Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Elm və Təhsil Nazirliyində dəyişiklik baş verib, müavinlərin və vəzifələrin sayı artırılıb

© Sputnik / Murad OrujovElm və Təhsil Nazirliyi
Elm və Təhsil Nazirliyi - Sputnik Azərbaycan, 1920, 24.07.2023
Abunə olmaq
Prezident İlham Əliyev Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin strukturuna edilən dəyişiklikləri təsdiqləyib.
BAKI, 24 iyul — Sputnik. Elm və Təhsil Nazirliyinin yeni strukturu təsdiqlənib.
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Elm vəTəhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli 664 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncama əsasən Elm və Təhsil Nazirliyinin yeni strukturu aşağıdakı kimi olacaq:
- Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparatı.
- Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi.
- Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi.
- Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi.
Qeyd edək ki, bundan əvvəl Elm və Təhsil Nazirliyinin strukturu aşağıdakı kimi olub:
Elm və Təhsil Nazirliyinin aparatı.
Elm və Təhsil Nazirliyinin strukturuna daxil olan qurumlar:
- Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi;
- Bakı Şəhəri üzrə Təhsil İdarəsi;
- regional təhsil idarələri.
Elm və təhsil nazirinin müavinlərinin sayı artırılır
Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Elm və Təhsil Nazirliyi haqqında yeni Əsasnaməni təsdiq edib.
İndiyə qədər qüvvədə olan Əsasnaməyə görə, elm və təhsil nazirinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad olunan 3 müavini olub.
Yeni Əsasnaməyə görə, nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dörd müavini olacaq.
Qeyd edək ki, müvafiq Əsasnamə ilə Elm və Təhsil Nazirliyinin vəzifələri artırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0