Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ümumdünya Gömrük Təşkilatından çıxmaq niyyətində deyilik - Rusiya Federal Gömrük Xidməti

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidRuslan Davıdov
Ruslan Davıdov  - Sputnik Azərbaycan, 1920, 29.07.2023
Abunə olmaq
Rusiya Federal Gömrük Xidmətinin (FGX) rəhbəri qeyd edib ki, Rusiya təşkilat çərçivəsində Cənub-Şərqi Asiya, Afrika və Latın Amerikası ölkələri ilə səmərəli əməkdaşlıq edir və BRİKS qrupuna daxil olan ölkələrlə fəaliyyətləri əlaqələndirir.
BAKI, 29 iyul - Sputnik. Rusiya Qərb ölkələrinin təzyiqlərinə baxmayaraq, Ümumdünya Gömrük Təşkilatından (ÜGT) çıxmaq niyyətində deyil. Bu barədə Rusiya-Afrika sammiti çərçivəsində İqtisadi və Humanitar Forumun kuluarlarında TASS-a müsahibəsində Rusiya Federal Gömrük Xidmətinin (FGX) rəhbəri vəzifəsini icra edən Ruslan Davıdov bildirib.

"Bəs biz niyə getməliyik (ÜGT-dən - TASS qeydi)? Biz gömrük inzibatçılığı sahəsində dünyanın aparıcı ölkələrindən biriyik", - deyə Davıdov bildirib.

FGX rəhbəri vəzifəsini icra edən vurğulayıb ki, Rusiyanın Ümumdünya Gömrük Təşkilatındakı fəaliyyətinə siyasi səbəblərdən hər hansı məhdudiyyət qoyulması qanunsuzdur və onun nizamnaməsinə ziddir.
O, ÜGT-nin sədri postuna Cənubi Afrika Respublikasının nümayəndəsinin seçilməsi ilə onun iclaslarında Qərb ölkələrindən Rusiyaya qarşı hücumların dayandırılacağına ümid etdiyini bildirib.
Davıdov həmçinin qeyd edib ki, Rusiya təşkilat çərçivəsində Cənub-Şərqi Asiya, Afrika və Latın Amerikası ölkələri ilə səmərəli əməkdaşlıq edir və BRİKS qrupuna daxil olan ölkələrlə (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) fəaliyyətləri əlaqələndirir.
O, Çinin də Ümumdünya Gömrük Təşkilatındakı kiçik bir qrup ölkələrin öz iradəsini başqalarına sırımağa çalışmasından narazı olduğunu bildirib.
İyulun 27-28-də Sankt-Peterburqda keçirilən Ekspoforumda iqtisadi və humanitar forumla yanaşı ikinci Rusiya-Afrika sammiti keçirilib.
Tədbirin devizi, əvvəlki dəfə olduğu kimi, “Sülh, təhlükəsizlik və inkişaf naminə” olub. Tədbir Roskonqres Fondu tərəfindən təşkil edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0