Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyə və BMT Rusiyanı taxıl müqaviləsinin müddətini uzatmağa razı salmağa çalışırlar

© AFP 2024 / TURKISH DEFENCE MINISTRY taxıl gəmisi
 taxıl gəmisi - Sputnik Azərbaycan, 1920, 17.07.2023
Abunə olmaq
Rusiya dəfələrlə bəyan edib ki, əgər bütün həll edilməmiş məsələlər həllini tapmasa, müqaviləni ləğv edəcək.
BAKI, 17 iyul — Sputnik. Türkiyə və BMT Rusiyanı bazar ertəsi bitən taxıl müqaviləsinin müddətini uzatmağa razı salmağa çalışırlar. Bunu Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz bazar günü bildirib.
Yılmazın sözlərinə görə Türkiyə taxıl müqaviləsini iyulun 17-dən sonra uzatmaq üçün hər cür səy göstərir. Ankara müsbət nəticə gözləyir.

"Rusiya dəfələrlə bəyan edib ki, əgər həllini tapmamış bütün məsələlər həll olunmazsa, müqaviləni ləğv edəcək. Türkiyə və BMT Rusiyanı ötən ilin mayında əldə edilən və iki ay uzadılan razılaşmanın uzadılmasına razı salmağa çalışır" - Yılmaz deyib.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Cənubi afrikalı həmkarı Siril Ramafosa ilə söhbətində Rusiya ərzaq və gübrələrinin ixracına maneələrin aradan qaldırılması ilə bağlı öhdəliklərin yerinə yetirilmədiyini bildirib. Putin söhbət zamanı vurğulayıb ki, sövdələşmənin əsas məqsədi, ehtiyacı olan ölkələrə, o cümlədən Afrika qitəsinə taxıl tədarük etməkdir. Lakin bu fəaliyyətin həyata keçirilməsinə şərait yaradılmayıb.
İyunun əvvəlində Aİ Ukraynanın kənd təsərrüfatı məhsullarının İttifaqın bir sıra ölkələrinə idxalına qoyulan məhdudiyyətləri sentyabrın 15-dək uzadıb. Bildirilib ki, qərara əsasən, məhsulların sərbəst dövriyyəsinə Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiya istisna olmaqla, yalnız Aİ-yə üzv ölkələrdə icazə verilir. Söhbət buğda, qarğıdalı, raps və günəbaxan toxumlarından gedir. Martın sonunda bir sıra Aİ ölkələrinin baş nazirləri Ukraynadan taxıl axınının yaratdığı böhrana müdaxilə etmək xahişi ilə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə müraciət ediblər.
2022-ci il iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan Qara Dəniz Təşəbbüsü Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının və ərzaq məhsullarının, eləcə də gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Gəmilərin hərəkətinin koordinasiyası İstanbuldakı Birgə Koordinasiya Mərkəzi tərəfindən həyata keçirilir.
Putin qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini ehtiyacı olan Afrika ölkələrinə deyil, öz dövlətlərinə ixrac edir. Taxıl təşəbbüsü paket sazişinin tərkib hissəsidir. İkinci hissə - üç il müddətinə nəzərdə tutulmuş Rusiya-BMT memorandumu - Rusiyanın ərzaq və gübrə ixracının blokdan çıxarılmasını nəzərdə tutur. Əsas vəzifələr arasında Rusiya Kənd Təsərrüfatı Bankının SWIFT-ə yenidən qoşulması, kənd təsərrüfatı texnikasının tədarükünün, ehtiyat hissələri və xidmətlərin bərpası, "Tolyatti-Odessa" ammonyak boru kəmərinin bərpası və bir sıra digər tədbirlər var. Moskvada qeyd edildiyi kimi, paket sazişinin bu hissəsi hələ də həyata keçirilməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0