https://sputnik.az/20230723/qarabagin-tarixine-isiq-tutan-yeni-kitab-qarabag-adinin-etimologiyasi-necedir---vdeo-456998650.html
Qarabağın tarixinə işıq tutan yeni kitab: Qarabağ adının etimologiyası necədir? - VİDEO
Qarabağın tarixinə işıq tutan yeni kitab: Qarabağ adının etimologiyası necədir? - VİDEO
Sputnik Azərbaycan
Tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Həsənovun "Qarabağ bölgəsi XX əsrin əvvəllərində (ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyat)" kitabı nəşr olunub. 23.07.2023, Sputnik Azərbaycan
2023-07-23T08:48+0400
2023-07-23T08:48+0400
2023-07-22T23:03+0400
qarabağ
mədəniyyət
amea tarix institutu
https://cdnn1.img.sputnik.az/img/07e7/07/15/456999182_0:56:924:575_1920x0_80_0_0_d8d18361d1411f08472ea075f4318c4d.jpg
BAKI, 23 iyul — Sputnik. AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Həsənovun "Qarabağ bölgəsi XX əsrin əvvəllərində (ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyat)" kitabı nəşr olunub. Monoqrafiyada XX əsrin əvvəllərində Qarabağda cərəyan edən ictimai–siyasi proseslər, bölgənin inzibati-ərazi idarəetmə sistemi araşdırılır, arxiv sənədləri əsasında Qarabağın demoqrafik vəziyyəti, aqrar münasibətləri, kənd təsərrüfatı və ədəbi-mədəni həyatı təhlil edilir. Kitabın müəllifi Bəxtiyar Həsənov Sputnik Azərbaycan-a müsahibəsində maraqlı məqamlara toxunub. - Bu kitabın ərsəyə gəlməsi hansı zərurətdən ortaya çıxıb və kitabda hansı faktlar əksini tapıb? - Qarabağ Azərbaycanın ən qədim yaşayış məskənlərinin olduğu ərazilərdən biridir. Bütün mənbələrdə Qarabağın adı qədim yaşayış məskənlərinin mövcud olduğu ərazi kimi göstərilir. Bizim mənfur qonşularımız zaman-zaman bu ərazilərə iddialarını irəli sürüblər. Ancaq sənədlər də sübut edir ki, ermənilər bu ərazilərə müxtəlif vaxtlarda köçürülüblər. Bütün bunlara baxmayaraq, onlar özlərini bu regionun qədim xalqı kimi təqdim etməyə çalışırlar. Bu əsər həm də iddiaların əsassız olduğunu göstərmək üçün ərsəyə gətirilib. Orada Qarabağın tarixinin qədim dövrdən bu günə qədərki qısa xronikası verilib. Qarabağın ərazisi, əhalisi, inzibati ərazi bölgüsü, kənd təsərrüfatı sahələri, sənaye müəssisələri, təhsili, ədəbiyyatı, memarlığı, ictimai, siyasi, mədəni həyatı barədə məlumat verilib. Burada arxiv sənədləri və materiallar var. Bu kitabda 75 arxiv sənədi nəşr olunub. Kitabda Qarabağın əhalisi ilə bağlı çox geniş məlumatlar əksini tapıb. İstifadə olunan arxiv sənədləri Azərbaycana məxsusdur. Azərbaycan və Ermənistan arasındakı münaqişəyə görə, Rusiya arxivlərindən istifadə etməyimizə icazə verilmədi. - Bilirik ki, həm qlobal, həm də regional müstəvidə informasiya mübarizəsi var və belə bir şəraitdə bu cür nəşrlərin olması böyük önəm daşıyır. Sözügedən nəşr Ermənistan alimlərinin Qarabağla bağlı iddialarına yetərincə cavab verə bilirmi? - Bəli, bu kitab erməni alimlərinin iddialarına cavab verir. Bir faktı qeyd edim ki, kitabda Qarabağda demoqrafik vəziyyət, əhali və kəndlərlə bağlı kifayət qədər statistik məlumatlar var. XX əsrin əvvələrində Qarabağ dörd qəzadan ibarət idi: Şuşa, Zəngəzur, Cavanşir və Cəbrayıl (1904-cü ildə sonra isə Qaryagin adlandırıldı). Bu kitabda hər bir qəzanın əhalisi, say tərkibi, hansı kənddə nə qədər erməni, nə qədər azərbaycanlı yaşaması barədə məlumatlar göstərilib. 