https://sputnik.az/20230806/kv-turkiye-evvelki-formatda-taxil-sazisini-berpa-etmek-ucun-sey-gosterir-457472717.html
KİV: Türkiyə əvvəlki formatda taxıl sazişini bərpa etmək üçün səy göstərir
KİV: Türkiyə əvvəlki formatda taxıl sazişini bərpa etmək üçün səy göstərir
Sputnik Azərbaycan
Ankara mövcud taxıl dəhlizinin fəaliyyətini bərpa etmək ümidi ilə İstanbul razılaşmalarının tərəfləri kimi BMT, Rusiya və Ukrayna nümayəndələri ilə diplomatik... 06.08.2023, Sputnik Azərbaycan
2023-08-06T11:12+0400
2023-08-06T11:12+0400
2023-08-06T12:03+0400
taxıl
dünya xəbərləri
saziş
türkiyə
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445333114_0:160:3072:1888_1920x0_80_0_0_5957b06ad846ba5b374d4d3f1439552b.jpg
BAKI, 6 avqust - Sputnik. Türkiyə kənd təsərrüfatı məhsullarının Qara dəniz humanitar dəhlizi ilə ixracı üçün alternativ variantları dəstəkləmir və taxıl sazişiniəvvəlki formatda bərpa etmək üçün fəal səylər göstərir. Bu barədə “Sabah” qəzeti hökumətdəki mənbələrə istinadən yazır. Qəzetin yazdığına görə, bu məqsədlə Ankara mövcud taxıl dəhlizinin fəaliyyətini bərpa etmək ümidi ilə İstanbul razılaşmalarının tərəfləri kimi BMT, Rusiya və Ukrayna nümayəndələri ilə diplomatik əlaqələri davam etdirir. Türkiyə tərəfi İstanbulda Birgə Koordinasiya Mərkəzinin (BKM) fəaliyyət göstərməsini dəstəkləyir və Rusiya nümayəndə heyətinin oraya qayıtmasına ümid edir. Rusiya taxıl sazişində iştirakını dayandırdıqdan sonra Rusiya nümayəndələri BKM-i tərk ediblər. “Sabah” yazır ki, Türkiyə əvvəlki formatda taxıl sazişinin bərpasının onun əsas missiyasının həyata keçirilməsinə töhfə verəcəyinə və Qara dəniz hövzəsində gərginliyə imkan verməyəcəyinə inanır. Türkiyədəki mənbə daha əvvəl TASS-a bildirib ki, Qara dəniz dəhlizinin kənd təsərrüfatı məhsullarının dünya bazarlarına daşınması üçün digər variantlardan, o cümlədən kənd təsərrüfatı məhsullarının Ukrayna tərəfindən digər dənizlər boyunca daşınması imkanlarından daha ucuz olduğunu nəzərə alsaq, taxıl sazişinin bərpası şansları realdır. 2022-ci il iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan Qara Dəniz Təşəbbüsü Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının və ərzaq məhsullarının, eləcə də gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Bu müqavilə paket sazişin bir hissəsidir. İkinci hissə - üç il müddətinə nəzərdə tutulmuş Rusiya-BMT memorandumu - Rusiyanın ərzaq və gübrə ixracının bərpa olunmasını, Rosselxozbank-ın SWIFT-ə yenidən qoşulmasını, kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin tədarükünün bərpasını və bir sıra digər tədbirləri nəzərdə tutur. Taxıl sazişi iyulun 18-də dayandırılıb, Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-ni onun uzadılmasına etirazı barədə xəbərdar edib. Rusiya prezidenti Vladimir Putin əvvəllər qeyd edib ki, BMT-nin səylərinə baxmayaraq, Rusiya ilə razılaşmanın şərtləri yerinə yetirilməyib, çünki Qərb ölkələri vədlərinə əməl etmək niyyətində deyillər. Putin dəfələrlə qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini öz dövlətlərinə ixrac edib və sövdələşmənin əsas məqsədi - ehtiyacı olan ölkələrə, o cümlədən Afrika ölkələrinə taxıl tədarükü heç vaxt həyata keçirilməyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445333114_171:0:2902:2048_1920x0_80_0_0_169acdf0ebd9b90c4763f32eabd6397a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
taxıl, saziş, türkiyə
KİV: Türkiyə əvvəlki formatda taxıl sazişini bərpa etmək üçün səy göstərir
11:12 06.08.2023 (Yenilənib: 12:03 06.08.2023) Ankara mövcud taxıl dəhlizinin fəaliyyətini bərpa etmək ümidi ilə İstanbul razılaşmalarının tərəfləri kimi BMT, Rusiya və Ukrayna nümayəndələri ilə diplomatik əlaqələri davam etdirir.
