https://sputnik.az/20230717/bakida-slam-ticaret-senaye-ve-kend-teserrufati-palatasinin-iclasi-kecirilir-456874906.html
İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının iclasında sənədlər imzalanıb
İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının iclasında sənədlər imzalanıb
Sputnik Azərbaycan
İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasına üzv ölkələrin ümumi daxili məhsulunun həcmi 9 trilyon dollardan çoxdur. Bu isə qlobal ümumi daxili... 17.07.2023, Sputnik Azərbaycan
2023-07-17T15:24+0400
2023-07-17T15:24+0400
2023-07-17T15:24+0400
azərbaycan xəbərləri
ticarət
kənd təsərrüfatı
iclas
https://cdnn1.img.sputnik.az/img/07e7/07/11/456873428_0:26:850:504_1920x0_80_0_0_d494b19c310659336e1606a9c3bd4def.jpg
BAKI, 17 iyul — Sputnik. Bakıda keçirilən İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclası çərçivəsində müqavilələr imzalanıb.APA-Economics xəbər verir ki, müqavilələri 4 memorandum və tərəfdaşlıq sənədləri əhatə edir.Sənədlər İslam Palatasının Halal Xidməti və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası; Mavritaniya Ticarət Palatası və İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası; Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Islam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası (ICCIA)(Strateji tərəfdaşlıq); həmçinin ICCIA, KOBİA, Beynəlxalq İslam Biznesi Assosiasiyası, Dövlət Turizm Agentliyi və Caspian Event Organisers MMC arasında imzalanıb.***İyulun 17-18-də Bakıda İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclası çərçivəsində tədbirlər keçirilir.Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının birgə təşkilatçılığı ilə keçirilən tədbirlərdə Palataya üzv 20 dövlətdən 100-ə yaxın nümayəndə heyəti təmsil olunur. Səudiyyə Ərəbistanı, Türkiyə, Qətər, Küveyt, İordaniya, Misir kimi ölkələr də daxil olmaqla geniş tərkibdə ölkəmizə səfər edən Palata üzvləri və İslam ölkələrindən olan sahibkarlar iki gün ərzində Bakıda müxtəlif mövzuları əhatə edən panellərdə, ölkələrin iqtisadi potensiallarının təqdimatlarında, B2B görüşlərdə iştirak edəcək, bir neçə iri kənd təsərrüfatı müəssisələrinə səfər edəcək, əməkdaşlığı əhatə edən bir neçə sənəd imzalayacaqlar. İclasın açılış mərasimində Azərbaycanın dövlət nümayəndələri çıxış ediblər. Tədbirdə Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Kiçik Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər. Qeyd edək ki, İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası hazırda 57 üzv ölkə ilə təmsil olunur. Üzv ölkələrin ərazisi 31.8 milyon kvadrat kilometrdən çoxdur. Dünyanın quru sahəsinin 6.2%-i bu dövlətlərin payına düşür. Üzv ölkələrin əhalisi 1 milyard 900 milyon nəfərdən çoxdur, bu isə dünya əhalisinin 23.8%-i deməkdir. İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasına üzv ölkələrin ümumi daxili məhsulunun həcmi 9 trilyon dollardan çoxdur. Bu isə qlobal ümumi daxili məhsulun 9%-ni təşkil edir. Azərbaycanın xarici ticarət dövriyyəsinin 18%-i və ya 9.3 milyard ABŞ dolları İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının üzv ölkələrinin payına düşür.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/11/456873428_72:0:779:530_1920x0_80_0_0_531b663f9153b08357b626119a3a737d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ticarət, kənd təsərrüfatı, iclas
ticarət, kənd təsərrüfatı, iclas
İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının iclasında sənədlər imzalanıb
İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasına üzv ölkələrin ümumi daxili məhsulunun həcmi 9 trilyon dollardan çoxdur. Bu isə qlobal ümumi daxili məhsulun 9%-ni təşkil edir.
BAKI, 17 iyul — Sputnik. Bakıda keçirilən İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclası çərçivəsində müqavilələr imzalanıb.
APA-Economics xəbər verir ki, müqavilələri 4 memorandum və tərəfdaşlıq sənədləri əhatə edir.
Sənədlər İslam Palatasının Halal Xidməti və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası; Mavritaniya Ticarət Palatası və İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası; Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Islam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası (ICCIA)(Strateji tərəfdaşlıq); həmçinin ICCIA, KOBİA, Beynəlxalq İslam Biznesi Assosiasiyası, Dövlət Turizm Agentliyi və Caspian Event Organisers MMC arasında imzalanıb.
İyulun 17-18-də Bakıda İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclası çərçivəsində tədbirlər keçirilir.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının birgə təşkilatçılığı ilə keçirilən tədbirlərdə Palataya üzv 20 dövlətdən 100-ə yaxın nümayəndə heyəti təmsil olunur.
Səudiyyə Ərəbistanı, Türkiyə, Qətər, Küveyt, İordaniya, Misir kimi ölkələr də daxil olmaqla geniş tərkibdə ölkəmizə səfər edən Palata üzvləri və İslam ölkələrindən olan sahibkarlar iki gün ərzində Bakıda müxtəlif mövzuları əhatə edən panellərdə, ölkələrin iqtisadi potensiallarının təqdimatlarında, B2B görüşlərdə iştirak edəcək, bir neçə iri kənd təsərrüfatı müəssisələrinə səfər edəcək, əməkdaşlığı əhatə edən bir neçə sənəd imzalayacaqlar.
İclasın açılış mərasimində Azərbaycanın dövlət nümayəndələri çıxış ediblər. Tədbirdə Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Kiçik Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.
Qeyd edək ki, İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası hazırda 57 üzv ölkə ilə təmsil olunur. Üzv ölkələrin ərazisi 31.8 milyon kvadrat kilometrdən çoxdur. Dünyanın quru sahəsinin 6.2%-i bu dövlətlərin payına düşür.
Üzv ölkələrin əhalisi 1 milyard 900 milyon nəfərdən çoxdur, bu isə dünya əhalisinin 23.8%-i deməkdir.
İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasına üzv ölkələrin ümumi daxili məhsulunun həcmi 9 trilyon dollardan çoxdur. Bu isə qlobal ümumi daxili məhsulun 9%-ni təşkil edir.
Azərbaycanın xarici ticarət dövriyyəsinin 18%-i və ya 9.3 milyard ABŞ dolları İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının üzv ölkələrinin payına düşür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.