SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğan Putini Türkiyədə qəbul etməyə hazırlaşır

© Sputnik / Sergey Guneev / Mediabanka keçidVladimir Putin və Rəcəb Tayyib Ərdoğan
Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan, 1920, 15.07.2023
Abunə olmaq
Ərdoğan deyib ki, Türkiyə də Qara Dəniz Taxıl Dəhlizi vasitəsilə taxılın maneəsiz daşınması üçün "Taxıl müqaviləsi"nin uzadılmasına razıdır.
BAKI, 15 iyul - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dəniz taxıl dəhlizinin uzadılması məsələsində Putinlə razılaşdıqlarını və avqustda Putini Türkiyədə qəbul etməyə hazırlaşdıqlarını bildirib.
Ərdoğan NATO zirvəsindən sonra Avropa İttifaqı ilə yeni səhifə açmağı və Türkiyə ilə bağlı müsbət addımlar atmağı gözlədiklərini də bildirib. O, Yunanıstanla münasibətləri yaxşılaşdırmaq üçün bölgənin lideri kimi addımlar atacaqlarını da deyib.
Prezident Ərdoğan cümə namazından sonra dünyanın maraq dairəsində olan Taxıl Dəhlizi Razılaşması ilə bağlı da açıqlama verib.
"Cənab Putini avqust ayında Türkiyədə qonaq etməyə hazırlaşırıq. Qara dəniz taxıl dəhlizinin uzadılması ilə bağlı onunla razılığa gəlmişik - Ərdoğan bildirib.
Prezident əlavə edib ki, Türkiyə də Qara Dəniz Taxıl Dəhlizi vasitəsilə taxılın maneəsiz daşınması üçün "Taxıl müqaviləsi"nin uzadılmasına razıdır:
"Biz Rusiyanın birgə səyləri ilə taxıl dəhlizinin işinin uzadılmasını təmin edirik. Beləliklə də, cənab Putinlə razılaşdığımız kimi inkişaf etməmiş kasıb Afrika ölkələrinin problemlərinin həllini sürətlə davam etdirəcəyik".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0