NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft ardıcıl altıncı həftədir bahalaşır - Nə baş verir?

© AP Photo / Richard DrewBirja, arxiv
Birja, arxiv - Sputnik Azərbaycan, 1920, 04.08.2023
Abunə olmaq
ABŞ nefti 6 həftəlik dövr ərzində qazancını təxminən 18 faizə çatdıraraq 1 barel üçün 82 dollara yüksəlib.
BAKI, 4 avqust — Sputnik. Dünyada neft qiymətləri ardıcıl altıncı həftədir ki, bahalaşmağa davam edir.
Səudiyyə Ərəbistanı və Rusiyanın könüllü şəkildə hasilatın azaldılması vaxtını uzatması və ABŞ-də neft ehtiyatlarının rekord səviyyədə düşməsi qiymətləri qaldırır.
ABŞ nefti 6 həftəlik dövr ərzində qazancını təxminən 18 faizə çatdıraraq 1 barel üçün 82 dollara yüksəlib.
"Brent" markalı neft 0,15% bahalaşaraq 1 barel üçün 85,27 dollar, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,80% artaraq 88,90 dollar təşkil edib.
Qeyd edək ki, Neft İxrac Edən Ölkələr Təşkilatı və onun müttəfiqləri qiymətlərin aşağı düşməsini aradan qaldırmaq üçün hasilatın azaldılmasını təmin ediblər.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0