Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan Gürcüstandan mal idxal edən ölkələrin ilk üçlüyündədir

Azərbaycan və gürcüstan bayraqları, arxiv
Azərbaycan və gürcüstan bayraqları, arxiv - Sputnik Azərbaycan, 1920, 20.07.2023
Abunə olmaq
Cari ilin birinci yarısının yekunlarına görə, Azərbaycan Gürcüstana ixracı 8,1% azaldıb - 318 milyon dollardan bir qədər artıq. Gürcüstanın idxalının strukturunda Azərbaycan mallarının payı 4,4% təşkil edib.
BAKI, 20 iyul - Sputnik. 2023-cü ilin yanvar-iyun aylarının yekunlarına görə, Azərbaycan Gürcüstandan mal idxal edən ölkələrin ilk üçlüyünə daxil olub. Belə ki, Gürcüstan Milli Statistika İdarəsinin hesabatına görə, ölkənin ixracının 413,3 milyon dolları Azərbaycanın payına düşüb.
Hesabatda bu ilin yanvar-iyun aylarında Gürcüstan mallarının Azərbaycana ixracının 44% artdığı göstərilir.
Beləliklə, Gürcüstanın ümumi ixracında Azərbaycanın payı 13,5% təşkil edib. Agentliyin məlumatına görə, qeyd olunan dövrdə Gürcüstandan ilk üç idxalçı sırasına Ermənistan (440 milyon dollar) və Rusiya (343,9 milyon dollar) daxildir.
Eyni zamanda, Azərbaycan Gürcüstana ixracı 8,1% azalıb və 318 milyon dollardan bir qədər artıq olub. İlin birinci yarısında Gürcüstan idxalının strukturunda Azərbaycanın payı 4,4% təşkil edib.
Ümumilikdə yanvar-iyun aylarında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 731,4 milyon dollara çatıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0