https://sputnik.az/20230717/nazirin-oxuyub-anlamamaq-fikrini-etn-ve-ekpertler-ferqli-serh-edibler---vdeo-456794731.html
Nazirin "Oxuyub anlamamaq" fikrini ETN və ekpertlər fərqli şərh ediblər - VİDEO
Nazirin "Oxuyub anlamamaq" fikrini ETN və ekpertlər fərqli şərh ediblər - VİDEO
Sputnik Azərbaycan
Ekspert hesab edir ki, nazirin məlum açıqlaması ağır ittihamdır. Belə ki, ölkənin 51 ali təhsil müəssisəsində 187 min tələbə təhsil alır. Bu isə ölkə... 17.07.2023, Sputnik Azərbaycan
2023-07-17T09:31+0400
2023-07-17T09:31+0400
2023-07-17T09:31+0400
emin əmrullayev
təhsil
nazir
ekspert
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437433791_0:0:2000:1125_1920x0_80_0_0_4473c347c35c04063a8db121ad8b0883.jpg
BAKI, 15 iyul — Sputnik. Elm və Təhsil Nazirliyinin (ETN) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Emin Əmruyllayevin geniş müzakirə yaradan "25 yaşından yuxarı şəxslərin 60 faizi oxuduğunu anlamır" fikrinə aydınlıq gətirib. O, Sputnik Azərbaycan-a bildirib ki, bəzi ictimai fikri formalaşdıran şəxslər məsələnin mahiyyətinə varmadan nazirin səsləndirdiyi fikirləri təhrif edirlər: Sözügedən görüşdən nazirin həmin çıxışını təqdim edirik: Təhsil üzrə ekspert Kamran Əsədov isə Sputnik Azərbaycan-a bildirib ki, oxuyub anlamamaq oxumaq sayılmır. Nazir də çıxışında məhz bu məqamı nəzərdə tutub. "Bəzi uşaqlar sözləri aydın tələffüz edir, amma onlardan nə oxuduqlarını soruşduqda cavab verə bilmirlər. Aydın oxumaqlarına baxmayaraq, onlar yaxşı oxucu deyillər", - deyə ekspert bildirib. Onun sözlərinə görə, ölkənin 51 ali təhsil müəssisəsində 187 min tələbə təhsil alır. Bu isə ölkə vətəndaşlarının 17 faizinin ali təhsilli olduğu anlamına gəlir. Odur ki, nazirin açıqlaması ağır ittihamdır: Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov açıqlamasındakı qeyd etdiyi və nazir Emin Əmruyllayevin əsaslandığı mötəbər tədqiqata gəlsikdə isə, söhbət PISA (Programme for International Student Assessment) – Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramından gedir. Belə ki, Azərbaycan artıq 3-cü dəfədir Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramında iştirak edir. PISA İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təşkil etdiyi proqramdır. Qiymətləndirmənin məqsədi proqramda iştirak edən ölkələrin 15 yaşlı məktəblilərinin oxuma-anlama, riyaziyyat və elmi biliklərini ölçməkdir. Bu nəticələr təhsildə dünya standartlarına nə qədər yaxın olub-olmadığımızı müəyyən etməyə kömək edir. Sonuncu dəfə belə bir qiymətləndirmə 2018-ci ildə aparılıb. PISA tədqiqatında Bakı şəhərində yerləşən 197 ümumtəhsil məktəbini 6827 nəfər 15 yaşlı şagird təmsil edib. Nəticələr belə olub: Şagirdlərimizin riyaziyyat üzrə orta göstəricisi 420 bal, oxu üzrə 389 bal, təbiət elmləri üzrə isə 398 bal təşkil edib. Aşağı nəticələr oxu üzrə qiymətləndirmədə ortaya çıxıb. Hesabatda qeyd edilib ki, Azərbaycan məktəbliləri oxuduqları mətni anlamaqda çətinlik çəkirlər. Beynəlxalq standartlara görə isə ana dilində oxuduğun mətni anlama bacarığı qiymətləndirlir. (Bu məlumat açıq mənbələrdən götürülüb - red.) Azərbaycan Respublikası Təhsil İnstitutundan isə bu məsələyə münasibət bildirməkdən imtina etdilər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437433791_200:0:1973:1330_1920x0_80_0_0_05ed5e4f636dc954d8068317925995f7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
emin əmrullayev, nazir, ekspert
emin əmrullayev, nazir, ekspert
Nazirin "Oxuyub anlamamaq" fikrini ETN və ekpertlər fərqli şərh ediblər - VİDEO
Ekspert hesab edir ki, nazirin məlum açıqlaması ağır ittihamdır. Belə ki, ölkənin 51 ali təhsil müəssisəsində 187 min tələbə təhsil alır. Bu isə ölkə vətəndaşlarının 17 faizinin ali təhsilli olduğu deməkdir.
