https://sputnik.az/20230721/srail-ve-felestin-liderleri-turkiyeye-niye-gedirler-457006018.html
İsrail və Fələstin liderləri Türkiyəyə niyə gedirlər?
İsrail və Fələstin liderləri Türkiyəyə niyə gedirlər?
Sputnik Azərbaycan
Prezident Rəcəb Tayyib Ərdoğan bir həftə ərzində Türkiyədə Fələstin prezidenti Mahmud Abbas və İsrailin baş naziri Binyamin Netanyahunu ayrıca qəbul edəcək. 21.07.2023, Sputnik Azərbaycan
2023-07-21T14:54+0400
2023-07-21T14:54+0400
2023-07-21T14:54+0400
türkiyə
dünya xəbərləri
israil
rəcəb tayyip ərdoğan
benyamin netanyahu
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1c/447986124_0:156:3000:1844_1920x0_80_0_0_1331fcb0c5616ba5928a336d11edebbb.jpg
BAKI, 21 iyul — Sputnik. Fələstin Dövlətinin prezidenti Mahmud Abbas və İsrailin baş naziri Benyamin Netanyahu gələn həftə üç gün fərqlə Türkiyəyə səfər edəcəklər. Bu barədə Türkiyə Prezidentinin ofisi məlumat yayıb. Prezident Rəcəb Tayyib Ərdoğan bir həftə ərzində Türkiyədə Fələstin prezidenti Mahmud Abbas və İsrailin baş naziri Benyamin Netanyahunu ayrıca qəbul edəcək. Fələstin Prezidenti Mahmud Abbasın 25 iyul 2023-cü il tarixdə Türkiyəyə səfəri zamanı Prezident Ərdoğan ilə rəsmi görüşlərdə Türkiyə-Fələstin münasibətləri, İsrail-Fələstin münaqişəsində son vəziyyət və digər aktual regional və beynəlxalq məsələlər müzakirə olunacaq. Türkiyə ilə Fələstin Dövləti arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün atılacaq addımlar da görüşün gündəmində olacaq. Prezident Ərdoğan 28 iyul 2023-cü ildə İsrail Baş naziri Benyamin Netanyahunu ölkəmizdə qəbul edəcək. Səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə ilə İsrail arasında ikitərəfli münasibətlər hərtərəfli nəzərdən keçiriləcək. Əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq addımlar müzakirə olunacaq. Görüşlər zamanı həmçinin aktual regional və beynəlxalq problemlər, ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1c/447986124_167:0:2834:2000_1920x0_80_0_0_65d2dfa36927c351b7c59b3690444500.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
türkiyə, israil, rəcəb tayyip ərdoğan, benyamin netanyahu
türkiyə, israil, rəcəb tayyip ərdoğan, benyamin netanyahu
İsrail və Fələstin liderləri Türkiyəyə niyə gedirlər?
Prezident Rəcəb Tayyib Ərdoğan bir həftə ərzində Türkiyədə Fələstin prezidenti Mahmud Abbas və İsrailin baş naziri Binyamin Netanyahunu ayrıca qəbul edəcək.
BAKI, 21 iyul — Sputnik. Fələstin Dövlətinin prezidenti Mahmud Abbas və İsrailin baş naziri Benyamin Netanyahu gələn həftə üç gün fərqlə Türkiyəyə səfər edəcəklər.
Bu barədə Türkiyə Prezidentinin ofisi məlumat yayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan bir həftə ərzində Türkiyədə Fələstin prezidenti Mahmud Abbas və İsrailin baş naziri Benyamin Netanyahunu ayrıca qəbul edəcək.
Fələstin Prezidenti Mahmud Abbasın 25 iyul 2023-cü il tarixdə Türkiyəyə səfəri zamanı Prezident Ərdoğan ilə rəsmi görüşlərdə Türkiyə-Fələstin münasibətləri, İsrail-Fələstin münaqişəsində son vəziyyət və digər aktual regional və beynəlxalq məsələlər müzakirə olunacaq. Türkiyə ilə Fələstin Dövləti arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün atılacaq addımlar da görüşün gündəmində olacaq.
Prezident Ərdoğan 28 iyul 2023-cü ildə İsrail Baş naziri Benyamin Netanyahunu ölkəmizdə qəbul edəcək. Səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə ilə İsrail arasında ikitərəfli münasibətlər hərtərəfli nəzərdən keçiriləcək. Əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq addımlar müzakirə olunacaq. Görüşlər zamanı həmçinin aktual regional və beynəlxalq problemlər, ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.