsində Mərkəzi Asiya ölkələrinə təzyiqi regionda layihələrin həyata keçirilməsini təhlükə altına qoyur. Bunu "RİA Novosti"yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Biriçevski bildirib. "Həqiqətən də, son vaxtlar ABŞ və Aİ Mərkəzi Asiya regionunda müstəqil dost ölkələrə təzyiqləri sürətlə artıraraq, onları anti-Rusiya sanksiyalarına qoşulmağa və ölkəmizlə ticarət-iqtisadi əməkdaşlığı məhdudlaşdırmağa məcbur edir. Vaşinqton və Brüssel bu vəzifələri Rusiyaya qarşı "məhdudiyyətlər marafonu"nun hazırkı mərhələsində prioritet kimi göstərirlər. "ABŞ və onun əlaltılarının bu cür hərəkətləri dövlətlərimizin ikitərəfli münasibətlərinə kobud müdaxilədir. Bu, faktiki olaraq müstəqil xarici siyasət və xarici iqtisadi xətt qurmaq azad hüququnu pozur və Mərkəzi Asiya regionunda qarşılıqlı faydalı layihələrin həyata keçirilməsini təhlükə altına qoyur", - deyə Biriçevski vurğulayıb. Bundan əvvəl Avropa Şurasının rəhbəri Şarl Mişel bildirib ki, Avropa İttifaqı Mərkəzi Asiya dövlətləri ilə anti-Rusiya sanksiyalarına əməl olunması məsələsində dialoq aparmaq istəyir, lakin onlardan yan keçməyə kömək edənlərə qarşı tədbir görmək niyyətindədir. Avropa Şurası rəhbərinin sözlərinə görə, sanksiyalar Rusiyaya dəstək verənlərə qarşı yönələcək. Aİ bunu Rusiyanın müdafiə sektoruna yardım kimi qiymətləndirə bilər. Bununla belə, o, Aİ-nin bu məsələdə dialoqa üstünlük verdiyini və ekstraterritorial tədbirlərə əl atmaq niyyətində olmadığını təsdiqləyib. Qeyd edək ki, 2022-ci ilin əvvəlindən Aİ Rusiyaya qarşı on sanksiya paktı təsdiqləyib və hazırda yeni məhdudlaşdırıcı tədbirlər hazırlayır. Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiya təzyiqinin öhdəsindən gələcək. Moskva qeyd edib ki, Qərbin Rusiya Federasiyasına qarşı sanksiyaların uğursuzluğunu etiraf etmək cəsarəti çatışmır. Qərb ölkələrinin özündə də anti-Rusiya sanksiyalarının səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə eşidilib. Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl bəyan edib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.
mərkəzi asiya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1a/439629299_341:0:3072:2048_1920x0_80_0_0_6398aeb281c68b474a470866cb754bb6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
qərb, vladimir putin, mərkəzi asiya
qərb, vladimir putin, mərkəzi asiya
Qərbin Rusiyaya görə Mərkəzi Asiyaya təzyiqləri regiondakı layihələri təhdid edir
Son vaxtlar ABŞ və Aİ Mərkəzi Asiya regionunda müstəqil dost ölkələrə təzyiqləri sürətlə artıraraq, onları anti-Rusiya sanksiyalarına qoşulmağa və ölkəmizlə ticarət-iqtisadi əməkdaşlığı məhdudlaşdırmağa məcbur edir.
BAKI, 12 avqust — Sputnik. Avropa İttifaqı və ABŞ-ın anti-Rusiya sanksiyaları məsələsində Mərkəzi Asiya ölkələrinə təzyiqi regionda layihələrin həyata keçirilməsini təhlükə altına qoyur.
Bunu "RİA Novosti"yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Biriçevski bildirib.
"Həqiqətən də, son vaxtlar ABŞ və Aİ Mərkəzi Asiya regionunda müstəqil dost ölkələrə təzyiqləri sürətlə artıraraq, onları anti-Rusiya sanksiyalarına qoşulmağa və ölkəmizlə ticarət-iqtisadi əməkdaşlığı məhdudlaşdırmağa məcbur edir. Vaşinqton və Brüssel bu vəzifələri Rusiyaya qarşı "məhdudiyyətlər marafonu"nun hazırkı mərhələsində prioritet kimi göstərirlər.
"ABŞ və onun əlaltılarının bu cür hərəkətləri dövlətlərimizin ikitərəfli münasibətlərinə kobud müdaxilədir. Bu, faktiki olaraq müstəqil xarici siyasət və xarici iqtisadi xətt qurmaq azad hüququnu pozur və Mərkəzi Asiya regionunda qarşılıqlı faydalı layihələrin həyata keçirilməsini təhlükə altına qoyur", - deyə Biriçevski vurğulayıb.
Bundan əvvəl Avropa Şurasının rəhbəri Şarl Mişel bildirib ki, Avropa İttifaqı Mərkəzi Asiya dövlətləri ilə anti-Rusiya sanksiyalarına əməl olunması məsələsində dialoq aparmaq istəyir, lakin onlardan yan keçməyə kömək edənlərə qarşı tədbir görmək niyyətindədir. Avropa Şurası rəhbərinin sözlərinə görə, sanksiyalar Rusiyaya dəstək verənlərə qarşı yönələcək. Aİ bunu Rusiyanın müdafiə sektoruna yardım kimi qiymətləndirə bilər. Bununla belə, o, Aİ-nin bu məsələdə dialoqa üstünlük verdiyini və ekstraterritorial tədbirlərə əl atmaq niyyətində olmadığını təsdiqləyib.
Qeyd edək ki, 2022-ci ilin əvvəlindən Aİ Rusiyaya qarşı on sanksiya paktı təsdiqləyib və hazırda yeni məhdudlaşdırıcı tədbirlər hazırlayır.
Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiya təzyiqinin öhdəsindən gələcək. Moskva qeyd edib ki, Qərbin Rusiya Federasiyasına qarşı sanksiyaların uğursuzluğunu etiraf etmək cəsarəti çatışmır. Qərb ölkələrinin özündə də anti-Rusiya sanksiyalarının səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə eşidilib. Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl bəyan edib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.