BAKI, 15 iyul — Sputnik. Elm və Təhsil Nazirliyinin (ETN) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Emin Əmruyllayevin geniş müzakirə yaradan "25 yaşından yuxarı şəxslərin 60 faizi oxuduğunu anlamır" fikrinə aydınlıq gətirib. O, Sputnik Azərbaycan-a bildirib ki, bəzi ictimai fikri formalaşdıran şəxslər məsələnin mahiyyətinə varmadan nazirin səsləndirdiyi fikirləri təhrif edirlər:
"İyulun 6-da Elm və təhsil naziri Emin Əmrullayev sertifikatlaşdırma imtahanında yüksək bal toplayan müəllimlərimizlə görüşdə vacib mesajlar səsləndirdi. Onlardan biri də şagirdlərimizin oxuyub anlama bacarıqları ilə bağlı mövcud problemləri idi. Təəssüf ki, bir sıra ictimai şəxslər məsələnin mahiyyətinə varmadan Emin müəllimin səsləndirdiyi fikirləri təhrif edərək düzgün olmayan ifadələr işlədirlər. Elm və Təhsil Nazirliyi hər zaman açıq dialoq formatını seçib və ictimai fikrə böyük hörmətlə yanaşıb. Ümid edirəm ki, təqdim olunan videoda cənab nazirin şagirdlərin beynəlxalq qiymətləndirmə bacarıqlarının ölçülməsi ilə bağlı mötəbər tədqiqata əsaslanan fikirləri düzgün (əslində olduğu kimi) anlaşılacaq".
Sözügedən görüşdən nazirin həmin çıxışını təqdim edirik:
Təhsil üzrə ekspert Kamran Əsədov isə Sputnik Azərbaycan-a bildirib ki, oxuyub anlamamaq oxumaq sayılmır. Nazir də çıxışında məhz bu məqamı nəzərdə tutub.
"Bəzi uşaqlar sözləri aydın tələffüz edir, amma onlardan nə oxuduqlarını soruşduqda cavab verə bilmirlər. Aydın oxumaqlarına baxmayaraq, onlar yaxşı oxucu deyillər", - deyə ekspert bildirib.
Onun sözlərinə görə, ölkənin 51 ali təhsil müəssisəsində 187 min tələbə təhsil alır. Bu isə ölkə vətəndaşlarının 17 faizinin ali təhsilli olduğu anlamına gəlir. Odur ki, nazirin açıqlaması ağır ittihamdır:
"Ola bilər ki, cənab nazir Müəllimlərin İşə Qəbulu (MİQ), sertifikasiya, dövlət qulluğuna qəbul imtahanlarının nəticələri əsasında belə bir fikri söyləyib. Lakin həmin imtahanların iştirakçıları ölkə vətəndaşlarının 20 faizi deyil. Razıyam ki, oxuyub anlama bacarığı təkcə uşaqların akademik və məktəb nailiyyətlərinə təsir edən amil deyil. Bu, həmçinin bütün insanlar üçün həyatda lazım olan bir bacarıqdır. Amma nəzərə alsaq ki, 4432 orta məktəbdə təhsil alan 1.6 milyon şagirdin hər biri bu məzmun standartlarını mənimsəyib sinifdən-sinifə keçir, deməli, onların böyük əksəriyyətini belə ittiham etmək, əslində Elm və Təhsil Nazirliyinin özünün fəaliyyətini şübhə altına salır".
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov açıqlamasındakı qeyd etdiyi və nazir Emin Əmruyllayevin əsaslandığı mötəbər tədqiqata gəlsikdə isə, söhbət PISA (Programme for International Student Assessment) – Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramından gedir.
Belə ki, Azərbaycan artıq 3-cü dəfədir Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramında iştirak edir. PISA İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təşkil etdiyi proqramdır. Qiymətləndirmənin məqsədi proqramda iştirak edən ölkələrin 15 yaşlı məktəblilərinin oxuma-anlama, riyaziyyat və elmi biliklərini ölçməkdir. Bu nəticələr təhsildə dünya standartlarına nə qədər yaxın olub-olmadığımızı müəyyən etməyə kömək edir. Sonuncu dəfə belə bir qiymətləndirmə 2018-ci ildə aparılıb. PISA tədqiqatında Bakı şəhərində yerləşən 197 ümumtəhsil məktəbini 6827 nəfər 15 yaşlı şagird təmsil edib. Nəticələr belə olub: Şagirdlərimizin riyaziyyat üzrə orta göstəricisi 420 bal, oxu üzrə 389 bal, təbiət elmləri üzrə isə 398 bal təşkil edib. Aşağı nəticələr oxu üzrə qiymətləndirmədə ortaya çıxıb. Hesabatda qeyd edilib ki, Azərbaycan məktəbliləri oxuduqları mətni anlamaqda çətinlik çəkirlər. Beynəlxalq standartlara görə isə ana dilində oxuduğun mətni anlama bacarığı qiymətləndirlir. (Bu məlumat açıq mənbələrdən götürülüb - red.)
Azərbaycan Respublikası Təhsil İnstitutundan isə bu məsələyə münasibət bildirməkdən imtina etdilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.