BAKI, 6 avqust - Sputnik. Türkiyə kənd təsərrüfatı məhsullarının Qara dəniz humanitar dəhlizi ilə ixracı üçün alternativ variantları dəstəkləmir və taxıl sazişiniəvvəlki formatda bərpa etmək üçün fəal səylər göstərir. Bu barədə “Sabah” qəzeti hökumətdəki mənbələrə istinadən yazır.
Qəzetin yazdığına görə, bu məqsədlə Ankara mövcud taxıl dəhlizinin fəaliyyətini bərpa etmək ümidi ilə İstanbul razılaşmalarının tərəfləri kimi BMT, Rusiya və Ukrayna nümayəndələri ilə diplomatik əlaqələri davam etdirir.
Türkiyə tərəfi İstanbulda Birgə Koordinasiya Mərkəzinin (BKM) fəaliyyət göstərməsini dəstəkləyir və Rusiya nümayəndə heyətinin oraya qayıtmasına ümid edir. Rusiya taxıl sazişində iştirakını dayandırdıqdan sonra Rusiya nümayəndələri BKM-i tərk ediblər.
“Sabah” yazır ki, Türkiyə əvvəlki formatda taxıl sazişinin bərpasının onun əsas missiyasının həyata keçirilməsinə töhfə verəcəyinə və Qara dəniz hövzəsində gərginliyə imkan verməyəcəyinə inanır.
Türkiyədəki mənbə daha əvvəl TASS-a bildirib ki, Qara dəniz dəhlizinin kənd təsərrüfatı məhsullarının dünya bazarlarına daşınması üçün digər variantlardan, o cümlədən kənd təsərrüfatı məhsullarının Ukrayna tərəfindən digər dənizlər boyunca daşınması imkanlarından daha ucuz olduğunu nəzərə alsaq, taxıl sazişinin bərpası şansları realdır.
2022-ci il iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan Qara Dəniz Təşəbbüsü Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının və ərzaq məhsullarının, eləcə də gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Bu müqavilə paket sazişin bir hissəsidir. İkinci hissə - üç il müddətinə nəzərdə tutulmuş Rusiya-BMT memorandumu - Rusiyanın ərzaq və gübrə ixracının bərpa olunmasını, Rosselxozbank-ın SWIFT-ə yenidən qoşulmasını, kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin tədarükünün bərpasını və bir sıra digər tədbirləri nəzərdə tutur.
Taxıl sazişi iyulun 18-də dayandırılıb, Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-ni onun uzadılmasına etirazı barədə xəbərdar edib. Rusiya prezidenti Vladimir Putin əvvəllər qeyd edib ki, BMT-nin səylərinə baxmayaraq, Rusiya ilə razılaşmanın şərtləri yerinə yetirilməyib, çünki Qərb ölkələri vədlərinə əməl etmək niyyətində deyillər.
Putin dəfələrlə qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini öz dövlətlərinə ixrac edib və sövdələşmənin əsas məqsədi - ehtiyacı olan ölkələrə, o cümlədən Afrika ölkələrinə taxıl tədarükü heç vaxt həyata keçirilməyib.