1828-ci ildən sonra Çar Rusiyası tərəfindən Osmanlı və Qacarlar dövləti ərazilərində yaşayan ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi həyata keçirildi. Bu da regionda demoqrafik vəziyyəti dəyişməyə hesablanmışdı. Ancaq 19-cu əsrin sonuna qədər bu, baş vermədi. Buna görə də Çar yeni bir fərman imzalamalı oldu ki, nəticədə rus pravoslav əhalisi Qafqaza köçürüldü. Yəni regionda xristianların üstünlüyünü təşkil etməklə bufer zona yaratmağa çalışırdılar. Hələ 19-cü əsrin sonlarında bu qəzaların hamısında demoqrafik vəziyyət azərbaycanlı, türk-müsəlman əhalinin xeyrinə idi. - Qarabağ toponiminin özü və ümumiyyətlə bölgədəki toponimlərin etimologiyası ilə bağlı hansı yanaşmalar var? - Ermənilər Qarabağdakı toponimlərlə bağlı cəfəngiyyat yayırlar. Erməni tarixçiləri Qarabağla bağlı bizdən çox əsərlər yazıblar. Çünki hələ SSRİ dövründə onlara bununla bağlı yazmağa icazə verilsə də, bizim tarixçilərin belə bir imkanı yox idi. Amma erməni tarixçilərin iddiaları tarixi mənbələrdə əsasını tapmır. Bu kitabda mən toponimlərlə bağlı yeni versiya irəli sürmüşəm. Ehtimal ki, Qarabağ toponimi orada yaşayan tayfaların adı ilə bağlıdır. Qara böyük deməkdir, bağ isə topluluq deməkdir. Digər tərəfdən erməni aliminin 1985-ci ildə buraxdığı xəritə var. Həmin xəritədəki toponimlərin böyük əksəriyyəti türk mənşəlidir. Bu halda ermənilər hansı əsasla Qarabağla bağlı iddia irəli sürə bilər?! - Kitabın kütləvi nəşri nəzərdə tutulubmu? - Bu kitab nəşr olunanda belə bir versiya irəli sürüldü ki, xarici dillərə də tərcümə olunsun, amma sonradan maliyyə resusrslarının azlığına görə buna nail ola bilmədik. Bu kitabı AMEA-nın Tarix İnstitutundan əldə etmək mümkündür. - Qarabağla bağlı görülən bu işləri yetərli saymaq olarmı? - Heç vaxt görülən hansısa işi yetərli saymaq olmaz. Düşmənlərimizi yaxından tanımalıyıq. Onlar heç vaxt fəaliyyətlərini dayandırmırlar. Gördüyümüz işlə fəaliyyətimizi yekunlaşdırmamalıyıq. Qarabağla bağlı çoxlu sayda arxiv sənədləri mövcuddur. Qarabağda təhsil sistemi, xristianlığa, islama aid memarlıq abidələri, o cümlədən bu dinlərdən öncə insanların ibadətgahları ilə bağlı araşdırılmaların aparılması lazımdır. Bunların hər biri ayrıca monoqrafiya mövzusudur.Burada 1904-1905-ci il qırğınları zamanı çox sayda türk-müsəlman əhalisi qətlə yetirilmişdi. Bununla bağlı "Difai" təşkilatı yaradılmışdı. Bu təkilatın fəaliyyəti ilə bağlı da böyük bir kitab yazmaq olar. - Qarabağdakı dini abidələrlə bağlı nələr deyə bilərik? Bu abidələr kimə məxsusdur? - Konkret olaraq bu kitabda dini abidələrlə bağlı da məlumatlar verilib. Qarabağda yaşayan alban əhalisi xristianlığı qəbul etmişdi. Alban dini abidələri ilə bağlı hələ 19-cu əsrə qədər yazışmaların dili qıpçaq-türk dilində olub. Bu baxımdan abidələrin alban əhalisinə məxsus olması şübhəsizdir. Ancaq sonradan Çar Rusiyası dövründə alban kilsəsi erməni Qriqoryan kilsəsinə tabe edildi. Bu da tədricən həmin kilsələrin erməniləşdirilməsinə səbəb oldu. Ermənilər həmin abidələr üzərində, kitabələrdə dəyişikliklər etdilər. Amma araşdırmalarla ermənilər tərəfindən edilmiş bütün saxtakarlıqlar ortaya çıxır. Bu baxımdan hesab edirəm ki, hələ çox işlər görülməlidir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/15/456999182_41:0:881:630_1920x0_80_0_0_93a3f31eacf12c7784bfde9e0eac7841.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qarabağ, amea tarix institutu
qarabağ, amea tarix institutu
Qarabağın tarixinə işıq tutan yeni kitab: Qarabağ adının etimologiyası necədir? - VİDEO
Tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Həsənovun "Qarabağ bölgəsi XX əsrin əvvəllərində (ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyat)" kitabı nəşr olunub.
