https://sputnik.az/20230720/neft-bazarinda-durgunluq---asagi-teleb-proqnozuna-gore-investorlar-ehtiyatli-hereket-edir-456963942.html
Neft bazarında durğunluq - Aşağı tələb proqnozuna görə investorlar ehtiyatlı hərəkət edir
Neft bazarında durğunluq - Aşağı tələb proqnozuna görə investorlar ehtiyatlı hərəkət edir
Sputnik Azərbaycan
Analitiklərin fikrincə, yaxın bir neçə həftə ərzində qarışıq qlobal tələb proqnozu fonunda neft qiymətləri aydın istiqamət tapmaqda çətinlik çəkə bilər. 20.07.2023, Sputnik Azərbaycan
2023-07-20T11:16+0400
2023-07-20T11:16+0400
2023-07-20T11:16+0400
neft
neft-qaz
qiymət
azeri light markalı neft
https://cdnn1.img.sputnik.az/img/07e7/05/04/454476542_0:229:2829:1820_1920x0_80_0_0_a209c6013a66fb74549e7f06cb243917.jpg
BAKI, 20 iyul — Sputnik. Bu gün neft bazarlarında durğunluq hökm sürür, qiymətlərdə cüzi dəyişiklik var. Çünki ABŞ-da neft ehtiyatlarının proqnozdan daha çox aşağı düşməsi, aşağı tələb proqnozu investorları ehtiyatlı hərəkət etməyə sövq edir. "Brent" nefti 0,02 dollar azalaraq 79,44 dollar, "Light" nefti isə 0,01 dollar bahalaşaraq 75,36 dollar təşkil edib. Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb. Belə ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,77 dollar artaraq 84,30 dollar olub. İqtisadiyyatın yavaşlaması fonunda dünyanın ən böyük neft alıcısı olan Çinin tələbat proqnozu qeyri-müəyyəndir. Analitiklərin fikrincə, yaxın bir neçə həftə ərzində qarışıq qlobal tələb proqnozu fonunda neft qiymətləri aydın istiqamət tapmaqda çətinlik çəkə bilər. ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) bildirib ki, neft qiymətlərinin 2023-cü ilin ikinci yarısında artması ehtimalı var və OPEC-in hasilatı azaltmasının təsirləri hiss olunur. EIA "Brent" neftinin 2024-cü ilin sonuna qədər 1 barel üçün 80 dollar aralığına çatacağını proqnozlaşdırıb. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/04/454476542_49:0:2780:2048_1920x0_80_0_0_def6acb6563e2bf66416da0413ac53e3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, qiymət, azeri light markalı neft
neft, qiymət, azeri light markalı neft
Neft bazarında durğunluq - Aşağı tələb proqnozuna görə investorlar ehtiyatlı hərəkət edir
Analitiklərin fikrincə, yaxın bir neçə həftə ərzində qarışıq qlobal tələb proqnozu fonunda neft qiymətləri aydın istiqamət tapmaqda çətinlik çəkə bilər.
BAKI, 20 iyul — Sputnik. Bu gün neft bazarlarında durğunluq hökm sürür, qiymətlərdə cüzi dəyişiklik var. Çünki ABŞ-da neft ehtiyatlarının proqnozdan daha çox aşağı düşməsi, aşağı tələb proqnozu investorları ehtiyatlı hərəkət etməyə sövq edir.
"Brent" nefti 0,02 dollar azalaraq 79,44 dollar, "Light" nefti isə 0,01 dollar bahalaşaraq 75,36 dollar təşkil edib.
Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb. Belə ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,77 dollar artaraq 84,30 dollar olub.
İqtisadiyyatın yavaşlaması fonunda dünyanın ən böyük neft alıcısı olan Çinin tələbat proqnozu qeyri-müəyyəndir. Analitiklərin fikrincə, yaxın bir neçə həftə ərzində qarışıq qlobal tələb proqnozu fonunda neft qiymətləri aydın istiqamət tapmaqda çətinlik çəkə bilər.
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) bildirib ki, neft qiymətlərinin 2023-cü ilin ikinci yarısında artması ehtimalı var və OPEC-in hasilatı azaltmasının təsirləri hiss olunur.
EIA "Brent" neftinin 2024-cü ilin sonuna qədər 1 barel üçün 80 dollar aralığına çatacağını proqnozlaşdırıb.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.