NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

© AP Photo / Richard DrewBirja, arxiv
Birja, arxiv - Sputnik Azərbaycan, 1920, 29.07.2023
Abunə olmaq
Carti il üçün Azərbaycanın dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dolları nəzərdə tutulub.
BAKI, 29 iyul - Sputnik. Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,05 dollar azalaraq 88,01 dollar olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin payı 25 faizdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0