BAKI, 23 iyul — Sputnik. AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Həsənovun "Qarabağ bölgəsi XX əsrin əvvəllərində (ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyat)" kitabı nəşr olunub.
Monoqrafiyada XX əsrin əvvəllərində Qarabağda cərəyan edən ictimai–siyasi proseslər, bölgənin inzibati-ərazi idarəetmə sistemi araşdırılır, arxiv sənədləri əsasında Qarabağın demoqrafik vəziyyəti, aqrar münasibətləri, kənd təsərrüfatı və ədəbi-mədəni həyatı təhlil edilir.
Kitabın müəllifi Bəxtiyar Həsənov Sputnik Azərbaycan-a müsahibəsində maraqlı məqamlara toxunub.
- Bu kitabın ərsəyə gəlməsi hansı zərurətdən ortaya çıxıb və kitabda hansı faktlar əksini tapıb?
- Qarabağ Azərbaycanın ən qədim yaşayış məskənlərinin olduğu ərazilərdən biridir. Bütün mənbələrdə Qarabağın adı qədim yaşayış məskənlərinin mövcud olduğu ərazi kimi göstərilir. Bizim mənfur qonşularımız zaman-zaman bu ərazilərə iddialarını irəli sürüblər. Ancaq sənədlər də sübut edir ki, ermənilər bu ərazilərə müxtəlif vaxtlarda köçürülüblər. Bütün bunlara baxmayaraq, onlar özlərini bu regionun qədim xalqı kimi təqdim etməyə çalışırlar. Bu əsər həm də iddiaların əsassız olduğunu göstərmək üçün ərsəyə gətirilib. Orada Qarabağın tarixinin qədim dövrdən bu günə qədərki qısa xronikası verilib.
Qarabağın ərazisi, əhalisi, inzibati ərazi bölgüsü, kənd təsərrüfatı sahələri, sənaye müəssisələri, təhsili, ədəbiyyatı, memarlığı, ictimai, siyasi, mədəni həyatı barədə məlumat verilib. Burada arxiv sənədləri və materiallar var. Bu kitabda 75 arxiv sənədi nəşr olunub. Kitabda Qarabağın əhalisi ilə bağlı çox geniş məlumatlar əksini tapıb. İstifadə olunan arxiv sənədləri Azərbaycana məxsusdur. Azərbaycan və Ermənistan arasındakı münaqişəyə görə, Rusiya arxivlərindən istifadə etməyimizə icazə verilmədi.
- Bilirik ki, həm qlobal, həm də regional müstəvidə informasiya mübarizəsi var və belə bir şəraitdə bu cür nəşrlərin olması böyük önəm daşıyır. Sözügedən nəşr Ermənistan alimlərinin Qarabağla bağlı iddialarına yetərincə cavab verə bilirmi?
- Bəli, bu kitab erməni alimlərinin iddialarına cavab verir. Bir faktı qeyd edim ki, kitabda Qarabağda demoqrafik vəziyyət, əhali və kəndlərlə bağlı kifayət qədər statistik məlumatlar var. XX əsrin əvvələrində Qarabağ dörd qəzadan ibarət idi: Şuşa, Zəngəzur, Cavanşir və Cəbrayıl (1904-cü ildə sonra isə Qaryagin adlandırıldı). Bu kitabda hər bir qəzanın əhalisi, say tərkibi, hansı kənddə nə qədər erməni, nə qədər azərbaycanlı yaşaması barədə məlumatlar göstərilib. 1828-ci ildən sonra Çar Rusiyası tərəfindən Osmanlı və Qacarlar dövləti ərazilərində yaşayan ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi həyata keçirildi. Bu da regionda demoqrafik vəziyyəti dəyişməyə hesablanmışdı. Ancaq 19-cu əsrin sonuna qədər bu, baş vermədi. Buna görə də Çar yeni bir fərman imzalamalı oldu ki, nəticədə rus pravoslav əhalisi Qafqaza köçürüldü. Yəni regionda xristianların üstünlüyünü təşkil etməklə bufer zona yaratmağa çalışırdılar. Hələ 19-cü əsrin sonlarında bu qəzaların hamısında demoqrafik vəziyyət azərbaycanlı, türk-müsəlman əhalinin xeyrinə idi.
