Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Nazir müavini: "Aqrar sektor bütün növ vergi ayırmalarından azaddır"

© Photo : REPORTSarvan Cəfərov, arxiv şəkli
Sarvan Cəfərov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.07.2023
Abunə olmaq
Kənd təsərrüfatı nazirinin müavini bildirib ki, aqrar sektor bütün növ vergi ayırmalarından azaddır. Fermerlər üçün dəstək məqsədi ilə müxtəlif subsidiya və kredit mexanizmləri mövcuddur.
BAKI, 17 iyul — Sputnik. Azərbaycan ixracyönümlü ölkə olaraq yeni və fəal biznes siyasəti ilə qlobal bazarda mövqeyini möhkəmləndirir. Bunu kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov Bakıda keçirilən İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclasında bildirib.
S.Cəfərov bildirib ki, Azərbaycanda istehsal olunan məhsullar öz keyfiyyətinə görə rəqabətədavamlıdır:
"Azərbaycan qlobal bazarlarla ticarət əməkdaşlığını genişləndirmək istəyir. Biz ölkələrlə ticarətin asanlaşdırılması üçün hüquqi bazanın formalaşdırılmasına üstünlük veririk".
Nazir müavini qeyd edib ki, qlobal iqtisadiyyat yeni imkanlar və yeni çağırışlar gətirir:
"İstehlakçı seçimlərinin dəyişdirilməsi aqrobiznesi yeni innovasiya sistemlərinin təşviqinə sövq edir. Bu mühit həm də hökumətə aqrobiznes və aqrar sənayenin inkişafı ilə məşğul olmaq üçün yeni fürsətlər yaradır. Bu baxımdan Azərbaycan hökuməti əlverişli investisiya mühiti yaratmaqla bu sektoru çox cəlbedici etmək üçün çox səy göstərir. Azərbaycan kənd təsərrüfatına dəstək mexanizmlərinə görə qabaqcıl ölkələrdən biridir. Aqrar sektor bütün növ vergi ayırmalarından azaddır. Fermerlər üçün dəstək məqsədi ilə müxtəlif subsidiya və kredit mexanizmləri mövcuddur. Ölkənin kənd təsərrüfatına subsidiya sistemi nəticəyönümlü şəkildə tərtib edilib".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0