https://sputnik.az/20230804/bir-sira-rayonlarda-leysan-xarakterli-yagis-yagib-iki-caydan-sel-kecir-457441176.html
Bir sıra rayonlarda leysan xarakterli yağış yağıb, iki çaydan sel keçir
Bir sıra rayonlarda leysan xarakterli yağış yağıb, iki çaydan sel keçir
Sputnik Azərbaycan
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, fasilələrlə yağışlı və küləkli hava şəratinin avqustun 5-i gündüzədək davam edəcəyi proqnozlaşdırılır. 04.08.2023, Sputnik Azərbaycan
2023-08-04T16:24+0400
2023-08-04T16:24+0400
2023-08-04T16:24+0400
leysan
yağış
cəmiyyət
sel
https://cdnn1.img.sputnik.az/img/42389/39/423893972_0:70:1270:784_1920x0_80_0_0_a821f87034a686beba44fcd94ecd2209.jpg
BAKI, 4 avqust — Sputnik. Göygöl, Gədəbəy, Gəncə, Salyan, Qobustan, Şamaxı, Şəmkir, Ceyrançöl, Zaqatala, Şəki, Qax, Neftçalada şimşək çaxıb, leysan xarakterli yağış yağıb. Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, yağan leysan yağış nəticəsində Qax rayonu ərazisindən axan Kürmükçaydan və Samux rayonu ərazisində axan Qabırrıçaydan sel keçir. N.Mahmudovun sözlərinə görə, avqust ayı üçün sel hadisələrinin baş verməsi o qədər də səciyyəvi deyil: Mütəxəssis bildirib ki, eyni zamanda, şimal-qərb küləyi arabir Naftalanda 28 m/s, Ağdamda 26 m/s, Goranboyda 22 m/s, Tərtərdə 20 m/s, Altıağacda 16 m/s, Bakıda və Abşeron yarımadasında 23 m/s-dək güclənib. Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,8 metrə çatıb."Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, fasilələrlə yağışlı və küləkli hava şəratinin avqustun 5-i gündüzədək davam edəcəyi proqnozlaşdırılır", - deyə qurum rəsmisi bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42389/39/423893972_67:0:1204:853_1920x0_80_0_0_5464d098e0132bd3ba128c7821141e1d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
leysan, yağış, sel
Bir sıra rayonlarda leysan xarakterli yağış yağıb, iki çaydan sel keçir
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, fasilələrlə yağışlı və küləkli hava şəratinin avqustun 5-i gündüzədək davam edəcəyi proqnozlaşdırılır.
BAKI, 4 avqust — Sputnik. Göygöl, Gədəbəy, Gəncə, Salyan, Qobustan, Şamaxı, Şəmkir, Ceyrançöl, Zaqatala, Şəki, Qax, Neftçalada şimşək çaxıb, leysan xarakterli yağış yağıb.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, yağan leysan yağış nəticəsində Qax rayonu ərazisindən axan Kürmükçaydan və Samux rayonu ərazisində axan Qabırrıçaydan sel keçir.
N.Mahmudovun sözlərinə görə, avqust ayı üçün sel hadisələrinin baş verməsi o qədər də səciyyəvi deyil:
"Son 10 ildə elə illər olub ki, avqust ayında sel qeydə alınmayıb, amma keçən il iki sel hadisəsi müşahidə olunub. Belə proseslər adətən daha çox aprel ayından iyun ayının sonunadək müşahidə edilir".
Mütəxəssis bildirib ki, eyni zamanda, şimal-qərb küləyi arabir Naftalanda 28 m/s, Ağdamda 26 m/s, Goranboyda 22 m/s, Tərtərdə 20 m/s, Altıağacda 16 m/s, Bakıda və Abşeron yarımadasında 23 m/s-dək güclənib. Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,8 metrə çatıb.
"Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, fasilələrlə yağışlı və küləkli hava şəratinin avqustun 5-i gündüzədək davam edəcəyi proqnozlaşdırılır", - deyə qurum rəsmisi bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.