SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Aİ XİN rəhbərləri bu gün Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edəcək

© Photo : MFA AzerbaijanAİ-Azərbaycan Əməkdaşlıq Şurasının 18-ci iclası keçirilir
Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 18-ci iclası keçirilir - Sputnik Azərbaycan, 1920, 20.07.2023
Abunə olmaq
Nazirlər Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması ilə bağlı səylərə və bu istiqamətdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin fəaliyyətinə toxunacaqlar.
BAKI, 20 iyul — Sputnik. Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə edəcəklər.
APA-nın xəbərinə görə, bu gün Brüsseldə xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək Xarici İşlər Şurasının iclasında bir sıra məsələlər müzakirə olunacaq.
Nazirlər iqtisadi təhlükəsizlik siyasəti, Türkiyə ilə münasibətlər kimi gündəlikdə olan mövzularla yanaşı, Çin, Azərbaycan-Ermənistan normallaşma prosesi, Yaxın Şərqdə Sülh Prosesi kimi mövzuları da müzakirə edəcəklər.
Nazirlər Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması ilə bağlı səylərə və bu istiqamətdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin fəaliyyətinə toxunacaqlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0