https://sputnik.az/20230717/erdogan-uc-olkenin-liderlerine-togg-elektrik-avtomobili-hediyye-edecek-456868125.html
Ərdoğan üç ölkənin liderlərinə TOGG elektrik avtomobili hədiyyə edəcək
Ərdoğan üç ölkənin liderlərinə TOGG elektrik avtomobili hədiyyə edəcək
Sputnik Azərbaycan
Türkiyə liderinin bu səfərindən Ankara 50 milyard dollardan çox investisiya gözləyir. 17.07.2023, Sputnik Azərbaycan
2023-07-17T12:31+0400
2023-07-17T12:31+0400
2023-07-17T12:31+0400
türkiyə
dünya xəbərləri
avtomobil
https://cdnn1.img.sputnik.az/img/07e7/04/0a/453602585_0:161:3071:1888_1920x0_80_0_0_e24c202f14c8bcebbc9296392fdf1164.jpg
BAKI, 17 iyul — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 17-də Fars körfəzi ölkələrinə səfəri zamanı Qətər, BƏƏ və Səudiyyə Ərəbistanı liderlərinə yerli istehsal olan TOGG elektrik avtomobillərini hədiyyə edəcək. "CNN Türk" telekanalınını xəbərinə görə Ərdoğanın Fars körfəzinin üç ölkəsinə (Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ) səfəri bazar ertəsi başlayır. Səfər zamanı Türkiyə liderini 200-dən çox iş adamı müşayiət edəcək. Ankara bu səfərdən 50 milyard dollardan çox investisiya gözləyir. Oktyabr ayında Türkiyə istehsalı olan TOGG-nun ilk seriyalı elektrik avtomobilinin istehsalı üçün zavodun rəsmi açılış mərasimi baş tutub. Model iki versiyada istehsal olunacaq - sedan və yolsuzluq aftomobili. 160 kilovatlıq akkumulyatorlu, bir dəfə doldurulmaqla 314 kilometr yol qət edə bilən ən ucuz model 953 min lirəyə (50 min dollardan çox) başa gələcək. İlk tədarüklər iyul ayına planlaşdırılıb.İstehsalçı iddia edir ki, elektrik avtomobili saatda 100 kilometr sürəti 7,4 saniyəyə yığır, xüsusi doldurma ilə akkumulyatorun 80%-ə qədərini doldurmaq 28 dəqiqə çəkəcək. Akkumulyator adi cərəyan yuvasından altı saat ərzində doldurulacaq. Martın əvvəlində Türkiyə hakimiyyəti Çindən elektrik mühərrikli avtomobillərin idxalına əlavə 40% vergi tətbiq edib və elektriklə işləyən avtomobillərin vergiyə cəlb edilməsi meyarları da dəyişdirilib. Xatırladaq ki, bu il aprelin 4-də Türkiyənin ilk yerli elektromobili "TOGG" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub. Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank "TOGG" elektromobilinin T10X modelinin ikinci nüsxəsinin açarını dövlətimizin başçısına təqdim edib. "TOGG"un ilk nüsxəsi şirkət tərəfindən Türkiyənin Birinci xanımı Əminə Ərdoğana təqdim edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/0a/453602585_170:0:2901:2048_1920x0_80_0_0_7ec91751291f64a2101790849e72be23.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, avtomobil
Ərdoğan üç ölkənin liderlərinə TOGG elektrik avtomobili hədiyyə edəcək
Türkiyə liderinin bu səfərindən Ankara 50 milyard dollardan çox investisiya gözləyir.
BAKI, 17 iyul — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 17-də Fars körfəzi ölkələrinə səfəri zamanı Qətər, BƏƏ və Səudiyyə Ərəbistanı liderlərinə yerli istehsal olan TOGG elektrik avtomobillərini hədiyyə edəcək.
"CNN Türk" telekanalınını xəbərinə görə Ərdoğanın Fars körfəzinin üç ölkəsinə (Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ) səfəri bazar ertəsi başlayır. Səfər zamanı Türkiyə liderini 200-dən çox iş adamı müşayiət edəcək. Ankara bu səfərdən 50 milyard dollardan çox investisiya gözləyir.
"Prezident Ərdoğan hər liderə TOGG elektrik avtomobili hədiyyə edəcək", - telekanal xəbər verir.
Oktyabr ayında Türkiyə istehsalı olan TOGG-nun ilk seriyalı elektrik avtomobilinin istehsalı üçün zavodun rəsmi açılış mərasimi baş tutub. Model iki versiyada istehsal olunacaq - sedan və yolsuzluq aftomobili. 160 kilovatlıq akkumulyatorlu, bir dəfə doldurulmaqla 314 kilometr yol qət edə bilən ən ucuz model 953 min lirəyə (50 min dollardan çox) başa gələcək. İlk tədarüklər iyul ayına planlaşdırılıb.
İstehsalçı iddia edir ki, elektrik avtomobili saatda 100 kilometr sürəti 7,4 saniyəyə yığır, xüsusi doldurma ilə akkumulyatorun 80%-ə qədərini doldurmaq 28 dəqiqə çəkəcək. Akkumulyator adi cərəyan yuvasından altı saat ərzində doldurulacaq.
Martın əvvəlində Türkiyə hakimiyyəti Çindən elektrik mühərrikli avtomobillərin idxalına əlavə 40% vergi tətbiq edib və elektriklə işləyən avtomobillərin vergiyə cəlb edilməsi meyarları da dəyişdirilib.
Xatırladaq ki, bu il aprelin 4-də Türkiyənin ilk yerli elektromobili "TOGG" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub.
Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank "TOGG" elektromobilinin T10X modelinin ikinci nüsxəsinin açarını dövlətimizin başçısına təqdim edib.
"TOGG"un ilk nüsxəsi şirkət tərəfindən Türkiyənin Birinci xanımı Əminə Ərdoğana təqdim edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.