https://sputnik.az/20230807/neft-cuzi-ucuzlasib---lakin-qiymetler-aprelden-beri-en-yuksek-seviyyededir-457489738.html
Neft cüzi ucuzlaşıb - Lakin qiymətlər apreldən bəri ən yüksək səviyyədədir
Neft cüzi ucuzlaşıb - Lakin qiymətlər apreldən bəri ən yüksək səviyyədədir
Sputnik Azərbaycan
Son həftələrdə ABŞ-nin faiz artımını azaldacağına dair gözləntilər, neft hasilatının azaldılması və dünyanın ən böyük neft idxalçısı Çində tələbin artacağı... 07.08.2023, Sputnik Azərbaycan
2023-08-07T11:38+0400
2023-08-07T11:38+0400
2023-08-07T11:39+0400
neft-qaz
azeri light markalı neft
"brent" markalı neft
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457290031_0:105:2000:1230_1920x0_80_0_0_3bbee3170d574da45ccab959517aea6a.jpg
BAKI, 7 avqust — Sputnik. Neft bazarlarında qiymətlərdə cüzi dəyişiklik qeydə alınıb. Bu gün neft qiymətləri nisbətən aşağı düşüb. Belə ki, "Brent" markalı neftin qiyməti 10 sent və ya 0,1% ucuzlaşaraq 86,14 dollara, ABŞ-ın Qərbi Texas nefti isə 9 sent və ya 0,1% ucuzlaşaraq 82,73 dollara düşüb. Lakin neft qiymətləri aprelin ortalarından bəri hələ də ən yüksək səviyyədədir. Çünki Səudiyyə Ərəbistanı və Rusiya qiymətləri dəstəkləmək üçün hasilatın azaldılması müddətini daha bir ay uzatmağa qərar verib. Ümumiyyətlə, son həftələrdə ABŞ-nin faiz artımını azaldacağına dair gözləntilər, neft hasilatının azaldılması və dünyanın ən böyük neft idxalçısı Çində tələbin artacağı gözləntiləri qiymətləri dəstəkləyib. İnvestorlar bu həftə Çində açıqlanacaq iqtisadi məlumatları izləyəcəklər. Qeyd edək ki, ötən həftənin sonunda Azərbaycan neftinin ("Azeri Light") bir barelinin qiyməti 1,21 dollar artaraq 90,11 dollar olub. Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457290031_110:0:1890:1335_1920x0_80_0_0_d68df1baf14284156b3d938aa2e4f208.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azeri light markalı neft, "brent" markalı neft
azeri light markalı neft, "brent" markalı neft
Neft cüzi ucuzlaşıb - Lakin qiymətlər apreldən bəri ən yüksək səviyyədədir
11:38 07.08.2023 (Yenilənib: 11:39 07.08.2023) Son həftələrdə ABŞ-nin faiz artımını azaldacağına dair gözləntilər, neft hasilatının azaldılması və dünyanın ən böyük neft idxalçısı Çində tələbin artacağı gözləntiləri qiymətləri dəstəkləyib.
BAKI, 7 avqust — Sputnik. Neft bazarlarında qiymətlərdə cüzi dəyişiklik qeydə alınıb. Bu gün neft qiymətləri nisbətən aşağı düşüb. Belə ki, "Brent" markalı neftin qiyməti 10 sent və ya 0,1% ucuzlaşaraq 86,14 dollara, ABŞ-ın Qərbi Texas nefti isə 9 sent və ya 0,1% ucuzlaşaraq 82,73 dollara düşüb.
Lakin neft qiymətləri aprelin ortalarından bəri hələ də ən yüksək səviyyədədir. Çünki Səudiyyə Ərəbistanı və Rusiya qiymətləri dəstəkləmək üçün hasilatın azaldılması müddətini daha bir ay uzatmağa qərar verib.
Ümumiyyətlə, son həftələrdə ABŞ-nin faiz artımını azaldacağına dair gözləntilər, neft hasilatının azaldılması və dünyanın ən böyük neft idxalçısı Çində tələbin artacağı gözləntiləri qiymətləri dəstəkləyib.
İnvestorlar bu həftə Çində açıqlanacaq iqtisadi məlumatları izləyəcəklər.
Qeyd edək ki, ötən həftənin sonunda Azərbaycan neftinin ("Azeri Light") bir barelinin qiyməti 1,21 dollar artaraq 90,11 dollar olub.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.