Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova Moskvaya PUA hücumundan danışdı

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv - Sputnik Azərbaycan, 1920, 01.08.2023
Abunə olmaq
Avqustun 1-də Moskva meri Sergey Sobyanin paytaxta yaxınlaşmaq istəyən bir neçə pilotsuz təyyarənin hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu açıqlayıb.
BAKI, 1 avqust — Sputnik. Moskvaya yeni PUA hücumu ilə Ukrayna dünya ictimaiyyətinin gözündə özünü terror təşkilatı kimi göstərməkdə davam edir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Solovyev Live" telekanalının efirində deyib.

"Kiyev rejimi özünü dünya ictimaiyyətinə terror təşkilatı kimi göstərməkdə davam edir. Bir il əvvəl rusiyalı ekspertlər və rəsmilər Kiyev rejimini ekstremist adlandıranda, bu sözlərə hamı qaşqabağını tökürdü", – diplomat deyib.

"Kiyev rejiminin ekstremist mahiyyəti ilə bağlı verilən bütün qiymətlər, onun təkcə nasist deyil, həm də açıq-aşkar terrorçu mahiyyəti ilə bağlı biz uzun müddətdir danışırdıq", - Rusiya XİN-in rəsmi nümayəndəsi bildirib.
Zaxarova onu da vurğulayıb ki, Ukrayna öz fəaliyyəti üçün mülki əhalidən girov kimi istifadə edir.
Avqustun 1-də Moskva meri Sergey Sobyanin paytaxta yaxınlaşmaq istəyən bir neçə pilotsuz təyyarənin hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu, onlardan birinin Moskva şəhərinə uçduğunu bildirib.
İyulun 30-da Rusiya Federasiyasının bir neçə regionu Ukraynaya məxsus pilotsuz təyyarələrin hücumuna məruz qalıb. Belə ki, onlardan biri Moskva vilayətində vurulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0