- Qarabağ toponiminin özü və ümumiyyətlə bölgədəki toponimlərin etimologiyası ilə bağlı hansı yanaşmalar var?
- Ermənilər Qarabağdakı toponimlərlə bağlı cəfəngiyyat yayırlar. Erməni tarixçiləri Qarabağla bağlı bizdən çox əsərlər yazıblar. Çünki hələ SSRİ dövründə onlara bununla bağlı yazmağa icazə verilsə də, bizim tarixçilərin belə bir imkanı yox idi. Amma erməni tarixçilərin iddiaları tarixi mənbələrdə əsasını tapmır. Bu kitabda mən toponimlərlə bağlı yeni versiya irəli sürmüşəm.
Ehtimal ki, Qarabağ toponimi orada yaşayan tayfaların adı ilə bağlıdır. Qara böyük deməkdir, bağ isə topluluq deməkdir. Digər tərəfdən erməni aliminin 1985-ci ildə buraxdığı xəritə var. Həmin xəritədəki toponimlərin böyük əksəriyyəti türk mənşəlidir. Bu halda ermənilər hansı əsasla Qarabağla bağlı iddia irəli sürə bilər?!
- Kitabın kütləvi nəşri nəzərdə tutulubmu?
- Bu kitab nəşr olunanda belə bir versiya irəli sürüldü ki, xarici dillərə də tərcümə olunsun, amma sonradan maliyyə resusrslarının azlığına görə buna nail ola bilmədik. Bu kitabı AMEA-nın Tarix İnstitutundan əldə etmək mümkündür.
- Qarabağla bağlı görülən bu işləri yetərli saymaq olarmı?
- Heç vaxt görülən hansısa işi yetərli saymaq olmaz. Düşmənlərimizi yaxından tanımalıyıq. Onlar heç vaxt fəaliyyətlərini dayandırmırlar. Gördüyümüz işlə fəaliyyətimizi yekunlaşdırmamalıyıq. Qarabağla bağlı çoxlu sayda arxiv sənədləri mövcuddur. Qarabağda təhsil sistemi, xristianlığa, islama aid memarlıq abidələri, o cümlədən bu dinlərdən öncə insanların ibadətgahları ilə bağlı araşdırılmaların aparılması lazımdır. Bunların hər biri ayrıca monoqrafiya mövzusudur.
Burada 1904-1905-ci il qırğınları zamanı çox sayda türk-müsəlman əhalisi qətlə yetirilmişdi. Bununla bağlı "Difai" təşkilatı yaradılmışdı. Bu təkilatın fəaliyyəti ilə bağlı da böyük bir kitab yazmaq olar.
- Qarabağdakı dini abidələrlə bağlı nələr deyə bilərik? Bu abidələr kimə məxsusdur?
- Konkret olaraq bu kitabda dini abidələrlə bağlı da məlumatlar verilib. Qarabağda yaşayan alban əhalisi xristianlığı qəbul etmişdi. Alban dini abidələri ilə bağlı hələ 19-cu əsrə qədər yazışmaların dili qıpçaq-türk dilində olub. Bu baxımdan abidələrin alban əhalisinə məxsus olması şübhəsizdir. Ancaq sonradan Çar Rusiyası dövründə alban kilsəsi erməni Qriqoryan kilsəsinə tabe edildi. Bu da tədricən həmin kilsələrin erməniləşdirilməsinə səbəb oldu. Ermənilər həmin abidələr üzərində, kitabələrdə dəyişikliklər etdilər. Amma araşdırmalarla ermənilər tərəfindən edilmiş bütün saxtakarlıqlar ortaya çıxır. Bu baxımdan hesab edirəm ki, hələ çox işlər görülməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.