https://sputnik.az/20230719/azerbaycanda-meiset-zorakiligi-ile-mubarize-ucun-mobil-tetbiq-yaradila-biler-456938570.html
Azərbaycanda məişət zorakılığı ilə mübarizə üçün mobil tətbiq yaradıla bilər
Azərbaycanda məişət zorakılığı ilə mübarizə üçün mobil tətbiq yaradıla bilər
Sputnik Azərbaycan
Bahar Muradova bildirib ki, qeyri-hökumət təşkilatları bununla bağlı təklif verib. Bu mobil tətbiqin yaradılması məsələsi diqqətimizdədir. 19.07.2023, Sputnik Azərbaycan
2023-07-19T12:15+0400
2023-07-19T12:15+0400
2023-07-19T12:58+0400
azərbaycan
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e7/07/11/456859950_0:0:3642:2048_1920x0_80_0_0_074321037cd4cea804cacfe2db29da61.jpg
BAKI, 19 iyul — Sputnik. "Hələ ki, məişət zorakılığı ilə bağlı bütün ölkəni əhatə edəcək bir mobil tətbiq yoxdur". Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova rəhbərlik etdiyi qurumun 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib. O bildirib ki, qeyri-hökumət təşkilatları bununla bağlı təklif verib: "Bu mobil tətbiqin yaradılması məsələsi diqqətimizdədir. Düşünürəm ki, yaxın zamanlarda bununla bağlı tədbir görüləcək". "Azərbaycan qız uşaqlarının ana bətnində məhv edilməsi üzrə artıq ilk sıralarda deyil" Komitə sədri onu da əlavə edib ki, Azərbaycan qız uşaqlarının ana bətnində məhv edilməsi üzrə artıq ilk sıralarda deyil. O bildirib ki, bu problemin aradan qaldırılması üçün zəruri tədbirlər görülür: “Ailənin planlaşdırılması məsələsi ilə bağlı gənc ailələrlə danışıqlar aparılır. Bu istiqamətdə qanun layihəsi hazırlanır. Layihə Milli Məclisinin gündəliyindədir. Həmin qanun qüvvəyə mindikdən sonra qadınlara reproduktiv yardımın verilməsinə zəmin yaradacaq. Hazırda isə aidiyyəti qurumlar bu məsələni ciddi nəzarətdə saxlayır, təhlillər aparılır və nəticələri müzakirə edirlər. Qızlara qarşı beyinlərdə mentallaşan yanlış düşüncələrlə, ayrı-seçkiliklə mübarizə davam edir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/11/456859950_358:0:3090:2048_1920x0_80_0_0_bf4dbd6f3b9f5c01491b89c2d8102439.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan
Azərbaycanda məişət zorakılığı ilə mübarizə üçün mobil tətbiq yaradıla bilər
12:15 19.07.2023 (Yenilənib: 12:58 19.07.2023) Bahar Muradova bildirib ki, qeyri-hökumət təşkilatları bununla bağlı təklif verib. Bu mobil tətbiqin yaradılması məsələsi diqqətimizdədir.
BAKI, 19 iyul — Sputnik. "Hələ ki, məişət zorakılığı ilə bağlı bütün ölkəni əhatə edəcək bir mobil tətbiq yoxdur".
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova rəhbərlik etdiyi qurumun 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.
O bildirib ki, qeyri-hökumət təşkilatları bununla bağlı təklif verib: "Bu mobil tətbiqin yaradılması məsələsi diqqətimizdədir. Düşünürəm ki, yaxın zamanlarda bununla bağlı tədbir görüləcək".
"Azərbaycan qız uşaqlarının ana bətnində məhv edilməsi üzrə artıq ilk sıralarda deyil"
Komitə sədri onu da əlavə edib ki, Azərbaycan qız uşaqlarının ana bətnində məhv edilməsi üzrə artıq ilk sıralarda deyil.
O bildirib ki, bu problemin aradan qaldırılması üçün zəruri tədbirlər görülür: “Ailənin planlaşdırılması məsələsi ilə bağlı gənc ailələrlə danışıqlar aparılır. Bu istiqamətdə qanun layihəsi hazırlanır. Layihə Milli Məclisinin gündəliyindədir. Həmin qanun qüvvəyə mindikdən sonra qadınlara reproduktiv yardımın verilməsinə zəmin yaradacaq. Hazırda isə aidiyyəti qurumlar bu məsələni ciddi nəzarətdə saxlayır, təhlillər aparılır və nəticələri müzakirə edirlər. Qızlara qarşı beyinlərdə mentallaşan yanlış düşüncələrlə, ayrı-seçkiliklə mübarizə davam edir".