Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qərb öhdəliklərini tam yerinə yetirmək niyyətində deyil - Boris Qrızlov

© Sputnik / РИА Новости / Mediabanka keçidBoris Qrızlov, arxiv
Boris Qrızlov, arxiv - Sputnik Azərbaycan, 1920, 17.07.2023
Abunə olmaq
Rusiyanın Belarusdakı səfiri bildirib ki, Rusiya Federasiyasının taxıl sazişi ilə bağlı mövqeyini əks etdirən nota diplomatik kanallar vasitəsilə Kiyevə təqdim edilib.
BAKI, 17 iyul — Sputnik. Qərb Rusiyanın maraqları baxımından taxıl sazişi üzrə öhdəliklərini yerinə yetirmək fikrində deyil, sazişin dayandırılması tamamilə onun günahı ucbatındandır. Bunu Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov deyib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova RİA Novosti-yə bildirib ki, Rusiya Türkiyə, Ukrayna və BMT-ni taxıl sazişinin uzadılmasına etiraz barədə xəbərdar edib.
Qrızlov onu da bildirib ki, diplomatik missiya diplomatik kanallar vasitəsilə Rusiya Federasiyasının taxıl sazişi ilə bağlı mövqeyini əks etdirən notanı Kiyevə təslim edib: iyulun 18-dən sazişin həyata keçirilməsi tamamilə dayandırılmalıdır.
Rusiyanın Minskdəki diplomatik missiyasının rəhbərinin sözlərinə görə, kollektiv Qərb, göründüyü kimi, taxıl sazişi çərçivəsində Rusiyanın maraqlarına riayət edilməsi ilə bağlı öhdəliklərinin bir hissəsini yenə də yerinə yetirmək niyyətində deyil.
Səfirliyin mətbuat xidmətinin məlumatında izah edilir ki, "söhbət xüsusən "Rosselxozbank"ın SWIFT sisteminə yenidən qoşulması, kənd təsərrüfatı texnikası üçün ehtiyat hissələrinin tədarükünün bərpası, logistika və nəqliyyat sığortasının təmin edilməsi və bir sıra digər məsələlərdən gedir".

"Tərkib hissəsi gübrə istehsalı üçün ən vacib xammal - ammonyakın tədarükü olan Qara Dəniz Təşəbbüsünün konsepsiyasına ciddi zərbə ukraynalıların Tolyatti-Odessa ammiak boru kəmərini zədələmələri ilə vuruldu. Kiyevin nəzarətində olan ərazilərə, eləcə də Krımın və Sevastopolun mülki infrastrukturuna qarşı terror aktları, həm də taxıl ixracı üçün nəzərdə tutulmuş dəniz dəhlizlərindən istifadə edilməklə törədilib", - diplomat bildirib.

Qrızlov bildirib ki, sazişin bütün əsas parametr və şərtlərinə digər tərəflər məqsədyönlü və sistemli əsasda riayət etməyiblər.
Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan "Taxıl sazişi" Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Daha öncə iki dəfə 60 gün müddətinə uzadılan müqavilənin vaxtı iyulun 17-də başa çatır.
Bazar ertəsi jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, taxıl sazişinin Rusiya hissəsi tamamlanan kimi Moskva dərhal Qara dəniz sazişlərinin icrasına qayıdacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0