Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan-İran Dövlət Komissiyasının iclası keçirilir

© Photo : APAAzərbaycan-İran Dövlət Komissiyası
Azərbaycan-İran Dövlət Komissiyası - Sputnik Azərbaycan, 1920, 17.07.2023
Abunə olmaq
Şahin Mustafayev Gilan vilayətinin Astara şəhərində Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclasında qeyd edib ki, İran və Azərbaycan arasında beynəlxalq tranzitin həcmi 58 % artıb.
BAKI, 17 iyul — Sputnik. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclası keçirilir. Dövlət Komissiyasının iclasında əməkdaşlıq məsələləri, o cümlədən dəmir və avtomobil yolları layihələri müzakirə edilir.
Sərhəddə keçirilən iclasa Azərbaycan tərəfdən Baş nazirin müavini Şahin Mustafayev, İran tərəfdən isə yol və şəhərsalma naziri Mehrdad Bazarpaş həmsədrlik edir.
Baş nazirin müavini Şahin Mustafayev Gilan vilayətinin Astara şəhərində Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclasında qeyd edib ki, İran və Azərbaycan arasında beynəlxalq tranzitin həcmi 58 % artıb.
Ş. Mustafayev bildirib ki, şimal və cənub dəhlizləri ilə beynəlxalq tranzitin həcmi 69 % artıb:
"2022-ci ildə isə İran və Azərbaycan arasında ticarət əməliyyatlarının həcmində 30 % artım olub".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0