https://sputnik.az/20230726/bu-mesele-azerbaycanin-erazi-butovluyu-kontekstinde-hell-edilmelidir---lavrov-457141516.html
Bu məsələ Azərbaycanın ərazi bütövlüyü kontekstində həll edilməlidir - Lavrov
Bu məsələ Azərbaycanın ərazi bütövlüyü kontekstində həll edilməlidir - Lavrov
Sputnik Azərbaycan
Rusiya XİN rəhbəri bildirib ki, danışıqlarda müzakirə olunan bütün problemlər toplusu ilə sıx əlaqəli olan delimitasiya məsələlərinə, Bakı ilə İrəvan arasında... 26.07.2023, Sputnik Azərbaycan
2023-07-26T11:52+0400
2023-07-26T11:52+0400
2023-07-26T11:52+0400
siyasət
lavrov
qarabağ
https://cdnn1.img.sputnik.az/img/07e7/07/19/457126264_0:0:3202:1802_1920x0_80_0_0_4195d189d78c4dbd04cea6da5122f741.jpg
BAKI, 26 iyul — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla faydalı danışıqlarımız oldu. Bu barədə Rusiya xarici işlər nazirliyinin saytında XİN rəhbəri Sergey Lavrovun Moskva görüşünün yekunları barədə yaydığı açıqlamasında deyilir. Lavrov qeyd edib ki, ölkəsi 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatından bəri sülh prosesində əsas vasitəçi kimi, liderlərin üçtərəfli bəyanatlarına tam uyğun olaraq böhranın tezliklə həllində maraqlıdır.Rusiya XİN rəhbəri onu da bildirib ki, müzakirə olunan bütün problemlər toplusu ilə sıx əlaqəli olan delimitasiya məsələlərinə, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin tezliklə bağlanması məsələlərinə xüsusi diqqət yetirilib. "Ermənistan tərəfi Qarabağ ermənilərini müvafiq qanunvericilikdən və beynəlxalq öhdəliklərdən, o cümlədən çoxsaylı konvensiyalardan irəli gələn milli azlıqların hüquqlarını razılaşdırmaq üçün Azərbaycan nümayəndələri ilə görüşməyə razı salmağın zəruriliyini başa düşür. Azərbaycan tərəfi öz ərazisində yaşayan şəxslərə münasibətdə qarşılıqlı əsasda eyni zəmanətləri verməyə hazırdır. Ermənistan tərəfi də bütün konvensiyaların öz ərazisində yaşayan vətəndaşlara tətbiqi ilə bağlı eyni şeyi etməyə hazırdır", - deyə nazir vurğulayıb.Daha sonra nazir bugünkü müzakirələrin bu və digər sahələrdə danışıqlar prosesinə müsbət təkan verməyə kömək edəcəyinə ümidvar olduğunu dilə gətirib:"Hazırkı mərhələdə ən yaxşı nəticə regionda nəqliyyat kommunikasiyalarının açılmasına dair konkret məsələlərin razılaşdırılması ilə məşğul olan üç baş nazirin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrupunda razılığın əldə olunmasıdır. Bu kontekstdə nəqliyyat sektorunda artıq təkcə regional deyil, həm də daha geniş xarakter daşıyan perspektivli layihələrin həyata keçirilməsi üçün də perspektivlər açılacaqdır", - Rusiya XİN rəhbəri vurğulayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/19/457126264_155:0:2886:2048_1920x0_80_0_0_eb07b95851166ad9733dffeccfac74d8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
lavrov, qarabağ
Bu məsələ Azərbaycanın ərazi bütövlüyü kontekstində həll edilməlidir - Lavrov
Rusiya XİN rəhbəri bildirib ki, danışıqlarda müzakirə olunan bütün problemlər toplusu ilə sıx əlaqəli olan delimitasiya məsələlərinə, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin tezliklə bağlanması məsələlərinə xüsusi diqqət yetirilib.
BAKI, 26 iyul — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla faydalı danışıqlarımız oldu. Bu barədə Rusiya xarici işlər nazirliyinin saytında XİN rəhbəri Sergey Lavrovun Moskva görüşünün yekunları barədə yaydığı açıqlamasında deyilir.
Lavrov qeyd edib ki, ölkəsi 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatından bəri sülh prosesində əsas vasitəçi kimi, liderlərin üçtərəfli bəyanatlarına tam uyğun olaraq böhranın tezliklə həllində maraqlıdır.
Rusiya XİN rəhbəri onu da bildirib ki, müzakirə olunan bütün problemlər toplusu ilə sıx əlaqəli olan delimitasiya məsələlərinə, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin tezliklə bağlanması məsələlərinə xüsusi diqqət yetirilib.
"Ümid edirik ki, bu müqavilənin imzalanması böyük danışıqlar prosesinin kulminasiya nöqtəsi olacaqdır. Bu, asan yol deyil. Həll edilməli çoxlu mürəkkəb və vacib məsələlər var. Onlardan ən həssası Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin 1991-ci ildə keçmiş sovet respublikalarının rəhbərləri tərəfindən imzalanmış Alma-Ata Bəyannaməsinə tam uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi kontekstində təmin edilməsi problemidir. Bəyannamənin effektivliyi bu gün həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi tərəfindən təsdiqlənib. Buna uyğun olaraq sülh müqaviləsi üzərində iş aparılır", - Lavrovun açıqlamasında deyilir.
"Ermənistan tərəfi Qarabağ ermənilərini müvafiq qanunvericilikdən və beynəlxalq öhdəliklərdən, o cümlədən çoxsaylı konvensiyalardan irəli gələn milli azlıqların hüquqlarını razılaşdırmaq üçün Azərbaycan nümayəndələri ilə görüşməyə razı salmağın zəruriliyini başa düşür. Azərbaycan tərəfi öz ərazisində yaşayan şəxslərə münasibətdə qarşılıqlı əsasda eyni zəmanətləri verməyə hazırdır. Ermənistan tərəfi də bütün konvensiyaların öz ərazisində yaşayan vətəndaşlara tətbiqi ilə bağlı eyni şeyi etməyə hazırdır", - deyə nazir vurğulayıb.
Daha sonra nazir bugünkü müzakirələrin bu və digər sahələrdə danışıqlar prosesinə müsbət təkan verməyə kömək edəcəyinə ümidvar olduğunu dilə gətirib:
"Hazırkı mərhələdə ən yaxşı nəticə regionda nəqliyyat kommunikasiyalarının açılmasına dair konkret məsələlərin razılaşdırılması ilə məşğul olan üç baş nazirin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrupunda razılığın əldə olunmasıdır. Bu kontekstdə nəqliyyat sektorunda artıq təkcə regional deyil, həm də daha geniş xarakter daşıyan perspektivli layihələrin həyata keçirilməsi üçün də perspektivlər açılacaqdır", - Rusiya XİN rəhbəri vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.