https://sputnik.az/20230802/avropa-ttifaqinin-monitorinq-missiyasi-azerbaycanla-serhedde-genislenir-457380748.html
Avropa İttifaqının monitorinq missiyası Azərbaycanla sərhəddə genişlənir
Avropa İttifaqının monitorinq missiyası Azərbaycanla sərhəddə genişlənir
Sputnik Azərbaycan
Avropa İttifaqı ermənilərlə bir olub Azərbaycana torba tikir
2023-08-02T15:30+0400
2023-08-02T15:30+0400
2023-08-02T16:26+0400
avropa ittifaqı
siyasət
ermənistan
nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/07e6/04/16/441333682_0:0:2903:1632_1920x0_80_0_0_588a4207a27cb9ccdbc7aa566198adc1.jpg
BAKI, 2 avqust — Sputnik. Avropa İttifaqının monitorinq missiyası Ermənistanın Sünik bölgəsində - Azərbaycanla sərhəddə yerləşən Kapan(Qafan) şəhərində ikinci əməliyyat mərkəzini açıb. Bu barədə Avropa Şurasının monitorinq missiyasının rəhbəri Markus Ritter bildirib. Bu, Ermənistanda dördüncü, Azərbaycanla sərhəddə üçüncü missiya mərkəzidir - qalanları Geqarkunik bölgəsinin Martuni(Qaraqoyunlu), Cermuk(İstisu), Vayots Dzor və Sünik vilayətinin Gorus bölgələrindədir. Onun sözlərinə görə, Aİ Ermənistanda altı belə mərkəzin fəaliyyət göstərməsini planlaşdırır."Biz planlarımızı həyata keçirməyə yaxınıq. Bu gün Kapanda(Qafan) mərkəz açılıb, yaxın vaxtlarda İcevan (Karvansara ) və Yeğeqnadzor(Vayots Dzor rayonu) şəhərlərində də mərkəzlər açılacaq", - Riter bildirib. O, Kapandakı yeni ofisin regionda sülh prosesinə müsbət təsir edəcəyinə ümid etdiyini bildirib. Fevralın 20-də Aİ Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində mülki missiyaya başlayıb. Ümumi mülki missiya heyətinin ümumi sayı təxminən 100 nəfərdir, onlardan 50-yə yaxını silahsız müşahidəçidir. Mayın əvvəlində Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Aİ-nin Ermənistandakı monitorinq missiyası təhlükəsizliyə zəmanət vermir, lakin bu, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək baxımından vacibdir.
https://sputnik.az/20230726/rusiya-xn-kanadanin-a-nin-ermenistandaki-missiyasina-qosulmasina-munasibet-bildirib-457154005.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/16/441333682_0:0:2731:2048_1920x0_80_0_0_04368de227791a10015b703e114f39d9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
avropa avropa ittifaqı ermənilər torba tikir
avropa avropa ittifaqı ermənilər torba tikir
Avropa İttifaqının monitorinq missiyası Azərbaycanla sərhəddə genişlənir
15:30 02.08.2023 (Yenilənib: 16:26 02.08.2023) Fevralın 20-də Aİ Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində mülki missiyaya başlayıb.
BAKI, 2 avqust — Sputnik. Avropa İttifaqının monitorinq missiyası Ermənistanın Sünik bölgəsində - Azərbaycanla sərhəddə yerləşən Kapan(Qafan) şəhərində ikinci əməliyyat mərkəzini açıb. Bu barədə Avropa Şurasının monitorinq missiyasının rəhbəri Markus Ritter bildirib.
Bu, Ermənistanda dördüncü, Azərbaycanla sərhəddə üçüncü missiya mərkəzidir - qalanları Geqarkunik bölgəsinin Martuni(Qaraqoyunlu), Cermuk(İstisu), Vayots Dzor və Sünik vilayətinin Gorus bölgələrindədir. Onun sözlərinə görə, Aİ Ermənistanda altı belə mərkəzin fəaliyyət göstərməsini planlaşdırır.
"Biz planlarımızı həyata keçirməyə yaxınıq. Bu gün Kapanda(Qafan) mərkəz açılıb, yaxın vaxtlarda İcevan (Karvansara ) və Yeğeqnadzor(Vayots Dzor rayonu) şəhərlərində də mərkəzlər açılacaq", - Riter bildirib.
O, Kapandakı yeni ofisin regionda sülh prosesinə müsbət təsir edəcəyinə ümid etdiyini bildirib.
Fevralın 20-də Aİ Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində mülki missiyaya başlayıb. Ümumi mülki missiya heyətinin ümumi sayı təxminən 100 nəfərdir, onlardan 50-yə yaxını silahsız müşahidəçidir.
Mayın əvvəlində Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Aİ-nin Ermənistandakı monitorinq missiyası təhlükəsizliyə zəmanət vermir, lakin bu, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək baxımından vacibdir.