https://sputnik.az/20230717/ritter-rusiya-2023-cu-ilin-yayinin-sonuna-qeder-usq-ni-tamamile-meglub-edecek-456890092.html
Ritter: Rusiya 2023-cü ilin yayının sonuna qədər USQ-ni tamamilə məğlub edəcək
Ritter: Rusiya 2023-cü ilin yayının sonuna qədər USQ-ni tamamilə məğlub edəcək
Sputnik Azərbaycan
ABŞ-ın keşmiş kəşfiyyatçısı əminliklə bildirib ki, Ukrayna ordusu kritik vəziyyətdədir və ABŞ bunu etiraf edir. 17.07.2023, Sputnik Azərbaycan
2023-07-17T18:51+0400
2023-07-17T18:51+0400
2023-07-17T18:51+0400
kiyev
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya
ukrayna
xüsusi hərbi əməliyyat
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452214981_0:161:3071:1888_1920x0_80_0_0_c99e424799a24f7beead6f4145d53c1d.jpg
BAKI, 17 iyul — Sputnik. Ukrayna Silahlı Qüvvələri (USQ) 2023-cü ilin yayının sonuna qədər tam məğlubiyyətə uğrayacaq. Bunu ABŞ-ın sabiq kəşfiyyatçısı Skott Ritter "YouTube" kanalında paylaşıb. Amerikalı kəşfiyyatçının sözlərinə görə, Ukrayna ordusu kritik vəziyyətdədir. Bunun əsas sübutu Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin Ukrayna Silahlı Qüvvələrinin silah-sursatının tükəndiyini etiraf etməsidir. Ritter əminliklə bildirib ki, Vaşinqtonun Kiyevə kaset sursatı göndərmək qərarı Ukraynaya cəbhə xəttində kömək etməyəcək. Sabiq hərbçi hesab edir ki, Rusiya hərbçiləri 2023-cü ilin yayın sonunda və ya payızın əvvəlində qalib gələ biləcəklər. Bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın adi mərmi çatışmazlığı üzündən Ukraynaya kaset sursatı tədarük etmək qərarına gəldiyini söyləyib. Rusiya lideri belə bir əməlin cinayət olduğunu vurğulayıb. Ukraynada nə baş verir? Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub. Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452214981_170:0:2901:2048_1920x0_80_0_0_cc344926f9742a969999fa677cae20b4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kiyev, rusiya, ukrayna, xüsusi hərbi əməliyyat
kiyev, rusiya, ukrayna, xüsusi hərbi əməliyyat
Ritter: Rusiya 2023-cü ilin yayının sonuna qədər USQ-ni tamamilə məğlub edəcək
ABŞ-ın keşmiş kəşfiyyatçısı əminliklə bildirib ki, Ukrayna ordusu kritik vəziyyətdədir və ABŞ bunu etiraf edir.
BAKI, 17 iyul — Sputnik. Ukrayna Silahlı Qüvvələri (USQ) 2023-cü ilin yayının sonuna qədər tam məğlubiyyətə uğrayacaq. Bunu ABŞ-ın sabiq kəşfiyyatçısı Skott Ritter "YouTube" kanalında paylaşıb.
Amerikalı kəşfiyyatçının sözlərinə görə, Ukrayna ordusu kritik vəziyyətdədir. Bunun əsas sübutu Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin Ukrayna Silahlı Qüvvələrinin silah-sursatının tükəndiyini etiraf etməsidir.
Ritter əminliklə bildirib ki, Vaşinqtonun Kiyevə kaset sursatı göndərmək qərarı Ukraynaya cəbhə xəttində kömək etməyəcək. Sabiq hərbçi hesab edir ki, Rusiya hərbçiləri 2023-cü ilin yayın sonunda və ya payızın əvvəlində qalib gələ biləcəklər.
Bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın adi mərmi çatışmazlığı üzündən Ukraynaya kaset sursatı tədarük etmək qərarına gəldiyini söyləyib. Rusiya lideri belə bir əməlin cinayət olduğunu vurğulayıb.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.